Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Manatın zəifləməsi qonşu ölkələrdə Azərbaycan məhsullarına tələbatı artıracaq
Manatın zəifləməsi qonşu ölkələrdə Azərbaycan məhsullarına tələbatı artıracaq |
Manatın məzənnəsinin zəifləməsi qonşu ölkələrdə, xüsusilə də Rusiyada Azərbaycan məhsullarına tələbatı artıracaq. Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, Rusiyada rublun kəskin devalvasiyası zamanı bu ölkəyə ixrac edilən Azərbaycan məhsullarına daha az tələbat oldu və bir çox tədarükçülər biznesin həcmini azaltmaq və ya digər hesablaşma forması axtarmağa məcbur oldular. R.Quliyev qeyd edib ki, Azərbaycan uzun illərdir manatın məzənnəsini dollara bağlı saxlayıb və belə tərkibli iqtisadi model cəmiyyət və dövlətin maraqlarını qorumaq üçün lazım olub: “Lakin unutmaq olmaz ki, bütün dünya 2008-ci ildən böhran yaşayır. Bir çox ölkənin iqtisadiyyatı geriləyir, onların iqtisadi göstəriciləri azalır, ümumi milli məhsulu isə ildə cəmi 0,5 faiz artır. Bütün bu illər ərzində Azərbaycan hökuməti ehtiyatları hesabına manatın məzənnəsini sabit səviyyədə saxlayırdı. Biz ildə inflyasiyanın 1,5-2 faizdən çox artmasına imkan vermədik. Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyə, Qırğızıstan və Tacikistan kimi bir çox ölkədə milli valyutanın devalvasiyası baş verdi. Azərbaycanı qlobal iqtisadiyyatdan kənarda nəzərdən keçirmək olmaz”. Manatın məzənnəsinin zəifləməsi inflyasiyaya səbəb olsa da, deputat hesab edir ki, hökumət çox güman, belə şəraitdə inkişaf proqramına malikdir: “Şərtlər dəyişib, heç olmasa, müvəqqəti olaraq dünya iqtisadiyyatında problemlər həll edilənədək yeni dünya iqtisadi proseslərinə uyğunlaşmaq lazımdır. Hökumət baş verən proseslərin əhalinin rifahına çox təsir etməməsi üçün bütün məsələləri nəzərdən keçirəcək”. Geri dön |