Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bütün təzyiqlərə baxmayaraq Təbrizdə Dünya Ana Dili Günü qeyd olunub
Bütün təzyiqlərə baxmayaraq Təbrizdə Dünya Ana Dili Günü qeyd olunub |
Təhlükəsizlik qüvvələrinin bütün təzyiq və təqiblərinə baxmayaraq Tənrizdə 21 Fevral - Dünya Ana Dili Günü qeyd olunub.
Ötən 4-cü və 5-ci günlərdə çoxsaylı azərbaycanlı fəal bəzi zal və evlərdə toplanaraq Dünya Ana Dili Gününü ağırlayıblar. Müxtəlif məkanlarda keçirilən tədbirlər iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu barədə “Azoh” saytı məlumat yayıb. Yığıncaqlarda Ana dilinin əhəmiyyəti və onun uşaqlar üzərində təsiri, həmçinin Azərbaycanın tarix və milli kimliyinə diqqət yetirməyin vacib olduğu müzakirə olunub. Mərasimlərdə İştirakçılar tərəfindən şeirlər oxunub, milli marş səsləndirilib və Azərbaycan musiqisi ifa olunub. Qeyd edək ki, hər il olduğu kimi bu il də Dünya Ana Dili Günü ərəfəsində bir neçə azərbaycanlı milli mədəni fəal tutuqlanıb, onlar hələ də saxlanılmaqdadır. Geri dön |