Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Mart ayına olan hava proqnozu açıqlandı
Mart ayına olan hava proqnozu açıqlandı |
Mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mart ayında ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 17-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 15-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında Orta aylıq temperaturun 0-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, ayın ikinci yarısının bəzi günlərində 17 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, ayın ikinci yarısının bəzi günlərində 15-17 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm) olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 9-14, ayın ikinci yarısının bəzi günlərində 16-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Geri dön |