Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan: Divarlar üzərində ana dili şüarları...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan: Divarlar üzərində ana dili şüarları...

Güney Azərbaycan: Divarlar üzərində ana dili şüarları...


Bir neçə gün öncə 21 Fevral – Dünya Ana Dili Günü idi. Hər il bu önəmli günə bir neçə həftə qalmış İran rejiminin təzyiqləri xüsusi vüsət alır.
21 Fevral – Dünya Ana Dili Gününə bir neçə həftə qalımış Güney Azərbaycanda aktivlik müşahidə olundu. Böyük şəhərlərdə, təhsil ocaqları binalarının divarları üzərinə müxtəlif milli şüarlar yazıldı və Ana dildə təhsil tələbi irəli sürüldü. Soydaşlarımız SMS vasitəsi ilə Dünya Ana Dili Günü ilə bağlı bir-birlərinə mətnlər göndərdilər. Bir çox qurum və təşkilat o cümlədən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) bu önəmli gün münasibəti ilə Bəyanatla çıxış edib və Ana dilinin bir millətin taleyində əhəmiyyətini vurğulayaraq İran rejiminin anti-türk və anti-Azərbaycan siyasətini qınadılar. Son həftələrdə gənclərimiz sosial şəbəkələrdə Dünya Ana Dili Günü ilə bağlı müxtəlif mətnlər yayıb və mövzu ilə bağlı geniş müzakirələr aparıblar və s.

Güney Azərbaycanda Dünya Ana Dili Günündən bir neçə gün keçsə də Ana dilində təhsil tələbi müxtəlif formalarda öz gündəmini qoruyur. Məlumata görə, Məlikan şəhərində bir çox divar milli şüarlar və mədəni hüquqların tələbi sloqanları ilə bəzədilib. Şəhərin müxtəlif məntəqələrində divarlar üzərində şüarlar müşahidə olunur. Ən çox “Türk dilində mədrəsə”, “Dünya Ana Dili Günü qutlu olsun”, “Yaşasın Azərbaycan” şüarlarına rast gəlinir. Bununla yanaşı polis qüvvələri, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) əlaltılarının da aktivləşdiyi bildirilir. Onlar azərbaycanlı gənclər tərəfindən yazılan şüarları silməyə çalışır.
GünAz TV

Geri dön