Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: -Belə vəziyyət sırf bizi istəməyən üçüncü dövlətlərin marağına xidmət edirdi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Belə vəziyyət sırf bizi istəməyən üçüncü dövlətlərin marağına xidmət edirdi.

Fərəc Quliyev: -Belə vəziyyət sırf bizi istəməyən üçüncü dövlətlərin marağına xidmət edirdi.


Demokratiya məsələləri üzrə ABŞ-Azərbaycan dialoqu ideyası...

"ABŞ-Azərbaycan dialoqunun yaradılması ilə bağlı verilən anons da münasibətlərin əvvəlki məcraya qaytarılmasına xidmət edir"

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycanda səfərdə olub.
O, Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Xanım Nuland səfərinin yekunu olaraq keçirdiyi mətbuat konfransında iki ölkə arasında əlaqələr, demokratiya, insan haqları ilə bağlı aşağıdakı bəyanatı verib:
"Azərbaycanın gələcəyi üçün hökumət və vətəndaş cəmiyyəti arasında sıx ünsiyyət çox vacibdir. Biz razılaşdıq ki, (Bakıda danışıqlarda) müzakirələri davam etdirəcəyik, vətəndaş cəmiyyəti və demokratiya üzrə ABŞ-Azərbaycan dialoqunun yaradılmasına yardım edəcəyik. Bu, Azərbaycan-ABŞ ikitərəfli strukturu olacaq. Bu struktur Azərbaycanın Avropa Şurası ilə apardığı işlə paralel fəaliyyət aparacaq".


Xanım Nulandın bildirdiyi ABŞ-Azərbaycan dialoqu özündə nəyi ehtiva edə bilər?

Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ABŞ-la Azərbaycan arasında münasibətlərin normallaşmasına böyük ehtiyac var: "Son dövrlər bu münasibətlərdə müəyyən sərinlik hiss edildi. Bizim ölkədə ABŞ-la bağlı keçirilən dinləmələrdə çox fərqli və aqressiv mövqelərə rast gəldik. Hətta bəziləri deyirdi ki, ABŞ-la münasibətləri birdəfəlik kəsmək lazımdır. Mən bütün çıxışlarımda bildirmişəm ki, ABŞ-la Azərbaycan arasında olan strateji əməkdaşlıq qorunmalıdır və yaranan narazılığı aradan qaldırmağa çalışmalıyıq. Çünki belə vəziyyət bizi istəməyən üçüncü dövlətlərin sırf marağına xidmət edirdi.
Azərbaycan ABŞ-la əməkdaşlıq sahəsində böyük işlər görüb. Xüsusilə də antiterror koalisiyasında yaxından iştirak edib. Təbiidir ki, ABŞ rəsmiləri bunların fərqindədir. Nulandın səfəri bir daha sübut etdi ki, ABŞ normal münasibətlərin qorunub saxlanmasını istəyir. ABŞ-Azərbaycan dialoqunun yaradılması ilə bağlı verilən anons da münasibətlərin əvvəlki məcraya qaytarılmasına xidmət edir".



Məhəmmədəli QƏRİBLİ

Geri dön