Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkmən Gəmiçi: Ana dili bizim üçün insan haqları məsələsidir (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz > Türkmən Gəmiçi: Ana dili bizim üçün insan haqları məsələsidir (video)

Türkmən Gəmiçi: Ana dili bizim üçün insan haqları məsələsidir (video)


Ana dili ilə bağlı Türkmən Gəmiçi ilə müsahibə


Fevralın 21-i YUNESKO tərəfindən 1999-cu ildə elan edilmiş Beynəlxalq Ana Dili Günü dünya ölkələrində yaşayan güneyli fəllar İranda Azərbaycan dilində təhsil hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif aksiyalar keçirir. Kampaniyanın əsas məqsədi güney azərbaycanlılarının ana dilində təhsil almasına nail olmaqdır. İranda azərbaycanlı fəallara dəstək aksiyalarından birinin təşəbbüskarı Miçiqan ştatında yaşayan qadın hüquqları fəalı Türkmən Gəmiçidir. “Amerikanın Səsi”nin “Amerika icmalı” proqramında Skype müsahibəsi zamanı Türkmən Gəmiçi Beynəlxalq Ana Diil Günü münasibətilə keçirdiyi kampaniya, Güney Azərbaycanda fəalların aksiyaları və bu günün azərbaycanlılar üçün mənası və əhəmiyyətindən danışıb.
Türkmən Gəmiçi deyib ki, keçən il Təbriz də daxil olmaqla, İran Azərbaycanının bir sıra şəhərlərində Ana Dili Günü münasibətilə keçirilən tədbir və aksiyalarda fəalların həbsindən sonra bu il tədbilərə daha ciddi hazırlıq görülüb.
Türkmən Gəmiçi bildirib ki, Ana dili və Azərbaycan dilində təhsil İran azərbaycanlıları üçün sadəcə dil məsələsi deyil, bu, onlar üçün daha geniş mənada insan hüquqları məsələsidir. “Bu, yalnız türk dilini qorumaq məsələsi deyil, bu, insan haqlarını qorumaq, kimliyimizi qorumaq deməkdir”-deyə o bildirib. Türkmən Gəmiçi deyib ki, güney azərbaycanlılar öz fikirləri və hisslərini ana dilində izah edə bilməməklə özlərini savadsız və imkanlardan məhrum olmuş kimi hiss edir. “Bu gün bir bəhanədir ki, güney azərbaycanlılar bu məsələni gündəmə gətirsinlər və bunun nə qədər əhəmiyyət daşıdığını cəmiyyətə, fars dilində danışan topluma da çatdırsınlar”-deyə o bildirib.
Türkmən Gəmiçinin sözlərinə görə, keçən il Ana Dili Günü münasibətilə keçirilən tədbirlər zamanı həbs edilən fəallar arasında indiyə kimi həbsdə olanı yoxdur. Lakin o, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda mübarizə aparan fəalların bir neçəsinin hələ də həbsdə olduğunu deyib.
Güneyli fəal bildirib ki, İran azərbaycanlıların əsas məqsədi bu aksiyalar vasitəsilə ana dilində təhsil hüququnun təmin olunmasına nail olmaqdır. Onun bildirdiyinə görə, güneyli fəallar İran konstitusiyası ilə nəzərdə tutulmuş hüququn təmin olunması üçün dövlət strukturları və hakimiyyətlə dialoq yolu ilə iş aparmalıdır. “Ana Dili Gününü qeyd etməklə bu məsələni gündəmə gətirib, təkrarlamaqla məsullar və hakimiyyətə çatdırmaq istəyirik ki, bu, qanuni haqqdır və bunun siyasi təmayüllərlə əlaqəsi yoxdur, bu, sadəcə insan haqları məsələsidir və İran konstitusiyası ilə nəzərdə tutulub”-deyə o bildirib.
Türkmən Gəmiçi ana dilinin hər bir insan üçün daşıdığı əhəmiyyəti xüsusi vurğulayıb:”Bir uşaq anası ilə, keçmişi ilə əlaqəni itirir. Ünsiyyət vasitəsi olan dil insanların əlindən alınır və bir uşaq keçmişdəki mədəniyyəti, ata-babasının mədəniyyəti ilə əlaqəni itirir, sanki onun keçmişi yoxdur.”
Videonu izləmək üçün qaynağımız olan aşağıdakı linkə müraciət edə bilərsiniz:
TIKLAYIN

Geri dön