Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Dünya Ana Dili Günündə mərasim keçirmək kürdlər üçün azad, türklər üçün qadağandır! (fotolar)
Dünya Ana Dili Günündə mərasim keçirmək kürdlər üçün azad, türklər üçün qadağandır! (fotolar) |
İran İslam Cümhuriyyətinin asimilasyon siyasətinin əsas hədəfi türklərdir. Ona görə də, İranda məsələn ermənilər vəya kürdlər üçün tanınan hüquqlar türklər üçün tanınmır!
Son günlərdə Azərbaycan türkləri Dünya Ana Dili Gününü qeyd etmək üçün müxtəlif yollara əl atdılar, lakin rejim buna heç bir şəkildə imkan vermədi! Necəki ermənilər üçün “24 aprel” qondar soyqırımın ildönümü mərasimləri mümkündür, lakin azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı heç bir mərasim keçirə bilməz...! Hətta keçən günlərdə tanınmış azərbaycanlı fəal Əlirza Fərşi Dünya Ana Dili Gününü qeyd etməyə cəhd göstərdiyinə görə tutulub və hələ də saxlanılmaqdadır. Ancaq İran rejimi kürdləri İran kökənli hesab etdiyinə görə onlar bir neçə kürd şəhəri o cümlədən Banə şəhərində Dünya Ana Dili Günü ilə bağlı mərasim keçiriblər. Kürdlərə tanınan hüquqların türklər üçün tanınmaması uzun illərdir fars şovinizminin siyasi kursunda yer alır! GünAz TV Geri dön |