Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


ABBAS LİSANİ’NİN ANASI VƏFAT EDİB Güney Azərbaycan xəbərləri


Alığımızı bilgilərə görə tanınmış Azərbaycan’lı fəal Abbas Lisani’nin Anası dünyasını dəyişib.
İllərdir əziz oğlunun həbs və müxtəlif basqılara məruz qaldığını görən Azərbaycan’lı Ana ürək krizi keçirib. Mərhum 1 aydır Ərdəbilin İmam Xümeyni xəstəxanasında həkimlərin xüsusi baxımı altında olub.
Bilgilərə görə, mərhumun dəfn mərasiminə qatılmaq üçün çoxsaylı Azərbaycanlı fəal hazırlaşır. Bu səbəbdən dəfn mərasiminin keçiriləcəyi yerlərdə xüsusi tədbir alınıb və təhlükəsizlik qüvvələrinin sayı artırılıb.
Milli Dirçəliş Hərəkatı partiyası (MDHP) Abbas Lisani’nin anasına allahdan rəhmət diləyərək bu ağır acıyı Abbas bəy və onun ailəsi ilə paylaşır.
ALLAH RƏHMƏT ELƏSİN

AVROPA İRAN NEFTİNİN İDXALINI YASAQLAMAQ NİYYƏTİNDƏDİRGüney Azərbaycan xəbərləri


Avropa İttifaqının üzvləri İranı nüvə proqramından imtina etdirmək üçün xam neftin idxalına qadağanın tətbiqi barədə prinsipcə razılıq əldə ediblər.Qadağının rəsmi elanı yanvarın sonunda keçiriləcək xarici işlər nazirlərinin sammitində gözlənilir.
“Biz yanvarın 30-da xarici işlər nazirlərinin görüşünü keçirəcəyik və mən həmin tədbirdə İranın neft və benzininə embarqonun tətbiqi barədə qərarın qəbul ediləcəyinə ümid edirəm”, - deyib Fransanın xarici işlər naziri Alain Juppe.Ötən cümə Fransa İrana qarşı sanksiyaların sərtləşdirilməsində çağırıb.Bu yaxınlarda Tehrana qarşı əlavə sanksiyalar elan edən Vaşinqton bu addımı alqışlayıb.Dövlət Departamentinin sözçüsü Victoria Nuland deyib ki, Amerika bu addımı yalnız müttəfiqlər yox dünya boyu bütün ölkələrdən gözləmək istərdi.İran sanksiyaların tətbiqinin kəsərli olmadığını deyərək ona qarşı atılan addımların əhəmiyyətini azaltmağa çalışıb.Tehranda bu yaxınlardakı valyuta məzənnəsinin aşağı düşməsinin beynəlxalq təzyiqlə bağlı olmadığını bildirirlər.Avropa İttifaqı sanksiyaları ilə bağlı xəbər fonunda beynəlxalq birjalarda neftin qiyməti qalxıb.



Rusiya ilə İran Xəzərlə bağlı razılığa gəlibGüney Azərbaycan xəbərləri


Rusiya prezidenti Dmitri Medvedev və İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad arasında telefon danışığı olub. ANS PRESS-in Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dövlət başçıları 2012-ci ildə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələləri müzakirə edib.

Söhbət zamanı həmçinin regional problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın işlənilməsi istiqamətində səylərini gücləndirmək qərarına gəlib. Bunun üçün Bakıda keçirilən Xəzər sammitində əldə olunmuş razılaşmanın prinsiplərinin vacibliyi əsas götürüləcək.



“İran İnsan Haqları Kampaniyası” ölkə rəhbərliyini edam cəzasını ləğv etməyə çağırıb Güney Azərbaycan xəbərləri


“İran İnsan Haqları Kampaniyası” adlı təşkilat Məşhəd şəhərində gizli şəkildə edam olunan şəxslərdən 101 nəfərin adını açıqlayıb. təşkilatın yaydığı hesabatda deyilir ki, məhbuslar 2010-cu ilin 9 iyun və 20 dekabr tarixləri arasında Məşhəd şəhərinin Vəkilabad həbsxanasında dara çəkiliblər.

Hesabatda 2011-ci ildə Məşhəd və digər şəhərlərdə 471 nəfərin gizli şəkildə edam olunduğu bildirilib: “Bundan onların ailəsinin də xəbəri olmayıb. Məhbusların bir çoxu kütləvi şəkildə dara çəkilib. Hətta edam olunan şəxslərə qərarın icra olunacağı ilə bağlı bir neçə saat əvvəl xəbər verilib. Vəkilabad həbsxanasının məmurları günbatan çağı məhbusları üstü açıq dəhlizdə asıblar. Edam vaxtı həbsxana ilə telefon əlaqəsi kəsilib. Həkimlər edamdan bir gün əvvəl məhbusların ölümünün qanuni olması haqda sənədlər hazırlayıb”.

Hesabatda deyilir ki, İranda həyata keçirilən edamlar heç bir beynəlxalq qaydalara uyğun deyil: “Edamların əksəriyyəti tez icra edilib. Edam edilənlərin bir çoxu xarici vətəndaşlar olub. Bunlar Əfqanıstan, Qana, Nigeriya və s. ölkələrin vətəndaşlarıdır. Onlara ölkələrinin İrandakı səfirlikləri ilə əlaqə saxlamağa imkan verilməyib. Edam olunanların əksəriyyəti məcburiyyət qarşısında narkotik maddələrin alqı-satqısı ilə məşğul olublar. Beynəlxalq qanunlara görə narkotik maddələrin alqı-satqısının cəzası edam deyil. İran bu konvensiyanı 1975-ci ildə imzalayıb. 100 qram narkotik maddə üçün edam cəzasının tətbiqi düzgün deyil. BMT-nin İnsan Haqları Komitəsi öz hesabatında narkotik maddələrin alqı-satqısının ciddi cəza sayılmadığını və İranın buna görə edamlar həyata keçirməklə beynəlxalq qanunları tapdaladığını bəyan edib”.

Sənədin sonunda təşkilat İran parlamentini və Ali Məhkəməsini ölkədə edamların qarşısını almağa və tezliklə bu cəza növünü ləğv etməyə çağırıb.




Tehran Avropa Birliyinə cavab verdi
Güney Azərbaycan xəbərləri


Tehran Qərbi sanksiyalar vasitəsilə "iqtisadi müharibə"yə yol açmaqda ittiham edərək, Avropa Birliyinin İran neftinin idxalına dair gəldiyi ilkin razılaşmaya münasibət bildirib.

"İran İslam Respublikasının düşmənləri öz səylərinə baxmayaraq, xalqın əl-qolunu bağlaya bilməyib və indi də iqtisadiyyatı zəncirləmək istəyirlər" - İranın maliyyə naziri Şəmsəddin Hüseyini "İRNA" xəbər agentliyinə belə deyib. "Bu sanksiyalar bizə qarşı iqtisadi müharibədir".

İranın xarici işlər naziri Əli Əkbər Salehi isə türkiyəli həmkarı ilə birgə mətbuat konfransında bəyan edib ki, İran Avropa Birliyinin mümkün neft embarqosundan dolayı narahat deyil və əlavə sanksiyalara da tab gətirə bilər. "İran həmişə bu cür bəd əməllərə əks cavab verməyə hazır olub və sanksiyalarla bağlı narahatlıq keçirmir. Son 32 ildə buna tab gətirmişik, bundan sonra da dözərik" - Əli Əkbər Salehi belə deyib.

Xatırladaq ki, Avropa Birliyi çərşənbə günü İrandan neft idxalına qadağa qoyulmasına dair ilkin razılığa gəlib. Bu isə Qərbin aylar əvvəl tətbiq etdiyi digər iqtisadi sanksiyaların mənfi təsirinin də seçkiqabağı İranda hiss edilməsinə gətirib çıxara bilər. ABŞ prezidenti Barak Obamanın yanvarın 1-də imzaladığı İrana qarşı maliyyə tədbirləri qanunu və Qərbin İranın nüvə proqramına qarşı sanksiyalar kampaniyasının təsiri ilə mümkün embarqo yanvarın sonunda qüvvəyə minə bilər.

Qeyd edək ki, İran öz nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini iddia edir. İranın nüvə proqramına dair Tehranla dünya nəhənglərinin danışıqları 1 il əvvəl dayandırılıb.


Böyük Britaniya İrana xəbərdarlıq edib Güney Azərbaycan xəbərləri


Böyük Britaniya İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib. Böyük Britaniyanın müdafiə naziri Filip Hammond bildirib ki, İranın Hörmüz boğazını bağlaması neft dolu tankerlərin keçməsinə maneçilik törədər və bu da qlobal ticarəti mənfi təsir göstərər: “Biz qlobal ticarətin ana yollarının açıq saxlanılmasına və işləməsinə əhəmiyyət veririk. İranın Hörmüz boğazını bağlama cəhdi qeyri-qanuni və müvəffəqiyyətsiz olacaq”.


İran Türkmənçay müqaviləsinin ləğv olunduğunu elan etməyə çalışırGüney Azərbaycan xəbərləri


Tehran sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair şok faktların təqdim olnacağını bəyan edib.İran İslam Respublikasının bir sıra dairələri tarixi təftiş etmək niyyətinə düşüblər.Yaxın günlərdə Tehrandakı Gülüstan Saray Müzeyində 1828-ci ildə çar Rusiyası ilə İran (Qacar) şahı arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair şok faktların təqdim olnacağını bildirilib. Bu barədə Modern.az İran mətbuatına istinadən xəbər yayıb.Məlumatda qeyd olunur ki, 1828-ci ildə bağlanmış bu müqavilə bir neçə ildən sonra dəyişdirilib.“Türkmənçay müqaviləsi Fətəli şahın zamanında İranla Rusiya arasındakı Azərbaycan və Cənubi Qafqazda aparılan müharibələrin sonunda imzalanıb. Bir neçə il ötdükdən sonra, yəni hicri-qəməri təqvimi ilə 1310-cu il zilhiccə ayının 23-də Nəsrəddin Şahın terrora məruz qalmasından 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr bir-biriləri ilə müzakirə aparıblar, sonda yeni müqavilə ilə Türkmənçay müqaviləsinin bir çox bəndləri ləğv olunub”-deyə verilən gözlənilməz açıqlamada vurğulanıb. Bildirilib ki, bir neçə səhifədən ibarət olan bu anlaşma heç bir ada malik deyil və tarixdə onun barəsində çox az məlumat var. Bu tarixi dəyərli sənədin təqdimatı tezliklə elan olacaq.Bununla da İran əlində guya Türkmənçay sülh müqaviləsinin ləğv olunmasına dair mühüm sənədin olduğunu göstərmək istəyir. Əslində isə bunu son zamanlar Azərbaycan-İran arasında olan “soyuq müharibə” ab-havasının bir detalı (coziyyat) saymaq olar. İranın bir sıra dairələri xeyli zamandır ki, tarixi təftiş etmək eşqinə düşərək Azərbaycan torpaqlarının “ana İrandan” ayrı düşdüyü barədə vay-şüvən qaldırırlar. Onlardan bəziləri hətta uzağa gedərək Azərbaycanı “Aran” adlandırmaqdan belə çəkinmirlər. İki ölkə arasında dostluq münasibətlərinə xələl gətirən belə addımlar daha çox bölgədə İrana yönəlik beynəlxalq təhdidlərin fonunda aydın nəzərə çarpır. İranın bir sıra dairələri bu yollarla rəsmi Bakıdan bölgədə eyni xarici siyasi kursun aparılmasına nail olmaq istəyir.

Davudoğlu Tehranda türk məktəbinin açılışına qatılıbGüney Azərbaycan xəbərləri



İranın paytaxtı Tehranda türk məktəbinin açılışı olub. İrana səfərinin ikinci günündə xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə birlikdə Türkiyənin Tehran səfirliyinin nəzdində ibtidai təhsil məktəbinin açılışında iştirak ediblər. İranın xarici işlər naziri mərasimdə çıxışı zamanı bildirib ki, Ə. Davudoğlu ilə birlikdə burada olmaq son dərəcə qürur verici bir hadisədir. Türkiyəli nazir isə deyib ki, məktəb açılışları, məktəb başlanğıcları hər halda insan həyatında heç unudulmayacaq addımlardır: “Biz illərdir, Tehranda bir türk məktəbinin yoxluğunu hiss edirdik”. Qeyd edək ki, məktəbdə təhsil türk dilində aparılacaq.

Əhməd Müntəziri: “Sistemin tutub getdiyi istiqamətə yenidən baxınGüney Azərbaycan xəbərləri


Tanınmış müxalif ruhani, mərhum dissident ayətullah Hüseynəli Müntəzirinin oğlu Əhməd Müntəziri İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazıb.
Əhməd Müntəziri yazıb ki, ölkəni bürüyən böhranlardan qurtarmaq üçün hakimiyyətin əsas siyasətlərində islahatlar aparmaq lazımdır: “Orta Şərqdə baş verən dəyişikliklərdən, eləcə də ölkəmizi təhdid edən təhlükələrdən xəbəriniz var. Çoxlu maddi və mənəvi itkilər hesabına yıxılmış keçmiş rejimlərin təcrübəsi göstərir ki, dinc müxaliflərə qarşı təzyiqlər xalq hərəkatını əngəlləyə bilməz.
Ölkənin indiki siyasi kursu və acınacaqlı durumu ictimai, siyasi və mənəvi dəyərlərin məhv olmasına gətirib çıxara bilər. Bu isə əvəzolunmaz bir ziyan və itkidir. Məhz bunun qarşısını almaq üçün tədbir görmək vaxtıdır. Bu sistemi çökməkdən, ölkəni isə viranlıqdan və parçalanmaqdan qurtarmaq vəzifəsi hamıdan artıq sizin üzərinizə düşür. Bunun üçün də sistemin siyasi kursuna, tutub getdiyi istiqamətə yenidən baxın. Ölkənin hazırkı böhrandan və çıxılmazlıqdan qurtarmağın ən qısa yolu siyasi məhbusların dərhal azadlığa buraxılması, onlardan üzrxahlıq edilməsidir”.
Ayətullah Müntəziri İran İslam İnqilabının lideri ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə o, İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib.

Geri dön