Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Magistratura imtahanında ən yüksək nəticə 96 bal olub - FOTO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik > Magistratura imtahanında ən yüksək nəticə 96 bal olub - FOTO

Magistratura imtahanında ən yüksək nəticə 96 bal olub - FOTO


Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) verdiyi məlumata görə, nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib.
Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər.
İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 2669 nəfər imtahana gəlməmiş, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.

İmtahanda ən yüksək nəticə isə 96 bal olub.

Qəbul imtahanının I mərhələsində ən yüksək nəticə göstərmiş bakalavr -Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Nəcəfquluzadə İsmayıldır.
Magistratura imtahanında ən yüksək nəticə 96 bal olub - FOTO

Qeyd edək ki, İsmayıl qeyd olunan imtahanda 100 mümkün baldan 96 bal toplayıb.

Xatırladaq ki, Nəcəfquluzadə İsmayıl 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

Geri dön