Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Günəş özünün 11 illik tsiklinin maksimumuna yaxınlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Günəş özünün 11 illik tsiklinin maksimumuna yaxınlaşır

Günəş özünün 11 illik tsiklinin maksimumuna yaxınlaşır


“Hazırda Günəş özünün 11 illik tsiklinin maksimumuna yaxınlaşır, Günəşdən Yerə doğru yönəlmiş cod şüalanmanın inteqral enerjisi artır. Bu proses 2013-cü ilin ortalarında maksimuma çatacaq”. Bunu APA-ya açıqlamasında N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov bildirib.

Onun sözlərinə görə, Günəşdə baş verən bu aktivlik Günəş-Yer əlaqələrinə böyük təsir gücünə malikdir: “Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Bu o deməkdir ki, həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir. Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Bu hadisələr öz maksimumuna hər 11 ildən bir çatır. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var. Çünki bu zaman Günəşdən atılan plazma kütləsinin sürəti 1000-1200 km/saniyəyə çatır, bu isə Yerin maqnit sahəsini silkələyir. Biz Yerin maqnit sahəsinin olduğu sferanın içində olduğumuzdan bu proses həm kommunikasiya xətlərinə, o cümlədən insanların sağlamlığına təsir edir. İnsan plazmasında ionların hərəkəti çoxdur. Həmin maqnit sahəsi təlatüm eləyəndə, bu, ionların biz adət elədiyimiz hərəkətinə təsir edir, silkələnmələr baş verir. Bu isə insanların həm qan təzyiqinə, həm ürək tutmalarına təsir edir. Proses göydə olan süni peyklərin bir-biri ilə və onların Yerlə əlaqələrində fəlakətlərə də gətirə bilər”.

N. Cəlilov Günəşdə baş verən aktivliyin qorxulu olmadığını qeyd edib: “Günəşin yaşama dövrü 4 milyard ilə yaxındır. İnsanlıq yaranandan bu hadisələr həmişə baş verib. Hər 11 ildən bir baş verən bu aktivlikdən hansısa dramatik hadisə gözləməliyik. İnsan genləri bu hadisələrə artıq öyrəşib. 11 illik aktivlik olmasa, Yerdə fəsadlar daha çox ola bilərdi. Bu ilki proqnozlara görə, Günəşin inteqral enerjisinin hündürlüyünün ötən ilkinə nisbətən bir qədər yuxarı olacağı gözlənilir. Bu, Günəşin səthində olan güclü alışmaların sayı, onların gücü ilə ölçülür. Ötən il X6 və X9 alışmaları iki dəfə qeydə alınıb. Bu il həmin alışmaların sayının bir qədər çox olacağı gözlənilir. Biz yalnız Yerə doğru yönələn alışmaları qeyd eləyirik. Bu il ərzində daha 2-3 alışmanın olacağı gözlənilir ki, bunun da fəlakətli nəticəsi olmayacaq”.

Şöbə müdiri qeyd edib ki, Yer silkələnmələrinin proqnozunun verilməsi mümkün olmadığı kimi, Günəş silkələnmələrinin proqnozunu da qabaqcadan vermək çox çətindir: “Orada çox mürəkkəb fiziki hadisələr baş verir. Bunlar xaotik proseslərdir və əvvəlcədən proqnozunu vermək çətindir. Günəşin səthində maqnit qüvvə xətlərini izləyirlər, nə zaman onlar bir-birinə yaxınlaşır, qısaqapanma olur, o zaman alışma gözlənilir. Ümumiyyətlə, Günəşdə maqnitizm, maqnit sahəsinin əmələ gəlməsi, 11 illik periodun dəqiq izahını vermək indiyədək mümkün olmayıb”.

Geri dön