Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstan Türklərinə dair “Türk-İslam” Konsepti. 2-ci hissə.
Gürcüstan Türklərinə dair “Türk-İslam” Konsepti. 2-ci hissə. |
1-ci hissə bu linkdə: http://davam.az/19452-grcstan-trklrin-dair-trk-slam-konsepti.html
Borçalı mahalında türk dilinin bölgəsəl dil olma statusunun verilməsi qaçınılmaz olacaqdır 9.Rusya Federasiyası Ruslara gəldikdə istər Çar Rusiyası, istər Sovet Rusiyası, istərsə də indiki Rusiya Federasiyonu daim İmperaturluq həvəsindən çıxış edərək Qafqazlarda öz ağalıq nüfuzunu nəyin bahasına olursa olsun qoruyub saxlamaq istəmişdir. Və bir çox zamanlar Ruslar qafqazlardakı nüfuzlarını törətdikləri cinayətlərin hesabına qoruyub saxlaya bilmişlər. Birinci dünya savaşının sonunda Qafqaz xalqları tərəfindən yaranmış Zaqafqaziya Məclisinin baş tutmamasının arxasında türk istənməzliyi dayanırdı. İngiltərə, Fransa, hətta Osmanlı dövlətinin müttəfiqi olan Almanya mütləq çoxunluğunu Türk və Müsəlmanların təşkil etdiyi Qafqaz xalqlarının vahid Konfederal Dövlətin tərkibində çıxış etməklərini istemədilər və onun əleyhinə çıxaraq kiçik dövlətlərin qorulmasında maraqlı oldular. həmin bu Türk istənməzliyi siyasəti – Türkləri zorunlu köçə məcbur edərək torpaqlarını digər azınlıqlara vermək, alçaldılmaq və saxta “Azəri” kimliyi ilə öz kimliklərindən uzaqlaşdırılmaq siyasəti, sonralar Qafqazlarda Rusya tərəfindən, İranda isə Pəhləvi hakimiyəti tərəfindən davam etdirildi. Ruslar Qafqazlarda tarixən əsas iki dövlətlə çəkişməkdə idilər. Bunların biri şiyəliyə əsaslanan Türk İran o birisi isə əhl-i sünnətə əsaslanan Osmanlı Türk dövlətləri idi. Çar Rusiyasını əvəzləyən Sovet Rusiyası Qafqazları öz tərkibində saxlaya bilməsinə dolayı təminat verən iki anlaşma imzalmışdır. Bunların biri İranı iki nüfuz bölgəsinə bölən andlaşmaya hüquqi geşerlilik sağlayan 27 Fevral 1921-ci il Moskova andlaşmasıdır, digəri isə Türkiyə ilə sınırlarını və siyasi durumunu bəlirləyən Moskova (Mart 1921) və Qars (Oktyabr 1921) anlaşmalarıdır. İranı iki nüfuz bölgəsinə bölən andlaşma nə tənha İranın Qafqaza olan iddialarını yerli dibli yox elədi, həm də İranın özünü belə Rusya ilə İngiltərə tərəfindən sümürülən və onların etkisi altında yönədilən ölkə halına düşürdü.xxix Sovet Rusyası, Abbas Mirzə dövründən Quzey Azərbaycan və ətraf bölgələrin Rusyanın işğalından azad olması uğrunda başlanmış olan siyasi-ideoloji mübarizənin məğlubiyyətindən, İranda Türklərin vəhşicəsinə ayrı-seçkilik siyasətinə tabe tutulmasından və Anaşəhər sayılan Təbrizin yeni qurulmuş pəhləvi Fars hakimiyyəti tərəfindən xarabalığa çevirmək siyasətindən məharətlə su istifadə etməyi də unutmamışdır. Rusya Fevral 1921-ci il andlaşmasından sonra ölkədə əldə etdiyi öz nüfuz dairəsini qorumaq məqsədi ilə İrandakı türklərin ayrı-seçkiliyə məruz qaldığını bəhanə edərək Türkləri uydurma “Azəri-Azərbaycanlı” adı altında ictimai dayaq kimi su istimal etməyi alternativ bir projə kimi əldə saxlamağı və zamanı gəldikdə yararlanmağı qarşısına məqsəd qoymuşdur. Rusya bu İmperialist siyasətini Türk kimliyi ilə deyil, millətin gerçək milli kimliyini mahiyyətcə boş Azərbaycanlılıqla (Azərbaycançılıq və ya Azərbaycanın Azəri xalqı) təhrif edərək türk kimliyinin tədrici məhvinə hesablanmış adlar altında həyata keçirdi. Bu yöndə İran solçuları o cümlədən İran Türk sol düşünürləri bilər-bilməz böyük rol oynadılar və mənsub olduqları türklüyə mədəni və siyasi açıdan sarsıdıcı zərbələr vurdular. İran Türklərini təhqir edən, onlara yönəlik ayri-seçkilik siyasəti tətbiq edən azınlıq hakimiyyəti olan Pəhləvi sülaləsi, onları “Azərbaycanın Azəri Xalqı“ olduqları üçün deyil, İranda qurulan bütün əski türk dövlətlərinin hüquqi varisi olduğuna və azınlıq fars adına qurulmuş Pəhləvi dövlətçiliyinə qarşı güclü alternativ olduqlarına görə əzərək etkisiz hala gətirmək hədəfini güdürdü. Qars və Moskova andlaşmasına gəldikdə demək yerinə düşərki, bu anlaşmaya görə həm Naxçıvan həm də Acarlar Sovet Rusiyası kimi qəddar bir sistemdə Müxtar Vilayət statusu qazandılar. Bu Türkiyənin qeyd edilən bölgə əhalisinə ərməğanı olmuşdur. Məhz buna görə də Sovet rəhbəri J. Stalin əhali arasında Türkiyəyə olan sevgini aradan qaldırmaq və Gürcistandakı Türk və müsəlmanları didik-didik etmək, zəiflətmək, azınlıq halına düşürmək üçün olduqca vəhşi və insanlığa sığmayan addımlar atdı. Acarlar zorunlu biçimdə Xristianlaşdırıldı, Mesxeti Türkləri-Ahıska Türkləri qətlam edilərək toplu şəkildə Sibirə sürgün edildi, belə ki Acar Bölgəsi ilə Borçalı Bölgəsi arasında yerləşən Ahıska Türklərini tam köçürdükdən sonra başqa etnikləri o bölgəyə yerləşdirməklə faktiki şəkildə Acarlarla Borçalıların torpaq birliyini aradan qaldırdı. Digər tərəfdən Sovetin Materialist sistem olduğuna baxmayaraq Şiə-Sünni təriqətləri arasında ixtilafları qullanmaq, Şiyə məzhəbinə süni biçimdə üstünlük tanımaqla Osmanlıların və onların varisi olan Türkiyənin mədəni təsirini daim zəiflətmək məqsədini güdmüşdür. Bunun da olduqca aydın səbəbi vardır: 1. Qacar Türk dövləti çökmüşdür. Onun hüquqi varisi kimi çıxış eləyən Türk düşməni Pəhləvi Farsçı sistem oyunçaqdan başqa bir şey deyildir. 2. Qacar Türk dövlətinin çökülüşündən və türklərin İranda isarətə alındığından sonra “Azərbaycançılıq” Rusya üçün daha siyasi anlamda təhlükə kəsb etmirdi, əksinə tarix boyu döyüşdüyü Türk millətinə qarşı bir siyasi alət kimi istifadə vasitəsinə çevrilmişdir. Məhz buna görə Rusiya Gürcistandakı Sünni Ahıska Türklərini toplu şəkildə sürgün etməyə və dolayısı ilə məhv etməyə, Türkiyə ilə kültür birliyində olan Acarları zorunlu şəkildə Xristianlaşdırmağa əl atdığı bir zaman da Şiə Borçalı türkləri arasında Sovet sisteminə boyun əyməyənləri, Türklükdən arınmış mahiyyətcə boş Azərbaycanlılıq mahiyyətini qəbul etməyənləri aradan qaldırmaqla kifayətlənmişdir. Başqa sözlə desək Borçalı Türkləri Acar və ya Ahıska Türkləri kimi kütləvi qırqına və ya toplu sürgünə məruz tutulmamışdılar. Bunun da sadəcə bir səbəbi var idi: Ahıska Türkləri ilə Acar Müsəlmanlarının dini-siyasi-milli ideoloji dayağı olan Osmanlının Türklüyə dayalı gerçək hüquqi varisi olan bir Türkiyənin iddialı bir biçimdə varoluşu, əksinə Borçalı Türklərinin qeyd edilən ideoloji dayağı olan Təbriz Türklüyünün tam məğlubiyəti və olduğu İran ölkəsində özünün tam isarətə alınması idi.xxx Borçalı türklərinə “Gürcistan Azərbaycanlıları” kimi uyduruq ismin işlədilməsi üzərinə diqqət çəkərək burada Azərbaycan isminə keçəri olaraq toxunmamızda yarar var deyə düşünürəm. Azərbaycan adı ilk dəfə siyasi-coğrafi anlamda Burada əski zamanlardan – Milad öncəsi birinci min illiyin ortalarından yer adı olaraq “Atorpadegan”, “Adorbaygan”, “Aderbaygan” və ya “Azərbaygan” kimi yazılmış və istifadə edilmiş Azərbaycan termininin etimolojik çözümləməsi söz qonusu olmadığına görə bu sahəyə toxunmayacağıq. Burada söz qonusu olan çağdaş siyasi tariximizdə Azərbaycan termininin ilk kəz siyasi-coğrafi anlamda nə zaman, kimlər tərəfdən və hansı hədəflə gündəmə daşınması söz qonusudur.xxxi Azərbaycan yer adı olaraq coğrafi anlamda qullanılmışdır. Islam sonrası bir çox Ərəbcə yazmış bilginlərin o cümlədən Əlbəldani, Yəqubi, Mostofi və b. əsərlərində “Azərbaycan” yer və ərazi adı olaraq keçir. Qeyd etmək lazımdırkı ərəbcədə “G” hərfi olmadığına görə “C”hərfi ilə, yəni Azərbaygan-Azərbaycan olaraq qeyd edilmişdir. Indi bizdə Azərbaygan ismini Ərəb dilli tarixdə qeyd edildiyi kimi həm tələffüz edirik həmdə yazırıq. Bu əsərlərin göstərdiyinə görə Azərbaycan torpaqları Quzeydən Dağıstan-Dərbənd, Borçalı bölgəsini içərərək Batıdan Anadolu və İraq kərkük bölgəsini, Güneydən Loristanın Sultan Çəmən, şirvan vilayətlərini, Kirmanşahın Sunqur bölgəsini, Bəxtiyari bölgəsinin quzey hissəsini, İsfahanın quzey-batı bölgəsini, Qumu və Doğudan bu günki Tehran və Gilanı qapsayaraq xəzər dənizinə bitişən əraziyə deyilmişdir. Azərbaycan yer adı olaraq çeşitli sultan və hakimlərin yazmış olduqları məkrtublarda da keçər. O cümlədən Səfəvi Sultanlarının, Afşarların, Kərim xan Zəndin və Qacar Sultanlarının qarşılıqlı məktublaşmalarında da görünməkdədir. Amma qeyd edilməsi gərəkən buki bütün tarixi əsərlər də və Sultanların idari və özəl məktublaşmalarında qeyd edilən “Azərbaycan” millət anlamında deyil, sadəcə yer-ərazi adı olaraq keçmişdir. Ilk kəz “Azərbaycan” termininin yer-ərazi adından artıq siyasi-coğrafi anlamda gündəmə gəlməsi və işlək hal alması Qacar türk dövlətinin Qafqazlarda Rus İmperiyasına yenilməsindən və Qafqaz torpaqlarını itirməsindən sonrakı 20 ilə yəni 1840-ci illərə təsadüf edir. Məğlubiyət sonucunda Dağıstan, Dərbənd, Borçalı, Bakı, İrəvan, Gəncə, Tiflis (Tbilisi), Ağdam, Qarabağ və başqa Xanlıqlardan Anaşəhər Təbrizə sığınmış din xadimləri, Xanlar, Bəylər, Aydın və ziyalılar eləcə də Qacar türk dövlətində yüksək mövqeyi olan Xanlıqlara mənsub şəxsiyətlərin, Təbriz Türk mədəniyətinin yetirmiş olduğu və Təbriz mərkəzli dövlətçiliyi təmsil edənlərdən sayılan Əmir Kəbirin və digər Qacar türk dövlət adamlarının Xaqan ləqəbi ilə adlanan Fətəli Şahın və qardaşoğlusu Ordu başçısı Böyük Abbas Mirzənin ətrafında aparılan müzakirələrin sonucunda “Azərbaycan Məmləkəti” kimi siyasi-coğrafi anlamda gündəmə gətirilmiş oldu.xxxii Bu Siyasi-coğrafi anlamda gündəmə gətirilmiş “Azərbaycan” termini siyasi, dini və milli təfəkkürə malik olmuşdur. 1. siyasi cəhətfən “Qaqazlarda” Quzey Azərbaycan və ətraf bölgələrində Xiristiyan Rus İmperiyasının işğalına son qoymaq və torpaqların azad edilmsinə nail olmaq; 2. Dini cəhətdən toplum üzərində Rus İmperiyasına bağlı Keşişlərin Xiristiyanlaşdırma fəaliyətlərini etkisizləşdirmək məqsədi ilə nəyin bəhasına hətta uşaqları yeni bilim dallarını (Elmi-Fünuni cədidəni) öyrədən məktəblərə göndərməyi dini fətva ilə haram ilan etmək, Şiyə İslamçılığına dayalı toplumun dini inancını və bağlılığını yüksək tutmaq məqsədi ilə dini-təbliğatçılar göndərmək; 3. Milli cəhətdən bu xəttin ideoloji təməlləri tam Türklüyə dayanmışdır. Sürəc türklərlə bağlı olmuş və türklər tərəfindən də yönədilmişdir.xxxiii Bu sürəcin tərkibində Rus-Qacar savaşlarından sonra Qacar türk dövlətinə sadiq qalmış Erməni və Gürci gruplarına, aydın və böyüklərinə də gərəkli diqqət göstərilmişdir.xxxiv Son 90 ilin tam tərsinə o dönəmdə Dövlət-Millət davası DİL üzərindən egəmənlik kəsb etmədiyindən,Türk milləti yönədici olaraq özbəöz türkçəsi ilə yanaşı Fars dilini də bərabər şəkildə bəzən daha artıq istifadə edirdilər. 1850-ci illərin başlarından siyasi-ideoloji təməllərini şərh elədiyimiz siyasi-coğrafi karakter kəsb eləmiş “Azərbaycan”-la bağlı çeşitli fəaliyətlərə başlanmışdır. Bunlardan biri bəlkə də ən başlıcası işin təbliğat tərəfi idi. Ümum Azərbaycanda istər işğal olunmuş Quzey Azərbaycan (Qafqaz) toplumunu istərsə də məğlubiyət sonrası Anaşəhər Təbrizdə cəmləşmiş Quzeyli mücahidlərini və yerli Türk toplumunu bu müqəddəs savaşa cəlb etmək, daim müqavimət və dini-milli özgürlük ruhunu ayaqda tutmaq, Qafqazdaki Grila savaşlarını davamlı qılmaq məqsədi ilə bir sıra əsaslı işlər görülmüşdür. Görülən işlərdən biri Təbrizdə qurulan yayınlanan çeşitli “Gündəlik və hərdənbir” qəzetlər idi. bunlardan “Millət-e-Azərbaycan”(Azərbaycan Milləti), və “Məmləkət-e-Məhrusey-e-Azərbaycan” (Qorunmuş Azərbaycan Məmləkəti), gündəliklərini saymaq olar. Bunlar tam dövlət hesabına yayınlanır və tam ölkə boyunda özəlliklə Darülsəltəne-ye- Azərbaycanın bütün bölgələrində və İşğal olunmuş Quzey (Qafqaz) hissəsində yayınlanırdı.xxxv Bu sürəcin axarında Qacar Türk Sultanı Nasirəddin şah dönəmində ölkədə aparılan ilk inzibati-siyasi ərazi bölgüsündə Azərbaycanın siyasi-inzibati ərazisi İslam sonrası tarixi əsərlərin göstərdiyinə uyğun biçimdə tənzimlənmişdir və ərazisi indiki Kürdistanı, Kirmanşahı, Loristan və Bəxtiyari bölgəsini, İsfahanın quzey-batı bölgəsini, Gilanı faktiki içərməklə yanaşı nəzəri olaraq İşğal olunmuş Qafqazın Türklərdən ibarət olan bölgələrini, yəni quzey Azərbaycanı da içinə alırdı. Bu Qafqaz və ümum Azərbaycan uğrunda Rus İmperaturluğunun işğalçı siyasətinə qarşı müqavimət siyasəti Nasirəddin Şahın terror edildiyi müddətə qədər davam etmişdir. Nasirəddin Şahın 1 May 1896 tarixində şəhid düşməsi, ölkə daxilində baş qaldıran haqlı-haqsız üsyanlar o cümlədən Məşrutə hərəkəti və digər tərəfdən ölkəni iki nüfuz bölgəsinə bölən Rusya ilə İngilisin 1907-ci il andlaşması ümum məmləkəti və Qacar Türk dövlətini çıxmaza soxdu. Bu dönəmdən etibarən bu türklüyə dayanan siyasi-coğrafi anlam kəsb edən “Azərbaycan” və Qafqazın Rus işğalından azad edilməsi uğrunda mübarizə ideyası faaliyət ortamında faktiki şəkildə aradan qalxmış oldu ve tamamen iflasa uğradı. Nasirəddin şah 16 İyul 1831 Təbriz- 1 May 1896 Tehran, Səltənət dönəmi 17 Sentyabr 1848 dən şəhid düşdüyü tarixə qədər dəvam etmişdir. Şəhid şah ləqəbi almışdır. İran’da gerçək və qapsayıcı yeniləşmə tarixi Nasirəddin şah’la başlar. Yeniləşmə sürəcində ən etkin şəxsiyətlərdən olmuşdur desək asla yanılmarıq. Çar Rusyası və 1917-ci ildən onun hüquqi varisi kimi çıxış eləyən Sovet hakimiyəti (SSRİ-SSCB-Şurəvi) vaxtı ilə Qafqazın-Quzey Azərbaycanın Rus işğalından azad edilməsinə hesablanmış “Azərbaycan Məmləkəti” konseptini öz imperialist maraqlarına uyğun biçimdə qullanmağa başladı. Sovet hakimiyəti “Azərbaycan”-ın siyasi-ideoloji təməllərində çıxarlarına uyğun şəkildə etdiyi əsas dəyişiklikləri belə karakterizə etmək olar: 1. siyasi zəmində Qafqazda yerləşən türkləri və yaşadıqları torpaqları fərqli siyasi-inzibati (Ermənistan, Gürcistan, Dağıstan və Azərbaycan) bölgələrə parçalamaq, türkləri digər azınlıqlara tabe etdirmək, digər tərəfdən mahiyətcə boş Azərbaycançılığı İrana yönəlik xarici siyasətində İngiltərə ilə imzaladığı Nüfuz bölgəsi anlaşmasının qüvvədə qalmasına dair təzyiq vasitəsi kimi əldə saxlamaq; 2. Dini cəhətdən Şiyə islamçılığını rədd edərək yerində Leninizm, Stalinizm və opotik (xəyali) olarak Kommonizmi yayqınlaşdırmaq; 3. Milli cəhətdən Farsların bir qolu kimi təfsir edilən Azərbaycanlı və ya Azərbaycanın Azəri xalqı kimi saxta və qondarma adlarla toplumu öz türklüyündən, gerçək kimliyindən uzaqlaşdırmaq və assimilasiyon siyasətinə tabe tutmaq idi. Vaxtı ilə Stalin öz əsərində də bu haqda geniş yazmışdır. Rusların Qafqazdakı bu türk düşmənliyi siyasəti İngiltərənin İrandakı Türk düşmənliyi siyasəti ilə məzmun etibarı ilə tam eyniyət təşkil edir. İranda Türklərə siz türk deyil Farsların bir qolu olan Azərisiniz deyə ortaya qoyduqları konsept bu Türk istənməzliyinin tərkib hissəsidir. Rusya ilə İngiltərənin İranda azınlıq olan Farsları hakimiyətə gətirdikdən sonra Qafqaz və İran türklüyünə yönəlik kültürəl açıdan düşmənlik içərən eyni mədəni məhvetmə siyasətləri hakim olmuşdur.xxxvi Beləliklə 1840-cı illərin sonlarında siyasi açıdan Türk-Şiyə İslam düşüncəsinə dayanan, Təbrizdə əsası qoyulan, siyasi-coğrafi məzmun kəsb edən “Azərbaycan Məmləkəti” anlayışı, Quzey Azərbaycanın Rus işğalından azad olunmasına hesablanmış ikən, Qacar Türk Dövlətinin çökülüşündən sonra Sovet Rusyası mahiyyətcə boş Azərbaycançılığı qullanaraq cənubi Azərbaycan Türklərini Sovet Rusyasının İrandakı maraqları uğrunda top ətinə çevirdi. Borçalı Türkləri arasında “mahiyyətcə boş Azərbaycanlılıq” milli kimlik kimi nisbətən hakim olduqdan sonra bu toplum müəyyən mənada milli kimlik bilirsizliyinə uğramışdır. Toplumun kültürəl açıdan mum kimi əyilgən xasiyətə sahib olmasına cəhd göstərilmişdir və müəyyən mənada bacarılmışdır. istənilən sol və gerici güclərin alətinə çevrilməyə açıq toplum halına gətirilməsinə çalışılmışdır. Sovetlər Borçalı Türklərinə Gürcistan Azərbaycanlıları kimi bilirsiz və mənasız bir mahiyyət verməklə Gürcistanda çoxunluq olan Gürcilərə yönəlik özləri üçün ictimai dayaq yaratmağa çalışmışlar. Sovet dövründə Gürcistan Azərbaycanlıları kimi formalaşan kəsim Gürcistanda Gürcü xalqı ilə riqabətdə olmuş və bu riqabətdən doğan bütün məsələlərin Moskvada həll edilməsinə şərait yaradan lokomotiv olmuşlar. Buda Gürcistan da vahid Gürcüstanlı kimliyinin yaranmasına mane olmuşdur. Necə ki bu rolu Azərbaycan Sovet Cumuriyətində Ermənilərlə digər azınlıqlar oynamışlar. Bu Sovet Rus İmperaturluğunun vahid siyasi xətti olmuşdur və bütün cumhuriyətlərdə icra edilmişdir. Bu gün Gürcistan da Rus dili və ədəbiyyatı daha çox özlərini Gürcistan Azərbaycanlısı hesab edən aydınlar tərəfindən müdafiə edilir. Gürcilər ölkələrində Rus İmperaturluğunun ağalığını xatırladan bütün şeyləri aradan qaldırmağa çalışdıqları bir dövrdə nə yazıqlar kı, bizimkilər Rusyanın İmperialist maraqları üçün çalışmağı öz çıxarlarına hesab edirlər. Harda Gürcistan Azərbaycanlıları yaşayır orada Rus müstəmləkəçilik əhval-ruhiyyəsi hiss olunur. Bəllidirki bu gün Azərbaycanı idarə edən kəsim mahiyyətcə boş Azərbaycanlılıq məfkurəsinə dayanır. Bu məfkurənin müəllifləri elə Rus İmperaturluğunun qorunub saxlanmasında əsas rol oynayan stratejistlər olmuşlar. Bu hakimiyyət Rusyadan asılı bir vəziyyətdədr. Xarici siyasətini o cümlədən Gürcistana yönəlik siyasətini Rusyanın İmperialist maraqlarına uyğun qurur. Məhz buna görə də bu gün (2012)Gürcistan Azərbaycanlılarının bir çox aktiv siyasiləri Gürcistanın Batı tərəfindən dəstəklənən nisbətən demokratik hakimiyyətinin əleyhinə Rus Bluku ilə birləşir. Bu geriçi tutumları ilə həm türk toplumunun Gürcistanın ictimai-siyasi-iqtisadi həyatına inteqrasiyanı əngəlləyirlər, həm “Gürcistan Azərbayanlıları” kimi mahiyyətcə boş və bilirsiz bir kimliklə Gürcistandakı Türk və Müsəlman topluluğunun vahid-bütöv toplum kimi çıxış etməsinə mane olurlar. Sonunda qeyd etməm gərəkdirki, son 100 ildə Faşist Fars düzəni və onu savunan güçlər İranda biz türklərə zorla dayatmaq istədikləri türklüyə alternativ olarak ürətilən ‘Azərilik’ kimliyini, 1993 ilində Elçibəydən hukuməti devr almış yeni quzey Azərbaycan yönətimi üzərindən dayatmaq-təhmiletmək istəyir. Başqa bir sözlə Əhməd Kəsrəvixxxvii kimi satılmış bilginlərlə biz türklərə dayatılmasi istənən Azərilik kimliyini indi Azərbaycan hukumətinin vasitəsiylə də təhmiletmək istəyirlər. Amma qururla vurğulamalıyamkı May 2006 olaylarında milyonlarca Güney Azerbaycan türkü Təbriz başta olmaqla digər türk şəhərlərində küçələrə çıxıb, ‘Haray Haray mən Türkəm’ bağıraraq Türklüyə alternativ olaraq ürətilən uydurma Azərilik konseptini təhmiletmək istəyən Faşist fars düzəninə dəfol cavabını vermiş oldular. Türklük güney Azərbaycanda qorunduğu kimi quzey Azərbaycanda da rəsmən hüquqi geçərlilik qazanması gərəkdir. Bu bütöv Azərbaycan türklüyü üçün olmazsa olmazdır. Bizim Quzey Azərbaycan yurddaşlarından, yönətimindən özeliklə cumhurbaşkanımız İlham Əliyevdən ve digər iqtidar və muxalifət yönlü yurdsevərlərdən ən vacib saydığımız istək, türk millətinin danışdığı türk dilinə Anayasa düzəyində hüquqi statüsün yenidən qazandırılmasıdır. Kimlik bizim üçün həyati önəm daşıyır. Biz İranda Azəri olduğumuz üçün mücadilə etmirik, biz 40 milyon Türk olduğumuz üçün mücadilə edirik, çünki İranda Azəri olaraq heç bir sorun yaşamırıq, əksinə Türk olduğumuz üçün hər türlü sorun və fəlakət yaşıyırıq. Bu qədər açıqdır. Son Dəyərləndirmə Gürcistan Türklərinin milli kimlik sorununun həllinə yönəlik Bizim gəldiyimiz son qənaətə görə Gürcistanın parçalanmasını bu dönəmdə Rusyadan başqa heç bir güc istəməz və istəndiyi təqdirdə də başarılı olmaz, başarılı olsa da heç bir toplum üçün xeyirli olmaz. Azərbaycanın mövcud hakimiyyəti Gürcistan Azərbaycanlıları kimi mahiyyətcə boş kimliyi burada-Gürcistanda tərcih etməsi Azərbaycan Türk millətinin əsla xeyrinə deyil. Bizcə Gürcistanda yerli torpaqlarında yaşayan türk və müsəlmanlar gerçək milli (Türklük) və dini (İslamiyət - Şiyə-Sünni ixtilaflarına əsla yol vermədən) kimlik ətrafında birləşməyi bacarmalıdır. Gürcilər qədər bu vətən onlar üçün də əziz olmalıdır. Bütün sahələrdə Gürcilərlə tam bərabər hüquqlara sahib olmalıdırlar. Və bu haqlara sahib olmaq üçün də tam demokratik və mədəni mübarizə aparmalıdırlar və bunun üçün ictimai həyatda aktiv omalıdırlar. Gürcüstandaki Türk və Müsəmanlar vahid bir toplum oluşdurmalıdırlar. Bunun üçün birinci şərt Gürcistan Azərbaycanlıları kimi bilirsiz və mənasız siyasi deyimə son qoyulmalıdır. Azərbaycan Cumhuryətində Ləzgi və Talış kimi qeyri Türklərdə yaşayır. Onlar bu gün kəsin şoxunluğunu türklərin oluşdurduğu Azərbaycanın yurddaşları olduqları üçün Türk milli kimliyinə sahiblənməlidirlər. Gürcistandakı Türk və Müsəlmanlar da Gürcistanda yaşadıqları və buranın yurddaşları olduqları üçün ikinci kimlik kimi Gürcistan milli kimliyinə sahib olmaları perspektivdə-gələcəkdə türk-islam üçün olduqca böyük ərmağanlar qazandırar. Amma o milli kimliyi öz türk və müsəlman milli kimliyi ilə bərabər yaşatmalıdırlar. Başqa sözlə, Gürcistanda yaşayan türk və Müsəlmanlar Gürcistanlı kimi Gürcistan kimliyini həmdə Türk-islam üçün öyrənib mənimsəməlidirlər. Gürcütan Gürcülərlə yanaşı orada yaşayan bütün millətlərin vətənidir. Buna görə də Gürcüstanın milli kimliyində türk-müsəlman dəyərləri də özünə layiq yeri tutmalıdlr. Başqa bir sözlə Gürcüstan Milli kimliyi Gürcüstanda yaşayan bütün toplumların milli-dini dəyərlərinin sentezi rolunda çıxış etməlidir və bizim Türk-müsəlmanlar da bu istiqamətdə fəal çıxış etməlidirlər. Bu gün var olan“Ahıska - Borçalı Türk Topluluqları”, “Acar və Avar Müslüman Topluluqları” və Gürcistanı qapsayan digər demokratik dəyərlərə əsaslanan vahid Islami Topluluqlar qeyd etdiyimiz konsept ətrafında ortaq qərara gəlmiş olsalar, gələcəkdə türk və qeyri türk müsəlmanların “bütöv Gürcüstan Türk və müsəlmanlar hərəkəti” ideyasının hədəflərini gerçəkləşdirəbilərlər, əks təqdirdə bu müqəddəs vəzifəni türklük və İslamiyət dəyərləriylə formalaşmış gənclik üzərinə götürməli olacaqdır. Gürcistanda mədəni və demokratik mübarizə üçün olduqca əlverişli hüquqi şərait vardır. Gürcistan dövləti milli və dini azlıqların hüquqları ilə bağlı bir çox bölgəsəl və uluslararası anlaşmalara qoşulmuşdur. Gürcü dövləti tərəfindən azınlıqlarla bağlı kodifikasiya edilmiş uluslararası andlaşmaların icraata keçməsi ilə bağlı konkret öhdəliklər götürmüşdür. Bu uluslararası öhdəliklərin ölkədə düzgün biçimdə həyata keçirilməsinə yönəlik Türk-İslam faalları tərəfindən vahid mədəni və demokratik mübarizə metodları işlənməlidir. Türk-İslam ittifaqının vahid mübarizə mikanizmi mövcud olursa az bir zaman içində bir çox sahədə başarılar əldə etmək mümkündür. O cümlədən Ahıska Türklərinin öz torpaqlarında yerləşməsinə, Türk dilinin ilk öncə Borçalıda bölgəsəl dil statusu almasına, Din və məzhəbsəl narazılıqlara səbəb olan çatışmamazlıqların hüquqsal olaraq aradan qalxmasına və tətbiq edilən çeşitli iqtisadi ayrı seçkiliklərə yönəlik böyük nailiyətlər əldə etmək mümkündür. Gürcistandaki Türklərin azınlıq kimi ölkədə sahib olduqları əlverişli şəraitlər: Gürcistandakı Türk-Müsəlman toplumunun sayca ən böyük milli azlıq olduğu faktoru; Gürcistanın iki Türk dövləti Azərbaycan və Türkiyə ilə qonşu olması; Türkiyə-Azərbaycan-Gürcistan arasında möhkəm işbirliyi faktoru; Gürcistan-Azərbaycan-Türkiyə arasında bir sıra uluslararası stratejik önəmə sahib iqtisadi-siyasi layihələrin mövcudluğu; Bu faktorların zaman içində öz etkisini göstərməsi böyük ihtimaldır. Yetərki Gürcistanda bulunan Türk-İslam təşkilatlarının vahid mikanizm ətrafında fəaliyyət göstərməkləri mümkün olsun. Toplum tərəfindən ortaya qoyulacaq iradənin və edilən faaliyətlərin iç faktor olaraq etkin olduğu təqdirdə Gürcistanda Türklərin toplu şəkildə yaşadığı Borçalı mahalında türk dilinin bölgəsəl dil olma statusunun verilməsi qaçınılmaz olacaqdır. Və dolayısı ilə Gürcistanla Türkiyənin sıx ilişkiləri günü-gündən gəlişdikcə, irəlilədikcə Gürcü milli kimliyi ilə yanaşı türk-islam kimliyi Gürcistan həyatında özünə layiq yeri tutmasına şübhə etmirəm. Yetərki qeyd edilən istiqamətdə düzgün və səmərəli addımlar və ardıcıl sistemli fəaliyətlər Türk və müsəlman toplumu özəlliklə Borçalı türk aydınarı tərəfindən atılmış olsun Rəhim Cavadbəyli Qaynaqlar: İran ve Güney Qafqazya Üzərinə Siyasi Uzman 2011 tarixində bu çalışma qısa şəkildə “Gürcistan Türklərində Milli Kimlik Sorunu” başlığı ilə Azərbaycan, Güney Azərbaycan, Gürcəstan və b. Medyalar Tərəfindən dəfələrlə yayınlanmışdır. http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html i ‘Mantıkta Kavram ve Türleri’ yazar: Ahmet Yaşar Göldal / May 2014 Tarixində bu linkdən əldə edilmişdir: http://kelimelerkavramlar.blogspot.com.tr/2013/03/konsept-nedir.html ii Atalar sözü iii Yazarın başqa bir incələməsi ‘Azərbaycan Türklüyünün Məğlubiyət Səbəbləri’ bu lənklərdən əldə ediləbilər: http://50000000.info/tr/?p=890 http://rahimjavadbayli.blogspot.com.tr/2012/04/azrbaycan-turkluyunun-mglubiyyt-sbblri.html iv ‘Kuzey Kafkasya Özerk Cumhuriyetler Bağlamında Rus dış Politikası - 3’ Yazar: Ahmet Arkın Bölükbaşı / May 2014 tarixində bu linkdən əldə edilmişdir: http://www.circassiancenter.com/cc-turkiye/arastirma/0521-kuzey-3.htm v Rəşad Bağırov’un ‘İki Sahil’ Xəbər Agentliyində 23 Fevral 2013 tarixində yayınladığı məqalədən / Bu linkdən əldə edilmişdir: http://www.ikisahil.com/index.php/analitika/item/2076-az%C9%99rbaycan-iqtisadiyyat%C4%B1-c%C9%99nubi-qafqaz-iqtisadiyyat%C4%B1n%C4%B1n-90-faizini-t%C9%99%C5%9Fkil-edir.html vi “İran Türklərini qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala yayımlanmamış kitabımdan.” vii Azərbaycan Cumhurbaşqanı Əbülfəz Elçibəy’in imzasıyla rəsmi qəzetədə yayınlanan Dil Haqqında dövlət qanununun mətni / bu linkdən əldə idilmişdir: http://az.wikisource.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1nda_d%C3%B6vl%C9%99t_dili_haqq%C4%B1nda_Az%C9%99rbaycan_Respublikas%C4%B1n%C4%B1n_Qanunu_(22_dekabr_1992-ci_il) ‘Bütöv Azərbaycan Yolunda’ Yazar: Azərbaycan’ın əski cumhurbaşqanı Əbülfəz Elçibəy / düzənləyici və yayınlayanlar: Adalət Tahirzadə və Çingiz Göytürk/ Ankara Ecdad Yayınları 1998/ kitabın PDF sürümü bu linkdən əldə ediləbilir: http://ebitik.azerblog.com/anbar/4420.pdf viii Gürcistan haqqında genəl bilgilər: bu linkdən əldə edilmişdir: http://tr.wikipedia.org/wiki/G%C3%BCrcistan ix Karadeniz Araştırmaları 1. ‘Gürcistan Türklerinin Mevcut Durumu, Siyasi ve Ekonomik sorunları’ Sayfa: 90/ Yazar: Kamil Ağacan/ PDF sürümü bu linkdən əldə ediləbilir: http://www.karam.org.tr/Makaleler/527059082_agacan.pdf x Tr.wikiden May 2014 tarixində alınmışdır. Link: http://tr.wikipedia.org/wiki/Kafkasya_Avarlar%C4%B1 xi http://tr.wikipedia.org/wiki/Ah%C4%B1ska_T%C3%BCrkleri xii ‘Gürcistan’da Türk Varlığı: Borçalı (Karapapak) Türkleri ve Onların Geleceği’ makalesi / Yazar: Serdar Oğuzhan Çaycıoğlu /28 Ekim 2013 tarixində ‘Sahibkıran Stratejik Araştırmalar Merkezi (SASAM)’ın rəsmi sitəsindən alınmıştır. Link: http://sahipkiran.org/2013/10/28/gurcistanda-turk-varligi-borcali-karapapak-turkleri-ve-onlarin-gelecegi/ xiii Yene orada xiv Yene orada xv Mətn Sitə adına yayınlanmışdır, May 2014 tarixində bu linklərdən əldə edilmişdir: http://www.tarihtendersler.com/nbk.asp?mk_id=264&id=25 http://www.ataturk.net/mmuc/kars.html http://www.kurtulussavasi.gen.tr/moskova-antlasmasi.html və “Acaralıların Siyasi Özerklik Hakkının Süjesi Haline Gelmeleri ve Türkiyenin Bu Sürece Etkisi” Yazar: Doç. Dr. Fahrettin Murtazaoğlu/ May 2014 Tarixində bu linkdən əldə edilmişdir: www.yesevi.edu.tr/bilig/biligTur/pdf/29/3_29.pdf xvi “Stratejik Derinlik- Türkiyənin Uluslararası Konumu” Dış işləri Bakanı Prof. Dr. Ahmet Davutoğlu xvii Artıq bilgi üçün “Devlet Dergisi”nin 452 Sayılı Mart-Aprel 2014 tarixində yayınlanmış İran üzərinə incələməmə baş vurulsun. Bu linkdən əldə ediləbilir: http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html xviii ‘Gülüstan’ ve ‘Türkmənçay’ andlaşmalarının Azərbaycan türkcəsindəki mətnləri May 2014 tarixində bu linkdən əldə edilmişdir: http://az.wikibooks.org/wiki/G%C3%BCl%C3%BCstan_m%C3%BCqavil%C9%99si http://az.wikisource.org/wiki/T%C3%BCrkm%C9%99n%C3%A7ay_m%C3%BCqavil%C9%99si http://rasulguliyev.wordpress.com/2013/04/19/gulustan-muqavil%C9%99si-az%C9%99rbaycan-xalqinin-faci%C9%99l%C9%99rl%C9%99-dolu-200-illik-g%C9%99l%C9%99c%C9%99k-tarixinin-baslangici-oldu/ xix ‘İran Türklərini Qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalışdığım hala yayımlanmamış kitabımdan.” Və “Devlet Dergisi”nin 452 Saylı Mart-Aprel 2014 tarixində yayınlanmış İran üzərinə incələməm. xx Yene orada xxi Azərbaycan, Gürcistan, Türkiyə və Güney Azərbaycan medyasında bir neçə dəfə yayınlanmış “Gürcistan Türklərində Milli Kimlik Sorunu”başlıqlı məqaləmə baş vurulsun http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html xxii atrıq bilgi üçün: http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html xxiii Geniş bilgi için yenə orada xxiv “Çağdaş Tariximiz və Millî Hərəkətimizin Mübarizə və Məqsəd Stratejisi”adlı kitabımdan. Link: http://rahimjavadbayli.blogspot.com/2009/11/cagdas-tariximiz-ve-milli-herekatmzn_03.html xxv Artıq bilgi üçün: http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html xxvi Yene orada xxvii Yene orada xxviii İran Büyük elçisi Saccadi’nin Rusya Medyasına verdiyi mğsahibə / May 2014 Tarixində bu linkdən əldə edilmişdir: http://sajjadi.livejournal.com/ xxix Yene orada xxx “İran Türklərini Qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala yayımlanmamış kitabımdan.” xxxi Geniş bilgi üçün Prof. Dr. M.T. Kirişçinin-Zehtabinin iki Cilddən ibarət “İran Türklərinin Əski Tarixi”nə baş vurulsun xxxii “İran Türklərini Qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala yayımlanmamış kitabımdan.” xxxiii Yene orada xxxiv Yene orada xxxv Çağdaş Tariximiz və Millî Hərəkətimizin Mübarizə və Məqsəd Stratejisi”adlı kitabımdan. http://rahimjavadbayli.blogspot.com/2009/11/cagdas-tariximiz-ve-milli-herekatmzn_03.html xxxvi Artıq bilgi üçün: http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html xxxvii Əhməd Kəsrəvi 29 Sentyabr 1890 Təbriz - 11 Mart 1946 Tehran. Kökən türk olmasına baxmayaraq Türk və İslam müxalifətçisi bir aydın rolunu oynamışdır. İslamçı Fədayilər tərəfindən öz işyerində öldürülmüşdür. İran türklüyünün gerçək kimliyini inkar edərək Azərilik konseptini rəsmi düzəydə irəli sürən ilk şəxs bu olmuşdur. Bu inkarçı konseptini 1925 tarixində ‘Azəri ya zəbane Bastane Azərbaycan – Azəri vəya Azərbaycan Əski Dili’ adlı kitabla gündəmə daşımışdır. Bu inkarçı uydurma konsepti Əhməd kəsrəvi’yə ünlü bilgin siması bağışlamaqla bərabər ‘İngiltərə’nin Asya Kraliyət Fondu’ və ABD’nin ‘Amerikan Bilimlər Fondu’na üyə olmasını sağlamıştır. Ə. Kəsrəvi’nin bu teorisini onaylayan və qəbul görən bilginlərdən (bilgin olmaqdan ziyadə siyasilərdən) biridə Rusya kökənli, İngiltərə Universitə ustadı, Doğu tarixçisi, Kürd və Fars dilləri üzərinə çalışan Vladimir Fedoroviç Minorskidir (6 Fevral 1877 - 25 Mart 1966). May 2014 tarixində bu linkdən əldə edilmişdir: http://fa.wikipedia.org/wiki/%D9%88%D9%84%D8%A7%D8%AF%D9%85%DB%8C%D8%B1_%D9%85%DB%8C%D9%86%D9%88%D8%B1%D8%B3%DA%A9%DB%8C Geri dön |