Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Xəzər Open" beynəlxalq şahmat festivalı başa çatdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Xəzər Open" beynəlxalq şahmat festivalı başa çatdı

"Xəzər Open" beynəlxalq şahmat festivalı başa çatdı


İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq “Xəzər Open” şahmat festivalı başa çatıb. Festivalda 15 ölkədən 321 zəka sahibi qələbə uğurunda mübarizə aparırdı.

Yarış bir neçə - A ,B ,C və D qrupları üzrə keçirilirdi. Ölkəmizi bu turnirdə müxtəlif qruplarda 60 şahmatçı təmsil edirdi. A turnirində mübarizə aparan təmsilçilərimizdən Azər Mirzəyev sonucu turda rəqibi üzərində qələbə qazanaraq 7 xalla turnirin bürünc mükafatçısı olub. Bu qrupda mübarizə aparan digər təmsilçilərimiz - Ramil Əlləcov və Qulam Məmmədov hərəyə 6 xal toplayaraq 9-15-ci yerləri bölüşdürüblər. Əlavə göstəriilərə görə Əlləcov 14-cü, Məmmədov isə 15-ci yerin sahibi olub. Nərmin Kazımova isə aktivinə 5.5 xal yazaraq turniri 23-cü yerdə bitirib. Misrətdin İsgəndərov 5 xal, Rəşad Zeynallı 4.5 xal və Zaur Bayramov 4 xal toplayıb. Turnirin qalibi isə aktivinə 8 xal yazan Polşa şahmatçısı Yacek Stopa olub.

B qrupunda mübarizə aparan həmyerlimiz Mirmusa Feyziyev axırıncı turda yerli şahmatçı Behtaş Salimifarda məğlub olaraq birinci olmaq şansını itirib. Beləliklə, Feyziyev 9 oyundan 7 xal toplayaraq 6-cı yerə çıxıb. Vəli Zeynalzadə 6.5 xalla 14-cü, Murad İbrahimli 6 xalla 25-ci və Vüqar Manafov eyni xalla 29-cu olub.

C qrupunda iştirak edən şahmatçılarımızdan Xatun Bağırova aktivinə 5.5 xal yazaraq 9-cu yerə çıxıb. Ləman Hüseynova 12-ci, Aytac Heydərova isə 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilirdi.

Geri dön