Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə dəyişiklik edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə dəyişiklik edilib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə dəyişiklik edilib


Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, DQİDK dini qurumlarla bağlı qanunvericiliyə uyğun fəaliyyət göstərməyən Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətini dayandırarkən bu barədə müvafiq dini mərkəzə (idarəyə) məlumat verməlidir. Belə ki, Komitənin Əsasnaməsi dəyişdirildikdən sonra “Komitənin hüquqları” bölümünün 9.18. bəndi bu cür olub: “Dini qurumlarla bağlı qanunvericiliyə uyğun fəaliyyət göstərməyən Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətini dayandırmaq və bu barədə müvafiq dini mərkəzə (idarəyə) məlumat vermək”.
Azərbaycanda iki dini mərkəz rəsmi qeydiyyatdan keçib. Bunlar Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”dır. DQİDK dini qurumlarla bağlı qanunvericiliyə uyğun fəaliyyət göstərməyən Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətini dayandırarkən, həmin dini qurumun tabe olduğu mərkəz Azərbaycanda deyilsə, xarici ölkədə yerləşən müvafiq dini mərkəzə bu barədə məlumat verə bilər.
Qeyd edək ki, DQİDK-nin Əsasnaməsinin daha iki bəndinə dəyişiklik edilib.

Geri dön