Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda mobil maliyyə xidməti niyə işə salınmır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda mobil maliyyə xidməti niyə işə salınmır?

Azərbaycanda mobil maliyyə xidməti niyə işə salınmır?


Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində "Mobile Finance" servisinin işə salınması gecikir. Bu barədə telekommunikasiya bazarındakı mənbə deyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, mobil rabitə operatorları bu servisin işə salınmasına texniki baxımdan hazırdırlar. Lakin bunun üçün Azərbaycan Mərkəzi Bankı və digər tənzimləyici orqanlar səviyyəsində qanunvericiliyə uyğun şəkildə nizamlama ilə bağlı məsələləri həll etmək lazımdır.

Bundan əvvəl Azərbaycan operatorlarının şəbəkələrində mobil maliyyə xidmətinin işə salınması 2014-cü ilin sonuna planlaşdırılırdı.

"Mobile Finance" xidməti abonentlərə öz bank hesablarına mobil qurğular vasitəsilə çıxış, pul köçürmələri həyata keçirmək və müxtəlif xidmətlər (internet, kommunal xidmətlər, TV, mobil və stasionar telefon rabitəsi) üzrə ödəniş etmək imkanı verir.

Geri dön