Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niftalı Göyçəli- Dil, din və siyasətin müasir vəziyyəti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Niftalı Göyçəli- Dil, din və siyasətin müasir vəziyyəti

Niftalı Göyçəli- Dil, din və siyasətin müasir vəziyyəti


Bəşəriyyət tarixinə istər elmi, istərsə də dini yanaşmada insan nəslinin bir üzvi mənbədən təkamül götürməsi hamıya məlumdur. Tutaq ki, Adəm və Həvvadan törəyib Yer səthinə yayılmışıq, yaxud da bioloji proseslə bir hüceyrəlilərdən çoxhüceyrəlilərə keçməklə, nəhayət insanabənzər formadan insan formasına keçmişik: bu uzunmüddətli zaman ərzində biz insanların mərhələlər keçib çoxalaraq Yer səthinə yaılmağımızı heç kim inkar etmir. Belə olan halda , yəni bütün insanların bir ata və anadan, və yaxud bir bioloji mənbədən törəməsini nəzərə alsaq, bəşəriyyətin qan əlaqəsi, qohumluq əlaqəsi həqiqətdir... Bəs indiki dövrdə insanları bir-birinə düşmən edən vasitələr haradan meydana gəlmişdir? Məlumdur ki, bəşəriyyət yaranandan, indinin özündə də iqtisadi mübarizə daxilində cərəyan etməkdədir. Digər mübarizələr də həmin iqtisadi münasibətlər sistemindən təzahür edir. Tarixin hərəkət başlanğıcından coğrafi ərazilərdə məskunlaşmış insan topluları ərazilərə sahib çıxmaqla dövlətlər yaratmışlar və hərbi gücə malik olduqdan sonra əvvəl müdafiə olunmaq, sonra da gücləndikcə başqa dövlətləri işğalla özlərinə tabe etmişlər... Ən qədim dövrlərdə insan sayı yüz minlərlə olmaqla bir ünsiyyət vasitəsi olan dildə danışmışlar. Sonradan insan törəməsi çoxaldıqca, Yer səthinə yayıldıqca coğrafi iqlimlərin və istehsal münasibətlərinin təsiri ilə dil şivələri, dialektləri meydana gəlmişdir: nəhayət fərqli dillər yaranmışdır... Dini təfəkkür də həmçinin iqtisadi münasibətlər və hegemonluq mübarizə zəmnində siyasi vasitələrə çevrilmişdir. Dil elmi təfəkkürə, din isə bədii təffəkürə aid olan anlayışlardır və bu iki anlayışlar birlikdə fiziki-bioloji qavramaları əks etdirirlər... Hər –hansı bir dövlətin ərazisi və mənsub olduğu dil, eyni zamanda din dövlət siyasətində həmin dövlətin daxili-xarici siyasətində mühüm rol oynayır. Hələ bütpərəstlik dövründə bir feodal dövlətin başqa feodal dövlətin ərazisinə sahib olmaq üçün guya onlara məxsus bütün təhqir olunmasını bəhana edərək hücumları, sonradan Tovratı, Zəmburu, İncili, Qurani-Kərimi bir siyasətə çevirən dövlətlərin müharibələri də ərazi tutmaq, maddi sərvət əldə etməyə xidmət etmişdir... Fövqəlbəşər qüvvəni dərk edib, Ona həqiqətən etiqad edənlər isə tamamən başqa qütbdə dayanmışlar... Əgər bir Allaha etiqat etmək əxlaqı varsa, istər xaçpərəst olsun, istərsə də müsəlman, fərqli olsa da belə, eyni mahiyyət daşıyır. Hərbi gücdən istifadə etməklə dini təfəkkürü təbliğ etməyin arxasında bu və ya digər formada yalnız işğal, qarət dayanır...
Yaşadığımız dövrdə xaçpərəstliklə İslam dini arasında bir mübarizə şəraiti mövcuddur. Bu mübarizənin bir tərəfində nüvə silahlarına sahib və yüksək elmi-texniki hərbi maşınlara malik xaçpərəst Qərb dayanır. Digər tərəfdə isə nüvə silahı olmayan, hərbi texnikaları da Qərbin istehsal etdiyi hərbi maşınlardan ibarət potensiallı müsəlman Şərq dayanır. Vəziyyət elədir ki, xaçpərəstliyin daxilində xurafatçılıq olsa da, dini sektalar arasında, eləcə də katoliklər, pravoslavlar arasında ölüb-öldürmək ziddiyyətləri yoxdur. Lakin İslam dini daxilində gedən ziddiyyətləri qarşıdürmaya yönəldən qərb heç də sirr olmayan fəaliyyətləri ilə insanları bir-birinə məhv etdirmək mövqeyində dayanmışlar və irtica siyasətlərini özlərinin yaratdığı dini radikal qruplaşmalar vasitəsilə həyata keçirirlər. Onlar özləri də yaxşı bilirlər ki, indiki informasiya vasitələri elədir ki, heç nəyi beynəlxalq aləmdən gizlətmək mümkün deyil... Şərq aləmi dünya maliyyə gücünə malik və üstün hərbi imkanlı irtica siyasəti aparan Qərbin qarşısında çox çətin bir durumdadır. Bazar dəyər vasitəsi dolların, funt sterlinqin, evronun arxasında böyük nüvə potensiallı və xarici kəşfiyyatı ölçüyə gəlməyəcək dərəcədə güclü olan ABŞ, İngiltərə dayanır. Odur ki, ingilis dili hegemon dil olaraq dünya dili kimi fəaliyyətdədir və xaçpərəstlik dini də xaçpərəst dininə mənsub olan bu iki güclü dövlət tərəfindən dəstəklənir...
Dünyanın dini problemlər durumuna nəzər yetirsək, reallıq budur ki, bu problemləri yaradan qüvvələr tərəfindən irtica yolu ilə iqtisadi məqsədlərə çatmaq üçün qurduqları modelləri görürük... Dini ziddiyyətlərin ən çox kəskinləşdiyi məkan hal-hazırda Ərəbistan yarımadasıdır. İraq, Əfqanıstan hadisələrindən sonra ardı-arası kəsilməyən təriqət, məzhəb və s. qarşıdurmalar yaradan qərb irticası (hamıya məlum olduğu kimi) insanları silahlandırıb bir-birləri üzərinə qana-qırğına yönəltməsində məqsəd ərəb neftinə yiyələnməkdir. Bundan başqa, Türkiyənin bu regionda nüfüz əldə edə bilməməsi, eyni zamanda iqtisadi bağlar yarada bilməməsi üçün də PKK və s. kimi qruplaşmalar vasitəsilə münaqişələr yaradan qərb irticası son zamanlar İŞİD modelini işə salmışdır... Nə oldu? İraqda, Əfqanıstanda demokratiya, stabillik yaratmağı vəd edən ABŞ siyasətçiləri hansı çətinliklə üzləşiblər?.. Hər gün İraq və Əfqanıstan ərazilərində baş verən terror hadisələrinin arxasında nələr durduğunu kim bilmir ki? İndi texnologiyanın yüksək inkişaf etdiyi bir dövrdə yaşayırıq, informasiyanın internet vasitəsilə bir saat ərzində bütün dünyaya yayılması imkanı var... Bu məsələni qərb də bilir ki, onların işlərindən hamının xəbəri var və danışıqlarda həyasızcasına həyata keçirdikləri irtica hərəkətlərini inkar edirlər, necə deyərlər, söz güləşdirirlər. Lakin onların bu əməllərinin qarşısını alacaq beynəlxalq bir güc yoxdur. Necə ola bilər ki, eyni ərazidə mövcud olan Səudiyyədə, Küveytdə hər şey normaldır, amma digər ətraf ölkələrdə həll olunmaz dini ziddiyyətlər mövcuddur? Yox, burada irtica qüvvənin öz mənafe maraqları var və bu cür də siyasi qurmalarını həyata keçirirlər... Çində, Yaponiyada dini qarşıdurmalar yoxdur. Ona görə ki, qərbin kəşfiyyat dairələrinin bu iki ölkədə fəaliyyətinin qarşısı çox operativ surətdə alınır...
Dünyada İslam və xaşpərəst dini arasında gedən mübarizəni süni olaraq, siyasi yolla alt yapıda hazırlayan və bundan hərbi-iqtisadi maraq üçün istifadı edən qərb irticası bütün insani keyfiyyətlərdən uzaqdırlar. Belə bir tarixi şəraitdə Azərbaycan dövləti dini radikalaşmaya qarşı ciddi mübarizə aparır, eyni zamanda hadisələri tənzimləyərək tolerantlığı saxlayır.

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.


Geri dön