Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sahibkarlar, hüquqlarınızı bilirsinizmi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Sahibkarlar, hüquqlarınızı bilirsinizmi?

Sahibkarlar, hüquqlarınızı bilirsinizmi?


Azərbaycan Respublikası Konstitusiyasından çıxarış

Maddə 59.Azad sahibkarlıq hüququ
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Sahibkar olmaq və hüquqlar qazanmaq çox asandır, lakin sahibkarlıq fəaliyyəti göstərmək üçün məcburi vəzifələr və öhdəlikləri yerinə yetirmək lazımdır.

Sahibkarın hüquqları və vəzifələrəri

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:
İstənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;
Dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisəlrin əmlakının və əmlak hüquqlarını qanunvericiliyə müvafiq olaraq tamamilə və ya qismən əldə etmək;
Başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;
İşçiləri isə qəbul etmək və qanunvericiliyə müvafiq olaraq onları işdən azad etmək;
İşçilərin əmyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;
Təsərrüfat-maliyyə fəaliyyətini müstəsna həyata keçirmək, məhsul döndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehsalçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;
Öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tarixlər) müəyyənləşdirmək;
Pul vəsaitinin saxlanılması, hesablanma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;
Sahibkarnlıq fəaliyyətindən əldə edilən mənfətdən vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərəst istifadə etmək.
Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfətin bölüşdürülməsi qaydası bağlaşmaya müvafiq müəyyən etmək;

Məbləğitnə məhdudiyytət qoyulmayan şəxsi gəlir əldə etmək;
(vergi və sosial ayırmaları verəndən sonra)


Dövlət sosial təminatlı sistemindən istifadə etmək;
Hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların, təsrrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;
Xarici iqtisadi münasibətlərdə iştirak etmək və valyuta əməliyyatları aparmaq;
İcitmai fondlara, səhiyyə, xeyriyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlər, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;
Həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək;
Dövlət sığorta fonduna, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;
Qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək

Sahibkarın əmlak məsuliyyəti

Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyırlar.
Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.
Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır.O, bağlaşmadan irəli gələn öhdəliklərin icra edilməsi və ya lazımi qaydada icra edilmədiyi üçün də eyni məsuliyyət daşıyır.
Sahibkar Azərbaycan Respubilkasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülk-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.

Sahibkarlığın dövlət tərəfindən hüquqi tənzimlənməsi və dövlət nəzarəti

Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit vasitəsi ilə tənzimləyir. Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.
Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq düzəlişlər sistemini müəyyənləşdirir.
Dövlət sahibkalığa kömək məqsədilə ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbayъan Respubilkasının Milli Bankı ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.
Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin fəaliyyətin səmərəli həyatata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqanlar malikdir. Vergi, antiinhisar, sanitariya, ekologiya və s. dövlət nəzarət orqanlarının yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir.
Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər – qanunçüluğun gözlənilməsi, ölkənin və vətəndaşların təhlükəsliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının gözlənilməsi və tarixi abidəlrin mühafizəsi məsələləri üzrə yol verilir.
Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından açılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.
Azərbayjan Respubilkasının qanunvericiliyində nəzərdə tuttulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.
Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birilklərin müdaxiləsinə yol verilmir. Hüquqi şəxs yaradılmaqla həyata keçirilən sahibkarlıq fəaliyyətindən əldə olunan mənfətdən və sahibkarın şəxsi gəlirindən vergilərin tutulması Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunverijiliyinə uyğun olaraq həyata keçirilir.
Sahibkardan əsassız olaraq məcburi surətdə vergi və digər ödəmələr tutularsa və ya sahibkara vergi qanunvericiliyini pozduğuna görə cərimə sanksiyaları düzgün tətbiq edilməzsə, sahibkarın buna yol vermiş orqanlara iddiası üzrə bütün qeyri-qanuni tutulmuş məbləğ həmin dövr üçün kredit faizi əlavə olunmaqla qaytarılır və ya sahibkarın razılığı ilə növbəti dövrün vergilərinin ödənməsi hesabına aid edilir.
Sahibkarlıq hüquqlarının hüquqi nizamlanması
Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər – qanunçüluğun gözlənilməsi, ölkənin və vətəndaşların təhlükəsliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının gözlənilməsi və tarixi abidəlrin mühafizəsi məsələləri üzrə yol verilir.
Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından açılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.
Azərbaycan Respubilkasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birilklərin müdaxiləsinə yol verilmir.

Sahibkarlıq fəaliyyətinnin dayandırılması və xitamı

Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı sahibkar (mülkiyyətçi) özü və ya məhkəmə qəbul edə bilər. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər.
Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunveriъilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.
Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
-bağlaşmanın müddəti başa çatdıqda;
-tərəflərin qarşılıqlı razılı ilə;
-məhkəmənin qərarı ilə;
-bağlaşmada və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Geri dön