Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "SOCAR" yeni qaz quyusunu istismara verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > "SOCAR" yeni qaz quyusunu istismara verib

"SOCAR" yeni qaz quyusunu istismara verib


“Qaradağ” yatağında yeni quyu istismara verilib

"DAVAM" Media Qrupu SOCAR-ın yaydığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yeraltı qaz anbarı (YQA) kimi istifadə edilən “Qaradağ” yatağında yeni quyu istismara verib.

483 nömrəli quyu VIIA horizontuna qazılıb. Quyuya sutkalıq 100 min kubmetr qaz vurulması planlaşdırılır ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.

Qeyd edək ki,“Qaradağ” YQA Bakıdan 25 kilometr cənub-şərqdə yerləşir və 1954-cü ildə istismara verilib. Ümumilikdə SOCAR-ın balansında iki yeraltı “Qalmaz” və “Qaradağ”qaz anbarları var.

Geri dön