Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda 5 nazirlik, 1 komitə, 1 fond "195"-də birləşdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Azərbaycanda 5 nazirlik, 1 komitə, 1 fond "195"-də birləşdi

Azərbaycanda 5 nazirlik, 1 komitə, 1 fond "195"-də birləşdi


Dövlət qurumlarını birləşdirən "195"in təqdimatı oldu

Bu gün Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib.


"DAVAM" Media Qrupu xəbər verir ki, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov tədbiri açaraq “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan”da sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin “195” nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, vahid “Çağrı Mərkəzinin”in təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulduğunu qeyd edib.

195 Çağrı Mərkəzi artıq 4 fevral 2015-ci il tarixdən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat və Sənaye, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.

Dövlət qurumlarının nümayəndələri çıxış edərək 195 Çağrı Mərkəzinin yaradılmasında başlıca məqsədin vətəndaşlara mütərəqqi xidmət və dövlət dəstəyinin təmin edilməsi, dövlət orqanlarının hər zaman əlçatan olması və vətəndaş məmnunluğunun yüksəldilməsi, ölkədə əlverişli biznes mühitinin formalaşmasından ibarət olduğunu bildiriblər.

Geri dön