Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi ölkə iqtisadiyyatının ağır durumda olduğunu etiraf edib
İran rəsmisi ölkə iqtisadiyyatının ağır durumda olduğunu etiraf edib |
İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt: "ölkə iqtisadiyyatı indiki ağır durumda olmamalı idi"
İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt fevralın 19-da jurnalistlərə açıqlamasında ölkənin ağır iqtisadi durumundan və keçmiş prezident Mahmud Əhmədinejadın prezidentliyi dövründə neft satışından əldə edilən gəlirin yoxa çıxmasından danışıb. Məhəmmədbağır Nobəxt deyib ki, son aylarda neftin qiymətinin kəskin düşməsi nəticəsində, Həsən Ruhani hökuməti ölkəni illik 17 milyard dollar gəlirlə idarə etmək məcburiyyətində qalıb: “Bizdən əvvəlki hökumətdə ölkənin 700 milyard dolları 5-6 il içində yoxa çıxaraq mənimsənilib və yeyilib. Mən demirəm ki, birbaşa oğurlub olub. Lakin düşünürəm ki, bu iri həcmdə gəlirlə ölkə iqtisadiyyatı indiki ağır durumda olmamalı, mənfi nəticə göstərməməli idi”. İranın vitse-prezidenti (prezidentin 1-ci müavini) İshaq Cahangiri isə bundan əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, keçmiş prezident Mahmud Əhmədinejad hökumətində ölkənin neft satışından əldə etdiyi 700 milyarddan çox vəsaitin haraya xərcləndi bilinmir: “Əgər bu pullar düzgün bir proqram əsasında xərclənsəydi, indi ölkənin valyuta inkişaf fondunda ən azı 300 milyard dollar vəsaitimiz olmalı idi”. Geri dön |