Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkili Urmiya Gölü böhranında bu şəxsləri ittiham etdi!
Azərbaycanlı millət vəkili Urmiya Gölü böhranında bu şəxsləri ittiham etdi! |
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili “Vətən” qəzetində önəmli yazı dərc edib. Nadir Qazipur həmin yazıda Urmu gölü böhranında əsas günahkarları sadalayıb. Onun fikrinə görə, 3-cü məclis dövründə Təbrizin millət vəkili Həmid Çitçiyan birinci, Ətraf Mühit Təşkilatının rəisi xanım Məsumə İbtikar isə ikinci əsas müttəhimdilər.
Millət vəkili Urmiya Gölünün qurumasında əsas səbəbkarları göstərərək bildirib ki, “bəzi məsullar dövlətdən büdcə alır və onu başqa yollarda sərf edir, lakin bu xərcləri bizim bölgəmizə sırıyırlar. Bu qədər vədlərin verilməsinə baxmayaraq bu günə qədər heç bir əməli addım atılmayıb və Urmiya Gölünə bir damla su əlavə olunmayıb.” N.Qazipur sözlərinin davamında vurğulayıb: “Xanım İbtikar cənab Ruhani prezidentliyə başladığı zaman 3-cü dəfə olaraq Ətraf Mühit Təşkilatının rəisi oldu. O zaman Urmiya Gölündə ən azı 30 faiz su var idi. Lakin o idarəçiliyə keçincə həmin miqdar su da qurudu, Hazırda Urmu gölündə çox az miqdarda su var. Urmiya Gölünün nicatı üçün çox miqdarda vəsait ayrılıb, lakin hamısı siyasi təbliğlərdə, tədbir keçirməkdə və bu kimi yerlərdə xərclənilir. Bunların isə Urmu gölünə heç bir xeyiri yoxdur.” Azərbaycanlı millət vəkili bəyan edib ki, xanım İbtikar Ətraf Mühit Təşkilatını idarə etməkdə gücsüz olduğunu və problemləri çözə bilmədiyini sədaqətlə etiraf etməli və öz işindən istefa verməlidir. Geri dön |