Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə "Dünya Ana Dili Günü" münasibəti ilə Bildiri yayılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə "Dünya Ana Dili Günü" münasibəti ilə Bildiri yayılıb

Təbrizdə "Dünya Ana Dili Günü" münasibəti ilə Bildiri yayılıb


"21 Fevral- Dünya Ana Dili Günü" yaxınlaşdıqca Güney Azərbaycanın müxtəlif bölgələrində aktivləşmə müşahidə olunur.
Məlumata görə, Təbrizdə Dünya Ana Dili Günü ərəfəsində çoxsaylı bildiri yayılıb. Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən yayılan bildiridə bu önəmli gün təbrik edilir və Ana Dilinin əhəmiyyətinə işarə olunur. Həmçinin Ana Dilinin inkişafına mane olmağın, beynəlxalq insan haqları qurumlarının prinsiplərinə görə mədəni soyqırım olduğu vurğulanır.

Türk və fars dillərində yayılan bildiri Təbrizin müxtəlif bölgələrində yayılıb və əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu barədə “Təbriz səsi” xəbər yayıb.

Qeyd edək ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Geri dön