Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


Səid Muğanlının məhkəmə iclası keçirilib Güney Azərbaycan xəbərləri


Tanınmış milli-mədəni fəal, azərbaycanlı şair-jurnalist Səid Muğanlının (Beytullah Məhəmmədi) məhkəmə iclası keçirilib.Məhkəmə iclası dünən Təbrizin ümumi məhkəməsinin 105-ci şöbəsində hakim Pudratçının sədrliyi ilə keçirilib.Muğanlı Azərbaycan cümhuriyyətində Qafqaz müxbirlik kurslarında iştirakı üçün qeyri-məşru (qeyri-legitim) yolla mal-dövlət əldə etmək ittihamı ilə mühakimə olunub.Muğanlı 2011-ci il iyunun 8-də (1390-cı il xordadın 18-i) tutuqlanıb, həmin il senyabrın 25-i (mehrin 3-ü) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə Təbrizin inqilab məhkəməsində sistemin əleyhinə təbliğ ittihamı ilə mühakimə olub və 6 ay həbsə məhkum edilib. Qərar Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi (dadqahe təcdide nəzər) tərəfindən təsdiqlənib.


Daha 2 nəfər azərbaycanlı fəal məhkəməyə çağırılıbGüney Azərbaycan xəbərləri



İranda azərbaycanlı fəallara qarşı təzyiqlər davam edir. İki nəfər Əhər sakini azərbaycanlı fəal məhkəməyə çağırılıb.Doktor Məhərrəm Kamrani və Mühəndis Saleh Mollabbasi aldıqları çağırışa əsasən 2011-ci il dekabrın 21-də (1390-cı il azərin 30-da) Əhərin inqilab məhkəməsində olmalı idilər. Onlar, qeyd olunan tarixdə məhkəmədə hazır olsalarda, naməlum səbəbdən məhkəmə iclası təşkil edilməyib. Azərbaycanlı fəallar 2012-ci il yanvarın 1-də (1390-cı il deyin 11-də) növbəti dəfə məhkəməyə müraciət ediblər. Bu dəfə hakim onların son müdafiəsini qəbul edib.





Meşkinşəhrdə bir neçə azərbaycanlı fəalın məhkəmə iclası keçirilib Güney Azərbaycan xəbərləri


2012-ci il yanvarın 2-i , Güney Azərbaycanın Meşkinşəhr (Xiyav) şəhərində bir neçə azərbaycanlı fəalın məhkəmə iclası keçirilib. Məhkəmə iclası, 2009-cu il mayın 31-dəki (1388-ci il xordadın 10-u ) Xordad tutuqlamaları dosyesinə aiddir.İkinci məhkəmə iclasında tanınmış azərbaycanlı fəallar Mənsur Seyfi, İlqar Müəzzinzadə, Aydın Zakiri, Cəfər Ağaməhəmmədi, Fərdin Nobəxt və İbrahim Rəşidinin dosyesinə baxılıb.Qeyd edək ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı fəallar milli zəmindəki fəaliyyətlərinə görə dəfələrlə tutulub və aylarca həbs olunublar.


İranın Evin zindanında bir gündə 22 nəfər edam edilib Güney Azərbaycan xəbərləri


İranın paytaxtı Tehran şəhərində yerləşən Evin zindanında 2012-ci il yanvarın 3-də 22 nəfər edam edilib. Məhkəmənin ölüm hökmü çıxardığı məhbuslar narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Kərəc şəhərinin Qızılhasar həbsxanasında saxlanılan 22 nəfər ölüm hökmünün icrası üçün üç gün ərzində Evin zindanına dəstə-dəstə köçürülüb. Eyni gündə edam edilən məhbusların cənazələri ailələrinə təhvil verilməyib. Onlara bildirilib ki, cəsədlər Kəhrizək həbsxanasının morqunda saxlanılır.


İran DİN rəhbəri Ermənistana gedəcək Güney Azərbaycan xəbərləri


Bu il yanvarın ortalarında İranın daxili işlər naziri (DİN) Mustafa Məhəmməd Nəccar Ermənistana səfər edəcək. Bunu İranın daxili işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Mehdi Məhəmmədifərd bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində İran və Ermənistan arasında mədəni, ticari və iqtisadi sahələrdə əməkdaşlıq, sərhəddə müştərək yarmarkaların yaradılması, xüsusilə təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olacaq.


İranlı ayətullah Azərbaycanı hədələyibGüney Azərbaycan xəbərləri


İranın nüfuzlu din xadimi ayətullah Məkarim Şirazi Qum şəhərindəki çıxışı zamanı Azərbaycanın ünvanına sərt ifadələr işlədib. M. Şirazi iddia edib ki, hazırda Azərbaycanda, Bəhreyndə və Qatarda müsəlmanlar ciddi təzyiqlərə məruz qalır: “Azərbaycandan aldığımız mötəbər məlumatlara əsasən islam düşmənləri müsəlmanları zəiflətməkdə israrlıdırlar. İslam müxaliflərinin bir hissəsi sabiq sovet rejiminin məmurlarıdır. İslama qarşı müxalifətin bir səbəbi də budur”.

M. Şirazi qeyd edib ki, Azərbaycanda hicabla mübarizə, şiə alimlərinin həbsi, dini kitab çapının yasaqlanması halları intensivləşib: “Bilin ki, öz kökünüzə balta çalırsınız. Çünki dünya şiələri İmam Hüseyn məktəbində tərbiyə alıblar və diz çökəsi deyillər. Bu hədələr, qətllər onların etiqadını sarsıtmayacaq. Bu yolun davam etdirilməsi yaxşı nəticə verməyəcək. Azərbaycan, Bəhreyn, Hicaz şiələri susmayacaq. Dünya müsəlmanları onlarla həmrəydir. Bəzi ölkələrin siyasətçiləri din alimlərinin fikirlərini onların daxili işinə qarışmaq kimi qiymətləndirirlər. Amma bu, həqiqətdən uzaqdır. Din alimləri üçün sərhəd anlayışı yoxdur. Onların fəaliyyəti zaman və məkanla məhdudlaşmır”.


İranla bağlı vəziyyət nefti bahalaşdırmaqda davam edirGüney Azərbaycan xəbərləri


Avropa Birliyi ölkələrinin İran neftinin idxalına embarqo qoyulması ilə bağlı razılığı fonunda ötən gün dünya bazarlarında neftin qiyməti artıb.
“Bloomberg” agentliyinin verdiyi məlumata görə, London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq, 113,70 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,26 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 103,22 dollar təşkil edib.

Avropa Birliyi ölkələri neft idxalına qadağa qoyulması istiqamətində birgə hərəkət etmək barədə ötən gün prisipial razılığa gəliblər. Tehrana qarşı neft idxalına embarqo qoyulması ilə bağlı qərar yanvarın 30-da Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Brüsseldəki toplantısında qəbul edilə bilər.


İran pulu dəyərdən düşür Güney Azərbaycan xəbərləri


İrana qarşı sanksiyalar -artıq öz təsirini açıq-aşkar göstərir. Beləki, İran pul an-baan dəyərini itirir. Dünən İran bazarında dolların kursu kəskin şəkildə dəyişərək, 1 dollar 1780 tümənə (17800 riyala) alım-satım olub. İranda Avro və Funt kursuda anbaan dəyişir.
1 funt 2550 , 1 Avro isə 2230 tümənə müamilə olunub. Qeyd edək ki, 3 gün öncə Barak Obama İrana qarşı əlavə, daha sərt sanksiyaların (təhrim) tətbiqini nəzərdə tutan müdafiə üzrə yeni qanun layihəsini imzalayıb.
Sənədə əsasən İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edənlərə qarşı Amerikanın maliyyə sistemi ilə əlaqə yasaqlanacaq.
Dolların qiymətində artış məhz bu qərardan sonra yeni vüsət alıb.



Molla rejimi İranın dünya ilə internet əlaqəsini kəsəcəkGüney Azərbaycan xəbərləri


İran coğrafiyasında yaşayan əhali və müxtəlif millətlərin oyanışından vahiməyə düşən İran rejimi internetə qadağa qoyacaq.
İran İnformasiya Təşkilatının rəsmi nümayəndəsi Peyam Kərbasi öz açıqlamasında bəyan edib ki, İran tezliklə dünya ilə internet əlaqəsini tamamilə kəsəcək.
O bildirib ki, İranda «intranet» adlı milli internet fəaliyyətə başlayacaq və vətəndaşlara yalnız ölkə daxilində intranetdən istifadəyə icazə veriləcək: «Bu, internet deyil, intranetdir. Yəni, yalnız ölkə daxilini əhatə edən milli internetdir. Bununla da İranın tezliklə dünya ilə daha internet əlaqəsi qalmayacaq».
Kərbasinin sözlərinə görə intranet iki həftəyə qədər işə düşəcək. Onun sürəti 2 meqabayt olacaq.


İran qonşu ölkə Pakistanla sərhədi bağlayıbGüney Azərbaycan xəbərləri


İran pakistan ilə öz sərhədlərini bağlayıb. Bu 3 İranlı hərbçinin pakistanlı sərhədçilər tərəfindən saxlanılmasından sonra baş verib.Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, hadisə Beluçistan əyalətində baş verib.İranlılar qaçaqmalçıları təqib edərkən Pakistanla sərhədi keçib. Atışma zamanı iki nəfər yaralanıb. Yaralananlardan biri daha sonra dünyasını dəyişib. Qaçaqmalçılar isə gizlənməyə müvəffəq olublar. Atışmadan sonra İran hərbçiləri pakistanlı sərhədçilər tərəfindən saxlanılıb.

Geri dön