Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > “KarabakhİNFO.com” saytı maliyyə çatışmır deyə bağlandı
“KarabakhİNFO.com” saytı maliyyə çatışmır deyə bağlandı |
Xəbər verildiyi kimi, “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı fəaliyyətini dayandırıb. Saytın fəaliyyətini dayandırmasına səbəb isə maliyyə çatışmazlığıdır. Bu barədə saytın əməkdaşları bizə məlumat verdi. Əməkdaşların bildirdiyinə görə, “KarabakhİNFO.com” saytı 3 ildən çox idi ki, fəaliyyət göstərirdi. Və bu sayt 10 əcnəbi dildə Qarabağ həqiqətlərini beynəlxalq arenaya yayırdı: “Bu gün ölkədə sırf Qarabağ problemini yayan, Qarabağ həqiqətlərini ictimaiyyətə çatdıran yeganə sayt “KarabakhİNFO.com“ idi. Bu saytın fəaliyyətinin davam etməməsi üçün maliyyə yoxdur bəhanəsini əsas gətirərək saytı bağladılar. Maraqlıdır, yaralı yerimiz olan Qarabağın adını daşıyan sayta pul tapılmır. Saytın bağlanması barədə xəbər Ermənistan mətbuatında yer alıb. Ermənilər Xocalını qələbə kimi qeyd etdiyi bir günde saytın bağlanmasi ilə də qələbə etdilər. Acınacaqlı məqam odur ki, “KarabakhİNFO.com” saytı 26 fevral tarixində Xocalı faciəsi günündə bağlandı”.
Qeyd edək ki, sosial şəbəkədə “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının bağlanması böyük ajiotaja səbəb olub. Tanınmış ictimai xadimlər, elm adamları, incəsənət nümayəndələri, media işçiləri “KarabakhİNFO.com”-un bağlanmasına öz etirazı bildiriblər. Hətta Türkiyə vətəndaşları belə “KarabakhİNFO.com”-un bağlanması xəbərini kədərlə qarşılayıblar. Tanınmış jurnalist Qabil Zimistanoğlu sosial şəbəkədə “KarabakhİNFO.com”-un bağlanmasını xəbərini heyfslənərək yazıb: “Çox heyif! Ermənilərin saxta genosidlə bağlı 45 min dünyanın müxtəlif dillərində saytı fəaliyyət göstərir. Erməni lobbisi bu saytlara səxavətlə maliyyə ayırırlar. Bizdəki pullular isə yalnız ailələrini və bir də qohum-əqrəbalarını düşünürlər. Amma fikirləşmirlər ki, bu Vətən, bu torpaq olmasa, onlar ciblərini harada və necə doldura bilərdilər?Hər halda, bu barədə bir az düşünsəydilər, yaxşı olardı!!!”. Tanınmış incəsənət nümayəndəsi Elnur Ağdamlı öz facebook səhfəsində qeyd edib ki, o “KarabakhİNFO.com” bağlanması xəbərini kədər hissi ilə qarşılayıb: “ Xocalı dərdi çəkdiyimiz bir gündə bir xəbərdə şəxsən məni çox sarsıtdı. ”Karabakhinfo.com” saytının bağlanması heç də yaxşı olmadı. Bu saytın iş fəailliyətini gördüyüm üçün yazdıqları yazılardan başqa cəbhə bölgələrində müxtəlif hərbi hissələrdə keçirtdiyi tədbirlərdə iştirak etdiyim üçün bilirem ki, onlar çox əziyyətlər çəkirdilər. Heyif Cox Heyif”. “KarabakhİNFO.com” saytının baş redaktoru Zaur Qəriboğlu ilə əlaqə saxlamağa cəhd göstədik. Amma Zaur Qəriboğlu bizim telefon zənglərimizə cavab vermir. Mövzunu diqqətdə saxlayacağıq. Geri dön |