Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran polis rəsmisi: -Axır çərşənbə mərasiminin keçirilməsi qadağandır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran polis rəsmisi: -Axır çərşənbə mərasiminin keçirilməsi qadağandır”

İran polis rəsmisi: -Axır çərşənbə mərasiminin keçirilməsi qadağandır”


İran hüquq mühafizə qüvvələrinin qabaqlayıcı polis rəisi Tağı Mehri fevralın 22-də jurnalistlərə açıqlamasında ölkədə axır çərşənbə mərasiminin keçirilməsinə qadağa qoyduqlarını bildirib.
Tağı Mehri deyib ki, polis qüvvələri, əhalinin axır çərşənbə mərasimini qeyd etmək üçün hər hansı bir toplantısını dağıdacaq: “Axır çərşənbə mərasiminin keçirilməsi və bunun üçün hər hansı bir toplantıya qatılmaq qadağandır. Biz, buna imkan verməyəcəyik. Hüquq mühafizə qüvvələrimiz bu il də, ötən illərdə olduğu kimi, əhalinin asayişini pozanlara, küçələrdə yolları bağlayıb mərasim keçirənlərə qarşı ciddi tədbir görəcək, onlarla qanuna uyğun davranacaq.

Axır çərşənbə gününə yaxınlaşmağımızı nəzərə alaraq, polis, bu il də yeniyetmələrə və gənclərə bədən xəsarəti yetirən təhlükəli alışdırıcı maddələrin ölkəyə gətirilməsinin qarşısı almaq üçün müəyyən proqramlar hazırlayıb”.

Son illərdə İran polisi və ayrı-ayrı rəsmilər ölkədə axır çərşənbə mərasiminin keçirilməsinə, əhalinin, o sıradan da gənclərin bununla bağlı şənliklərə qatılmasına qarşı çıxır, onu məhdudlaşdırmağa çalışırlar. Həmçinin hakimiyyətdəki bəzi radikal ruhanilər də axır çərşənbə mərasiminin islam dəyərlərinə zidd olduğunu vurğulayaraq, onun keçirilməsinə tam qadağa qoyulmasını tələb edirlər.

Geri dön