Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Aşıq Cahangir yaradıcılığına qısa baxış
Aşıq Cahangir yaradıcılığına qısa baxış |
Aşıq Cahangir Quliyevin ustad bir sənətkar kimi Türk dünyasında tanınmaqla saz-söz ifaçılığında öz dəs-xətti var. Onun ifaçılığı kimi söz deyimində də, həyata baxışında bədii anlamda münasibəti həqiqətin tərənnümüdür. “Aşıq gördüyünü çağırar” el məsəli lakonik görüntülü olsa da, çox dərin mətləbləri əhatə edir. Bəli, Aşıq Cahangir də bir aşıq olaraq gördüyünü milli şeirin növləri üzrə deyən və həqiqəti bu bədii təxəyyüldən keçirib təqdim etməyi bacaran sənətkardır. Ustad aşığın yeri gəldikcə beynində nizamlayıb barmağında sazın simlərinə ötürüb, dilində avazla səsləndirdiyi gəraylıları, qoşmaları, təcnisləri, müxəmməsləri və bir ədəd də divanisi şeriyyət baxımından orijinal bir xüsusiyyət kəsb edir. Eyni zamanda, aşığın deyimləri həm süjetli, həm fəlsəfi formada dinləyicilərə hikmətli, mənəvi duyğular çatdırır, sevgi, gözəllik aşılayır.
Aşıq Cahangir Quliyevin hal-hazırda nəşriyyatda çap olunma prosesində olan və maarifpərvər, elsevər ziyalı Türk oğlu Zəlimxan Məmmədlinin maliyyələşdirdiyi “Ustad Aşıq Cahangir” adlı kitabı yaxın zamanda işıq üzü görəcək. Kitabın sorağını alan dost-tanışlar, Cahangirsevərlər təqdim olunacaq bu bədii məhsulu maraqla gözləməkdədirlər. Aşıq Cahangirin gözəl bədii, düşündürücü fəlsəfi məzmunlu bir divanisini və “dodaqdəyməz” bir təcnisini sizə təqdim edirəm. Ustad aşığa sənətdə yeni-yeni yaradıcılıq uğurları və can sağlığı arzu edirəm! OLSA (divani) Dərdi bölmək yaxşı işdi, Dərdi qanannan olsa. Gün xoş keçər, qocalmazsan, Yaxşı canannan olsa. Daldalanıb hey qaçıram Mərdiməzar üzünənnən, Nə xeyri var, tapır yenə Məni hayannan olsa. Eşq əlində mən acizəm, Görən nə ölçüm-biçim. Ey bu yolun yolçuları, Hansı yolu mən seçim? Qaya çapım, ya alışım, Yoxsa dinimnən keçim? Deyərdilər Fərhad, Kərəm, Ya Şeyx Sənannan olsa. Ey Cahangir, ayrı düşən Haralarımdı mənim. Borçalı, Dərbənd gözümdə Qaralarımdı mənim. Təbriz, Göyçə qövr eləyən Yaralarımdı mənim! Sağalaram, bir şad xəbər Deyən o yannan olsa! GƏLİŞİNƏ (dodaqdəyməz təcnis) Ay ellər aşığı, el yaraşığı, Erkək kəsilərdi hər gəlişinə. İndiki naşılar gəliş gəlirlər Dayanırsan, dayan gəl gəlişinə. Dağların sinəsi yaylaq yeridi, Yaylaqlara axır yağı yeridi. Ələsgərin “Yaylaq”ının yeridi, Sazını al, aşıx, sən gəl işinə. Qanlısansa, qanlıları qan, anlar, Qan içində qan çalxanar, qan anlar, Cahangir, sənətdən seyrək qananlar Dildən zirəkdilər, di gəl, işi nə? Hazırladı: Niftalı Göyçəli Geri dön |