Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan astronomları 2012-ci ildə qiyamətin baş verəcəyi barədə məlumatlara aydınlıq gətiriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan astronomları 2012-ci ildə qiyamətin baş verəcəyi barədə məlumatlara aydınlıq gətiriblər

Azərbaycan astronomları 2012-ci ildə qiyamətin baş verəcəyi barədə məlumatlara aydınlıq gətiriblər


“Bu ilin dekabrında Günəş sistemi və Yer qalaktikadan gələn güclü enerjiyə məruz qalacaq, bunun təsirindən Yerdə təlatümlər, zəlzələlər, burulğanlar, vulkanlar oyana bilər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2012-ci ildə qiyamət gününün olacağı ilə bağlı deyilənlərə aydınlıq gətirib. Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında bildirib ki, astronomlar 2012-ci ildə nə gözlənildiyini dəqiq araşdırıblar: “Məsələ burasındadır ki, 2012-ci il dekabrın ortalarında və axırlarına yaxın fəzada 3 müstəvi üst-üstə düşəcək. Bizim qalaktikamız boşqab şəklindədir. Onun özünün müstəvisi var. Günəş sisteminin də öz müstəvisi var. Bu müstəvi Günəşin ekvatoruna paraleldir. Bir də Yerin ekvator müstəvisi var. Beləliklə, bu ilin dekabr ayında Yerin ekvatoru, Günəşin ekvatoru və qalaktika müstəvisi bir-birinə paralel olacaq. Bu zaman Günəş sistemi və Yer qalaktikadan gələn güclü enerjiyə məruz qalacaq. Qalaktikadan gələn qabarma və çəkilmə qüvvələri Yerdə təlatümləri, zəlzələləri, burulğanları, vulkanları oyada bilər. Heç kim dəqiq deyə bilməz ki, bu prosesin gücü nə qədər olacaq və bu güc Yerdə həmin hadisələrin oyanmasına kifayət eləyəcəkmi?..”

N. Cəlilov bildirib ki, bu, periodik baş verən hadisədir: “Baş verən hadisənin Yerdə həyatı məhv edəcək qüvvə olacağına inanmıram. Müstəvilərin 3-ü də bir-birinə paralel olanda bu, birbaşa Yerin ekvatoruna təsir eləyir. Amma bu qüvvə o qədər güclü ola bilməz ki, Yerdə yaşayışa təsir eləsin”.

Geri dön