Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkili: -Dövlət Əhər və Heris əhalisinin neft gəlirlərindən payını müəyyənləşdirsin.
Azərbaycanlı millət vəkili: -Dövlət Əhər və Heris əhalisinin neft gəlirlərindən payını müəyyənləşdirsin. |
A.Fəllahi Babacan prezident müavininə xitabət bildirib ki, “cənab Nobəxt neft gəlirləri sizin yerliləriniz, onun bəlası isə Əhər və Heris əhalisi üçündür.”
Güney Azərbaycanın Əhər və Heris şəhərinin İran parlamentindəki millət vəkili təmsil etdiyi bölgənin ayrı-seçkilik siyasətinə məruz qalması məsələsinə toxunub. Abbas Fəllahi Babacan parlamentdəki çıxışında Əhər-Təbriz caddəsinin dövlətin diqqətindən kənarda qalmasını sərt tənqid edib: “Bu caddə ildə 147 can alır! Anayasaya görə ölkə vətəndaşları bir-biri ilə bərabərdir. Ona görə də, dövlət ədalətli şəkildə büdcə ayırıb və bu yolda baş verən avtomobil (otomobil) qəzalarını azaltmalıdır. Əhər-Təbriz yolunda 1386-ci ildə (hicri-şəmsi tarixi ilə) işə başlanılıb, əgər dövlət ildə 10 kilometr yol təmir etsəydi, indi bu caddə tamamlanmışdır!” Millət vəkili bildirib ki, əhali bilmək istəyir ki, “ölkənin illik büdcəsi, neft gəlirləri və vergilərdən onlara nə qədər pay düşür?! Acaba dövlətin bu qədər büdcəsindən Əhər-Təbriz caddəsinə 80 milyard tümən ayrıla bilməz?!” A.Fəllahi Babacan prezident müavininə xitabət bildirib ki, “cənab Nobəxt neft gəlirləri sizin yerliləriniz, onun bəlası isə Əhər və Heris əhalisi üçündür.” Geri dön |