Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dəmirqapı Dərbəndin açarı ona verildi - Azadi Rəhimov
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Dərbənd > Dəmirqapı Dərbəndin açarı ona verildi - Azadi Rəhimov

Dəmirqapı Dərbəndin açarı ona verildi - Azadi Rəhimov


Dərbənd şəhər meriyasında yenidən dəyişiklik olub

"DAVAM" Media Qrupu na daxil olan məlumata görə, İmam Yarəliyevdən sonra Dərbənd şəhər rəhbəri vəzifələrini üstlənən Mövsüm Rəhimov da postunda çox qalmayıb və onu Azadi Rəhimov əvəz edib.

Bəs Dərbənd şəhərinin yeni rəhbəri Azadi Rəhimov kimdir?

-Аzadi Tahir oğlu Rəhimov 1958-ci ildə Tabasaran rayonunun Darvaq kəndində doğulub.
- Əmək fəaliyyətinə 1976-cı ildə Kazanda "Oraq və çəkic" zavodunda xarrat işləyərək başlamışır.
- 1982-ci ildə Kazan Dövlət Universitetini bitirəndən sonra Çeboksarda SSRİ DİN milis xüsusi orta məktəbində müəllim və baş müəllim vəzifələrində çalışmışdır.
- 1989-cu ildə RF-nın DİN Akademiyasının adyunktu (ali hərbi təhsil müəssisəsinin aspirantı) olmuşdur.
- 1992-ci ildən isə RF-nın Ədliyyə nazirinin köməkçisi, müşaviri vəzifəsinə təyin olunmuşdur.
- 1992-ci ildədaha sonra o Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialının direktoru təyin edilmiş, daha sonra Dağıstan Respublikasının ədliyyə nazirinin müavini təyin edilmişdir.
-1995-ci ildə Azadi Tahir oğlu Dağıstan respublikasının Xalq Məclisinin deputatı seçilmiş və yerli özünüidarəçilik, dövlət quruculuğu, qanunvericilik, qanunilik üzrə Komitə sədri təyin edilmişdir.
- 1998-ci ildə Dağıstan respublikasının rəhbərinin mavini təyin edilmişdir.
2002-ci ildən isə Dağıstan respublikasının ədliyyə naziri olmuşdur.
2015-ci ilin fevralın 14-dən isə Dərbənd şəhər meriyasının rəhbəri təyin edilib.

Geri dön