Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran saytı ölkədə Türkiyə türkcəsini öyrənmək istəyənlərin sayının artmasından yazıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran saytı ölkədə Türkiyə türkcəsini öyrənmək istəyənlərin sayının artmasından yazıb

İran saytı ölkədə Türkiyə türkcəsini öyrənmək istəyənlərin sayının artmasından yazıb


İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) keçmiş komandanı Möhsün Rzayiyə bağlı “Tabnak” saytı fevralın 18-də dərc etdiyi bir yazıda, ölkədə Türkiyə türkcəsini öyrənmək istəyən vətəndaşların sayının gündən-günə artmasından naraharlıq bildirib.
“Türkiyə seriallarından ləzzət almaq üçün İstanbul türkcəsininin öyrənilməsi” adlı yazıda bildirilir ki, Türkiyə seriallarını izləyən iranlı ailələr həmin serialları yaxşı başa düşmək üçün türk dilini öyrənməyə həvəs göstərir, dil kurslarına üz tuturlar. Bu isə Türkiyənin İranda kültür baxımdan nüfuzunu gündən-günə dərinləşdirib gücləndirir: “ Bu gün türkdilli şəbəkələr İran əhalisinin müəyyən bir qisminə dərin təsir buraxıb. Bunun nişanələrini isə artıq vətəndaşlarda görüb hiss etmək olar. Vətəndaşlar Türkiyə seriallarından zövq alıb dialoqları yaxşı başa düşmək üçün türk dili kurslarına axışırlar və bəzən müraciət edənlərin sayının çoxluğu dil müəssisələrinin də təəccübünə səbəb olur və onlar bir çox hallarda müraciət edənlərin hamısını həmin kurslara qəbul edə bilmirlər”.

Türkiyənin Yunis Əmrə Kültür Müəssisəsinin Tehranda yenicə fəaliyyətə başlamış filialının nümayəndələri isə məsələyə toxunaraq bildirirlər ki, İranda Türkiyə türkcəsini öyrənmək məqsədilə bu müəssisəyə müraciət edənlərin sayı hər il 550 nəfər artır: “Türk dilini öyrənmək üçün müəssisəmizə gələnlərin 80 faizi qadınlardır. Onlar arasında hazırda ən azı 100 evdar qadın da var. Lakin biz məhdud imkanlarımıza görə onların hamısını qəbul edə bilmir, onları türk dilinin tədrisi ilə məşğul olan digər müəssisələrə və dil kurslarına göndəririk”.

Geri dön