Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ- bəyanat verdi: -Hakimlər cəzalanacaq! Bacardıq!.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Qarabağ- bəyanat verdi: -Hakimlər cəzalanacaq! Bacardıq!.

Qarabağ- bəyanat verdi: -Hakimlər cəzalanacaq! Bacardıq!.


"Qarabağ" futbol klubu UEFA-nın "Qarabağ" - "İnter" oyunundakı hakim səhvi ilə bağlı qərarı barədə bəyanat yayıb.

Ağdam klubunun saytının verdiyi məlumata görə, bəyanatda deyilir ki, Avropa Liqasının qrup mərhələsinin VI turunda baş tutan "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) görüşündə əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadası qolu hesaba almamış, nəticədə komandamız yarışda mübarizəni dayandırmışdı.

Qeyd olunur ki, baş vermiş bu haqsızlıq milyonlarla futbolsevərimizi üzməklə yanaşı, "Qarabağ"ın haqqının qorunması yönündə bütünləşməyə gətirmişdir: "Qarabağ"ın haqlı qələbəsinin əlindən alınmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də biganə qalmamış, zati-aliləri "Qarabağ" komandasını qəbul etməklə verdiyi dəstəyi, komandanın yanında olduğunu nümayiş etdirmişdir. Təsadüfi deyil ki, görüş zamanı daim Azərbaycan idmanına diqqət və qayğısını əsirgəməyən dövlət başçısı "Qarabağ" qrup mərhələsində mübarizəni dayandırsa da, "Qarabağ"ı qalib saydığını bildirmiş və qrup mərhələsini adlayacağı halda UEFA tərəfindən veriləcək mükafatı "Qarabağ"ımıza hədiyyə olaraq təqdim etmişdir. Prezidentimizin həmin mükafatı zati-alilərinin humanistliyi, idmana qayğısı fonunda "Qarabağ"ın inkişafı, yeni-yeni idman uğurlarının qazanılması yönündə böyük motivasiya olmuşdur".

Bildirilir ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözel elə ilk gündən baş verən haqsızlığa biganə qalmamış, milyonlarla insanımızın üzüntüsünü, ədalətsizliyə hayqırtısını müvafiq qurumlara çatdırmaq üçün İsveçrəyə yollanmış, UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Giorgi Marçetti ilə görüşmüşdür: "Başqanımızın israrla "Qarabağ"ın haqqını tələb etməsi, oyunun yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda hakimlərin cəzalandırılması tələbi UEFA funksioneri tərəfindən haqlı irad olaraq dəyərləndirilmişdir. Türkiyədən idman məsələləri üzrə ixtisaslaşmış vəkil Gurur Gaye Günal "Qarabağ"ın səlahiyyətli nümayəndəsi kimi bu məsələyə cəlb olunmuş və olay UEFA-nın məhkəməsinə qədər daşınmışdır. Vəkilimizin israrları və təkidləri sayəsində fevral ayının 5-nə təyin olunmuş məhkəmədə "Qarabağ" FK rəhbərliyinin, eləcə də coxmilyonlu ictimaiyyətin tələbi - "Qarabağ"ın lehinə qərar qəbul olunması yönündə hər kəsin ortaq mövqeyinə rəğmən lazımi qərarın verilməməsi belə fikrimizdən döndərməmiş və vəkilimiz yenidən qərardan şikayət olunması ilə bağlı vəsadət qaldırmışdır.

Və bu gün gözlənilən qərar açıqlandı. Düzdür, gözlənildiyi kimi, oyunun yenidən keçirilməsi haqqında qəbul olunmadı. Amma baş tutan iclasın yekununda açıqlanan qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığı bildirilmişdir. Hər nə qədər "Qarabağ"ın təmiz qol vurması hakim qərarı ilə əngəllənsə də, bunun oyun qaydalarının pozulması ilə uzlaşmadığı ifadə olunmuşdur. Beləliklə, oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalandırılması yönündəki tələbimiz reallaşmışdır. Belə ki, məhkəmədə hakimin cəzalandırılması ilə qərarın hakimlərlə bağlı müvafiq qurum tərəfindən veriləcəyi bildirilmişdir. Beləliklə, "Qarabağ" FK rəhbərliyi, ölkə ictimaiyyətinin birgə səyi nəticəsində hakimlərin cəzalanması yönündəki fəaliyyətimiz öz bəhrəsini vermişdir. Hakimlərin cəzalandırılması ilə bağlı verilmiş qərar hamımızın uğuru, qələbəsidir..."

Geri dön