Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İqtidar demokratik missiyasını həyata keçirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > İqtidar demokratik missiyasını həyata keçirir

İqtidar demokratik missiyasını həyata keçirir


Dialoqun reallaşması cəmiyyətin siyasi formalaşmasıdır

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın iqtidar nümayəndələrinin və ölkədə fəaliyyət göstərən bir çox siyasi partiyaların rəhbərlərinin iştirakı ilə baş tutan növbəti iqtidar-müxalifət görüşü ölkənin siyasi həyatında yeni bir dövrün başlandığını göstərdi. Görüşdə iştirak edən siyasi partiya rəhbərlərinin hər biri bu prosesin ölkə siyasəti üçün müsbət nəticələr verəcəyini bəyan etdi. Ən əsası isə görüşün davamlı və növbəti dəfə daha detallı olacağı, müzakirə ediləcək mövzuların və ümumiyyətlə, görüşün formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və digər mühüm məsələlərdə də razılığa gəlindiyi bildirildi. Sözsüz ki, bu cür qərarlar iqtidar-müxalifət dialoqunun davamlılığına və effektivliyinə təminat yaradır. Təbii ki, öz şəxsi maraqlarını dövlətçilik maraqlarından üstün tutan partiya rəhbərləri isə keçirilən görüşü tənqid etməklə kifayətləndilər. Ancaq görək bundan sonra hansı bəhanələr gətirəcəklər?
Hər halda Azərbaycan iqtidarı öz siyasi iradəsini ortaya qoydu və müxalifətlə dialoq prosesinə başladı. Hesab edirik ki, bu, mütləq öz müsbət nəticələrini verəcək. Elə müxalifət partiyalarının da bu prosesə getdikcə daha böyük maraq göstərməsi bunu deməyə əsas verir. Nadanlar isə həmişə olub və bundan sonra da olacaq.

Siyavuş Novruzov: "İqtidar-müxalifət dialoqu mütəmadi xarakter alacaq"

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov iqtidar-müxalifət görüşünü tədqirəlayiq hesab edir. O, qeyd edib ki, bundan öncə də siyasi partiyalarla görüşlər keçirilmişdi. S.Novruzov əlavə edib ki, hökumət öz tərəfindən siyasi partiyalarla dialoq istiqamətində lazım olan addımları atır: "Vaxtilə ATƏT və yaxud Avropa Şurasının hər hansı qurumu belə görüşlər təşkil edirdi. Lakin indi bunların heç birinə ehtiyac yoxdur. Çünki siyasi partiyalar Azərbaycanda fəaliyyət göstərir və bu məsələdə heç bir xarici təşkilatın iştirakı olmadan ölkədə olan siyasi partiyalar yığışıb, ictimai-siyasi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparırlar".
Millət vəkili hesab edir ki, əgər hər hansı bir siyasi partiyada qərəz yoxdursa, hər hansı bir siyasi partiya bu məsələyə öz şəxsi prizmasından baxmırsa, ümumdövlət, ümumxalq maraqlarından baxırsa, deməli, bu partiyaların hamısı orada iştirak edəcək və beləliklə, bu dialoq mütəmadi xarakter alacaq. S.Novruzovun sözlərinə görə, bu görüşdə qərar qəbul olundu ki, mütəmadi olaraq iki aydan bir belə görüşlər keçirilsin və Azərbaycanda qeydiyyatdan keçmiş istənilən aktiv siyasi partiya bu görüşdə iştirak edə və hər kəs məqbul bildiyi mövzunu qabaqcadan təqdim edə bilər: "Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarı hər bir idarəetmə sistemində olduğu kimi, siyasi sistemdə də şəffaflığın təmin olunmasına, dövlət idarəçiliyində siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının iştirakına xüsusi əhəmiyyət verir və bu addımları atır".
Millət vəkili yenə də öz cılız xisləti ilə özünü bu məsələlərdən kənarda saxlayan və cəmiyyətdən təcrid edən bəzi təşkilatların olduğunu da bildirib: "Bu da təbiidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasında düşünmürlər ki, o görüşdə olanlar Əli Kərimli ilə bir masa ətrafında oturmaq istəyirlər, ya yox. Təbii ki, yox. İkinci bir məsələ odur ki, Əli Kərimli AXCP-ni zəbt edəndən sonra orada ictimai-siyasi sistemin formalaşdırılması, kadrların yetirşdirilməsi halları baş verməyib. Əksinə, onun xarici dövlətlərin təhriki ilə yürütdüyü siyasətlə gəncləri yoldan çıxarıb onları qanun əleyhinə, dövlət əleyhinə, kütləvi aksiyalarda əhalinin mülkiyyəti əleyhinə cinayətlərə yönəltməsi, gənclərə və digər partiya üzvlərinə xaricdən maliyyə alıb QHT-lər vasitəsilə mənimsənilməsi, xarici dövlətlərə işləmək, xarici dövlətlərdən, hətta ermənilərdən pul almaq yollarını öyrətməsi nəticəsində onların bir hissəsi həbsxanaların planını doldurur, digər hissəsi isə yalandan sığınacaq alıb Avropanın küçələrini süpürməklə məşğuldular. Əli Kərimlinin yetişdirdiyi belə insanlardır. Bu cür potensiala malik adam dialoqda hansı haqla iştirak edə və yaxud ona qarşı hər hansı bir fikir söyləyə bilər? Çünki özünün heç bir potensialı yoxdur ki, orada da hər hansı bir təklif irəli sürsün".
S.Novruzov Müsavat partiyasının da dialoqda iştirak etməməsi məsələsinə münasibət bildirərək vurğulayıb ki, bu partiyada legitimlik yoxdur: "Müsavat partiyasının bir sədri Amerikadadır, bir sədri də buradadır. Yəni burada Müsavat partiyasını hansı tərəfin təmsil edəcəyi ilə bağlı ciddi problemlər var. Partiyanı biri bir tərəfdən mənimsəyib, digərlərinin hüquqlarını, söz azadlığını, fikir azadlığını pozur və belə olan təşkilat gəlib dialoqa qatıla və dəyərli bir təklif verə bilməz. Öz aralarında, öz partiyasında dialoq yarada bilməyən təşkilat, cəmiyyətlə, dövlət və yaxud iqtidarla hansı dialoqa gedə bilər?

Musa Quliyev: "Arif Hacılı həmişə iğtişaş və qarşıdurma tərəfdarı olub"

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Müsavat partiyasının başqanı Arif Hacılının iqtidar-müxalifət dialoquna razılıq versə də, amma sonradan bundan imtina etməsi məsələsinə münasibət bildirərkən deyib. YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, Arif Hacılı təxminən 1980-ci illərin sonundan ictimai-siyasi həyatda olsa da, bir dəfə də olsun özünü dialoq tərəfdarı kimi göstərməyib. O, həmişə iğtişaş və qarşıdurma tərəfdarı olub: "Bu şəxs hər zaman icazə verilməyən, Azərbaycan hökuməti tərəfindən razılaşdırılmayan mitinqlərin önündə gedir və gərginlik yaradan insanlardan biri olub. Bu mənada A.Hacılının Müsavat partiyasının başqanı seçilməsi ilə partiya daha da radikallaşdırılıb və orada artıq parçalanmalar gedir. Hesab etmirəm ki, yerli və xarici qüvvələr Arif Hacılının iqtidar-müxalifət dialoquna qoşulmasına razılıq verməsinlər. Çünki daxildə bizim siyasi müxalifətimiz çox zəifdir və onların hər hansı bir təsir imkanları da yoxdur. Ola bilər ki, müxalifətlə əlaqəli olan xarici təşkilatlar Azərbaycanda sabitliyi, vətəndaş həmrəyliyini, siyasi dialoqu istəməyən qüvvələr A.Hacılıya təsir etsin. Nə Müsavatın, nə də AXCP sədri Əli Kərimlinin qrupunun Azərbaycanın ictimai-siyasi həyatında o qədər böyük təsiri olmadığına görə iqtidar-müxalifət dialoqunda da iştirak edib-etməmələrinin bir o qədər əhəmiyyəti yoxdur".
M.Quliyev bildirib ki, bu yaxınlarda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən iqtidar-müxalifət dialoqu başlanğıc üçün çox yaxşı bir addım idi ki, burada da uğurlu nəticələr əldə olundu: "Hesab edirəm ki, dialoqa meyilli, ölkədə siyasi sabitliyin qorunmasına töhfə vermək istəyən siyasi qüvvələrlə Yeni Azərbaycan Partiyası həmişə dialoqu davam etdirəcək".

Əli Əliyev: "İqtidar-müxalifət dialoqu yeni mərhələnin başlanğıcıdır"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə keçirilən iqtidar-müxalifət görüşünü ümumilikdə müsbət qiymətləndirərək bildirib ki, bu, Azərbaycan siyasi təşkilatlarının davranışlarında yeni mərhələnin başlanğıcıdır: "Biz uzun müddət siyasətdə mərkəzçi mövqe tutmuşuq və proseslərin normal məcrada, normal rəqabət şəraitində davam etməsinin tərəfdarı olmuşuq. Dialoq prosesinin özü də bizim mövqeyimizi gücləndirir və hesab edirik ki, ölkədə siyasi proseslər radikal mövqelərlə deyil, sivil dünyaya xas olan danışıqlar yolu ilə həllini tapmalıdır". Ə.Əliyev həm də hesab edir ki, bu proses mövcud problemlərin istiqamətində vasitə ola bilər: "Sevindirici hal ondan ibarətdir ki, bu razılaşmamız həmin prosesin davamlı olacağına işarədir. Ümidvarıq ki, bundan sonrakı mərhələdə aparılacaq məsləhətləşmələr, müzakirələr konkret məsələlər ətrafında olacaq və biz daha dəqiq nəticələrlə bu görüşlərə nail ola biləcəyik".

Fərəc Quliyev: "Qara yaxmağa çalışan partiyaların ümumiyyətlə bu məsələlərə münasibət bildirməyə haqqı yoxdur"

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də görüşü yüksək qiymətləndirir. Onun sözlərinə görə, görüşün məqsədi ümummilli məsələlərdə iştirakı vacib olan şəxslərin, qurumların fəaliyyətini tənzimləməkdən ibarətdir: "Hakimiyyət tərəfindən atılan bu addım siyasi islahat xarakterlidir və təqdir olunan addımdır. Bu danışıqlarda bütün siyasi spektr, demək olar ki, təmsil olundu. Danışıqları qeyri-ciddi hesab edən, qara yaxmağa çalışan partiyaların ümumiyyətlə bu məsələlərə münasibət bildirməyə haqqı yoxdur. Milli məsələlərin ətrafında müzakirə aparanlar bu məsuliyyəti dərk edir və ölkəmizin problemlərini müzakirə etməkdə maraqlıdır. Çox konstruktiv bir söhbət oldu və qeyd edim ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov məsələlərə olduqca tolerant və işgüzar münasibət göstərdi. Biz mövcud problemləri qabartdıq, müzakirələr apardıq və prioritet məsələləri müəyyənləşdirdik. Kim ki, bu dialoqdan kənarda qaldı, onlar da bu görüşlərə qara yaxmağa çalışır. Bu dialoqda iştirak edən partiyalar kifayət qədər sanballı partiyalardır və hesab edirəm ki, müzakirələrimiz bundan sonra da uğurlu olacaq".


Sərdar Cəlaloğlu: "Əgər kimlərsə dialoqu satqınçılıq hesab edirsə, onda onun özü satqındır"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu siyasi dialoqun fəlsəfəsinə görə əldə edilən uğurun hər iki tərəfə aid olduğunu bildirib. Qeyd edib ki, əgər dialoq vasitəsilə həm iqtidar, həm də müxalifət nə isə əldə edirsə, bundan ümumilikdə xalq qazanmış olur. S.Cəlaloğlunun sözlərinə görə, dialoq yeganə prosesdir ki, burada tərəflərin üst-üstə düşən maraqları əslində xalqın maraqlarından ibarət olur: "Demokratiyanın 2 prinsipi var ki, onun da biri uzlaşma prinsipidir. Uzlaşma əks tərəflə yalnız danışıqlar yolu ilə mümkündür. Əgər hərə öz kabinetində otursa, uzlaşmanı necə təmin etmək olar? Buradan da məlum olur ki, dialoq olmadan uzlaşma mümkün deyil. Əgər kimlərsə dialoqu satqınçılıq hesab edirsə, onda onun özü satqındır. Bu yerdə sual olunur: siz demokratiyanın uzlaşma prinsipini necə həyata keçirə bilərsiniz ki, iqtidarla hər bir dialoqdan, razılaşmadan imtina edirsiniz?! Razılaşma olmayan cəmiyyətdə demokratiyadan danışmaq olmaz. Azərbaycanda siyasi dialoqun gündəmə gətirilməsi və ona hətta seçkilərdən daha çox önəm verməyimiz onunla bağlıdır ki, bu prosedur bilavasitə milli və dövlətçilik maraqlarına xidmət edir".

Rəfiqə HÜSEYNOVA

Geri dön