Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xoyda tutulan fəallara qarşı yeni ittiham irəli sürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xoyda tutulan fəallara qarşı yeni ittiham irəli sürülüb

Xoyda tutulan fəallara qarşı yeni ittiham irəli sürülüb


Son vaxtlar İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri yeni vesət alıb.
Fevralın 16-da Güney Azərbaycanın Xoy şəhərində tutulan fəallar artıq yeni ittihamla üz-üzə qalıb. Məlumata görə, bundan öncə “mədəni varlıqları təxrib etmək”də suçlanan Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əli Əkbərlu artıq yeni ittiham yəni milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandırılıb.

Ana Dili sahəsində fəaliyyət göstərən fəallar hazırda Xoy şəhərinin zindanında saxlanılır. Onların görüş və telefon əlaqələrinə 4 gündür qadağa qoyulub.

Məlumata görə, fəallar tutulduqları gündən bəri dəfələrlə Xoy şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılıb və sorğu-suala tutulub.

Müstəntiq fəalların vəkilinə bildirib ki, onların saxlanma müddəti həftənin sonuna qədər uzadılıb.

Geri dön