Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Milli Məclisdə iqtidar-müxaifət dialoqu müzakirə edildi
Milli Məclisdə iqtidar-müxaifət dialoqu müzakirə edildi |
Ötən gün keçirilən iqtidar-müxalifət dialoqu bu gün Milli Məclisin plenar iclasında gündəmə gətirilib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd edib ki, bu görüşdə geniş fikir mübadiləsi aparıldı, ümummilli məsələlər müzakirə edildi və bu da ictimaiyyət tərəfindən müsbət qarşılandı. S.Novruzov qeyd edib ki, həmçinin bu görüşlərin daimi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan iqtidarının, Prezidentinin hər bir işi şəffaf idarə etməsinin bariz nümunəsidir. Onun sözlərinə görə, təəssüflər olsun ki, həm legitimlikləri olmayan, həm də ayrı-ayrı xarici qüvvələrin maraqlarını həyata keçirən bəzi partiyaların mətbuat orqanları bu görüşlərin üzərinə kölgə salmaq istəyirlər: “ATƏT belə görüşlər keçirəndə canfəşanlıq edirdilər, ancaq indi bu görüşün üzərinə kölgə salmağa çalışırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən idarə edilir, ümummilli maraqlara deyil, şəxsi maraqlara xidmət edirlər”. Millət vəkili Qüdrət Həsənquliyev də iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirərək bildirib ki, xarici dairələrin əlində oyuncağa çevrilən bəzi siyasi qüvvələr bu görüşün üzərinə kölgə salmağa çalışır: “Amma hesab edirəm ki, bununla heç nəyə nail olmayacaqlar. Bu görüş ölkədə siyasi sistemin, demokratiyanın inkişafına müsbət təsir göstərəcək”. Milli Məclisin spikeri də öz növbəsində iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirib. O qeyd edib ki, bu partiyalar dialoq istəyirlər, amma olanda da belə münasibət göstərirlər: “Siz kölgə-kölgə deyirsiniz, amma bunlar kölgə altında deyil, kök altındadırlar, ona görə də bu görüşlərdə iştirak etmirlər”. Deputat Fazil Musatafa görüşü müsbət dəyərləndirərək qeyd edib ki, görüş çox səmərəli oldu və burada iştirak etməyənlər böyük siyasi səhvə yol verdilər. Millət vəkili İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir. Geri dön |