Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Şəkidə kənd təsərrüfatı ilə bağlı mühüm tədbir
Şəkidə kənd təsərrüfatı ilə bağlı mühüm tədbir |
Fevralın 11-də Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının – rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə “Dənli taxıl bitkilərinin xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsinin məhsuldarlığın artırılmasında əhəmiyyəti” mövzusunda regional müşavirə keçirilib.
Avropa.info-ya daxil olan məlumata görə, seminarın keçirilməsində əsas məqsəd pestisidlərin kortəbii tətbiqindən zərərli orqanizmlərin iqtisadi ziyanvermə həddi və entomofaqların səmərəlilik həddi əsasında tətbiqinə keçilməsi yolu ilə kimyəvi mübarizənin rasionallaşdırılması nəticəsində istehsal edilmiş bitkiçilik məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitin və insan sağlamlığının qorunmaslı, respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və fitosanitar sabitliyin qorunub saxlanılmasından ibarət olub. Tədbiri Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq iştirakçıları salamlayıb, bölgə və ümumiyyətlə ölkəmiz üçün taxılçılığın əhəmiyyəti, keçirilən bu kimi tədbirlərin vacibliyini vurğulayıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev taxılçılıq sahəsinin başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olmasını qeyd edib. Dövlət Xidmətinin rəisi bildirmişdir ki, 2014-cü ilin sonu və 2015-ci ilin əvvəllərində Şəki rayonu üzrə taxıl böcəyinə qarşı 15930 ha, siçanabənzər gəmiricilərə qarşı isə 4535 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Fəxrəddin Rəşidov “Respublika ərazisində siçanabənzər gəmiricilərin aşkarlanması və mübarizə tədbirləri”, Şəki Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov “Şəki rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda çıxışlar ediblər. Tədbirin sonunda məhsul istehsalçıları göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər. Geri dön |