Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Mütləq bu məsələyə hər kəsin münasibəti olmalıdır”
Fərəc Quliyev: -Mütləq bu məsələyə hər kəsin münasibəti olmalıdır” |
Məlum olduğu kimi Azərbaycanın işğal olunmuş ərazilərində nüvə materiallarının miqdarı, onların dövriyyəsi və digər məlumatlar tənzimləyici nəzarətdən kənarda qalıb. Bu fonda isə Ermənistan öz nüvə tullantılarını işğal olunmuş ərazilərdə basdırmasına dair dəfələrlə məlumatlar yayılıb. Hazırda zəbt olunmuş ərazilərdə bununla bağıl vəziyyəti araşdırmaq mümkün olmadığından məsələyə beynəlxalq ictimaiyyətin də müdaxiləsi zəruri sayılır. Məsələn, hesab edilir ki, ATƏT və ya BMT bura faktaraşdırıcı missiya göndərə bilər.
MDHP sədri,Millət vəkili Fərəc Quliyev bununla bağlı dünyanın təpkisinin olmasını məqbul bildi: "Beynəlxalq konvensiyalara görə, nüvə tullantılarının daşınması və basdırılması üçün ölkə və sahələr ayrılıb. Yəni, onların daşınması üçün yerlər müəyyənləşdirilib. Belə məsələlərdə Yer kürəsinin hər yerindən zibilxana kimi istifadə edilməsinə icazə verilmir. İkinci bir tərəfdən Azərbaycan özü beynəlxalq konvensiyalara əməl edən dövlətdir. Xüsusən də, nüvə komponentlərinin yayılması, tullantılarla bağlı. Azərbaycan gizli yolla nüvə komponentləri İrana daşınanda bunun qarşısını aldı və bütün dünya da bunu təqdir etdi. Belə bir dövlətin ərazisində onun iradəsindən asılı olmayaraq, nüvə tullantıları basdırılırsa, dünyanın təpkisi olmalıdır. Çünki, bu ərazilər nəzarətimizdə deyil. Ona görə hesab edirəm ki, bu məsələdə beynəlxalq qurumların ciddi şəkildə səsi qaldırılmalıdır. Dəfələrlə işğal edilmiş ərazilərdə narkoplantasiyaların olması, terrorçuların burada məşq keçməsilə, nüvə tullantılarının ərazilərimizdə basdırılması ilə bağlı olan məsələləri gündəmə gətirmişəm. Hesab edirəm ki, bu, çox ciddi məsələdir. Mütləq bu məsələyə hər kəsin münasibəti olmalıdır. İlkin olaraq da özümüz bu sahədə bəzi işləri görməliyik. Buradan Azərbaycanda ekoloji istiqamət üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına səslənirəm. Onlar ən müxtəlif məsələlərə toxunsalar da, bu məsələyə toxunmurlar. Nüvə tullantılarının basdırıldığı yerlər gələcəkdə fəsad verə bilər. Yerli təşkilatlarımız bu məsələni öncə özləri qaldırmalı və monitorinq aparan beynəlxalq təşkilatlara araşdırma aparmaları üçün çağırış etməlidirlər. Faktaraşdırıcı missiyaların bəzi məsələlərlə bağlı məruzələrinə baxmışam. Azərbaycanın işğal olunmuş ərazilərində başqa yerlərdən gətirilən ermənilərin yerləşdirilməsi məsələsi var. Xaricilər də bu faktı təsdiqləyirlər. Amma ölçü götürmürlər. Tullantıların işğal olunmuş ərazilərimizdə basdırılmasını gəlib təsdiqləyəcəklərsə, bununla yanaşı sanksiyalar tətbiqi, ölçü götürülməsi ilə bağlı da xüsusi qərarlar olmalıdır. Onlar təkcə faktı təsdiqləməklə kifayətlənməməlidirlər”. Politoloq Fikrət Sadıxov düşünür ki, ermənilərdən hər şey gözləmək olar: "Onlar "Metsamor” AES köhnəlmiş stansiya olduğunu bilərək, bunu qəsdən də edə bilərlər. Təbii ki, yaranmış vəziyyət bu stansiyanın tullantılarını Azərbaycanın işğal olunmuş torpaqlarında basdırmaları üçün onlara geniş imkan verir. Amma burada bir neçə məqam var. Bildiyimə görə, "Metsamor” AES indiyə qədər fəaliyyət göstərmir. Amma bu, heç də o demək deyil ki, oturub nəyisə gözləməliyik. Biz atom elektrik stansiyasının orada olmasına qarşı çıxış etməliyik və edirik. Çünki stansiyanın köhnə və bizə yaxın olması region üçün böyük təhlükədir. Bu, bir sıra xarici ekspertlərin rəyidir. Ona görə bu məsələni həm beynəlxalq təşkilatlar meydançasında səsləndirməliyik, həm də digər aparıcı dövlətlərlə danışıqlar zamanı qaldırmalıyıq. Burada stabillik və təhlükəsizliyi qorumaq istəyiriksə, məsələyə ciddi məsələ kimi yanaşaraq, ondan heç zaman yayınmamalıyıq, heç zaman gündəmdən çıxarmamalıyıq”. Rüfət NADİROĞLU Geri dön |