Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Dünya Ana Dili Günüdür (Video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan xəbərləri, Bildiriş > Bu gün Dünya Ana Dili Günüdür (Video)

Bu gün Dünya Ana Dili Günüdür (Video)


BMT (Birləşmiş Millətlər Təşkilatı) 1999-cu ilin noyabrında (november) Banqladeş səfirinin təşəbbüsü ilə fevralın (fabruary) 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Bu günün yaranma tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub.

Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.

YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

VİDEO:

Geri dön