Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan bu həftə
Güney Azərbaycan bu həftə |
Güney Azərbaycanda və 40 milyon azərbaycanlının yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası
-Güney Azərbaycanda gündəmi tutan hadisə Dünya Ana Dili Günü tədbirlərinin bu həftə də davam etdirilməsi və İranın molla rejiminin var gücü ilə bunun qarşısını alması oldu. Tədbirlərin qadağasından başlamış, milli-mədəni fəalların həbsinə qədər, müxtəlif təziq vasitələrindən istifadə edən rejim bir daha təsdiq etmiş oldu ki, hakimiyyətlərin dəyişməsindən və seçkilərdə milli-mədəni haqların qorunacağı vədlərinin verilməsindən asılı olmayaraq, şovinist molla rejimi öz iradəsini tam olaraq yeridir. Bir də baş verən hadisələr bir daha ortaya qoydu ki, molla rejiminin Türk dilinin varlığından hədsiz təlaşının səbəbi odur ki, rejim, İranda dövlət dili statusuna məhz bu dilin haqqı olduğunu unutmur və bunun qarşısında olduqca acizlik sərgiləyir. Beləliklə molla rejimi əvvəl Dünya Ana Dili Günü tədbirlərinin keçirilməyinə icazə veriləcəyini rəsmən bəyan etsə də, ötən həftə olduğu kimi, bu həftə də bununla bağlı nəzərdə tutulan heç bir tədbirin keçirilməsinə icazə vermədi. Bundan əlavə, Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından Əmin Hacilu, Araz Xasse Təraş, İslam Əliəkbərlu, Əlirza Fərşi, Aydın Zakiri, Səid Şirzad, Fərdin Nobəxt, Həmid Babayi və Məsud Ərəbçubdar həbs edildilər. Güneydən verilən xəbərlərdə daha onlarla milli-mədəni fəalın həbs edildiyi bildirilir. -Bir milləti məhf etməyin yegənə yolu onun dilini və mədəniyyətini məhf etməkdən keçdiyi üçün, İranda Türk millətinin məhfində maraqlı olan molla rejimi, dilimizə və mədəniyyətimizə qarşı mənəvi terror siyasəti yürüdür. Ona görə də, İranda dilimiz kimi mədəniyyətimiz də mümkün qədər yasaqlanır. Rejimin bu istiqamətdə atdığı addımlardan biri də ondan ibarətdir ki, ən qədim, heyrətamiz, İlahi mədəniyyət olan Novruz və novruzdan öncəki 4 Çərşənbə bayramları qadağan edilir. İran polisinin 23 fevral 2015-çi il tarixində bununla bağlı verdiyi açıqlamada bəyan edilib ki, İranda Çərşənbə bayramlarının keçirilməsi qadağandır və bu bayramları keçirənlər məsuliyyətə cəlb ediləcəklər. Molla rejimi Novruz Bayramını isə “dini bayram” olaraq qeyd edəcək! -Molla rejiminin mədəniyyət terrorunun silahı olan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) bu həftə də bir neçə mədəniyyət tədbirinin keçirilməsini qadağan etdi. Onalrdan biri də “Səhənd” Musiqi Qrupunun Salmas şəhərində keçirmək istədiyi konsert oldu. Bundan əlavə, Təbrizli müğənni Məsud Əmir Sepehr keçən ilin noyabr ayında Tatarıstanın paytaxtı Kazan şəhərində türk ölkələr və bölgələri arasında keçirilən “Türkvizyon-2014” mahnı müsabiqəsinə qatıldığı üçün, İranda konsert vermək hüququndan məhrum edilib. Bu barədə məlumatı özü verən Məsud Əmir Sepehr bildirib ki, “25 ölkə arasında əziz ölkəmizə 8-ci yeri qazandığımız “Türkvizyon-2014” mahnı müsabiqəsinə qatıldığım üçün, təbrik və təşəkkür yerinə, vilayət polisinin komandir müavini cənab İsmayılzadənin əmri ilə səhnəyə çıxmaq, konsert vermək və rəsmi mərasimlərə qatılmağım yasaqlanıb” -Məlum olduğu kimi, Salmas Bələdiyyəsi fars irqçisi Firdovsinin Salmas şəhərindəki heykəlini sokdürmüşdü. Bu həftə Fars irqçiləri buna qarşı ciddi etirazlar edərək, Salmas Bələdiyyəsinə qarşı müxtəlif təziqlərə başladılar. Rejimin də dəstyəyi ilə fars irqçiləri Salmas Bələdiyyəsinin verdiyi qərarın ləğvinə və abidəni bərpa ediləcəyinə nail olublar. -Ötən həftə Tehran stadionunda Azərbaycan coşğusu yaşandı. Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi oludu. Lakin rejim, qələbəni həzm edə bilmədiyi üçün, Azərbaycan bayrağını təhqir etməklə hirsini azaltmaq istədi. Belə ki, yarışda qalib gələrək, dünya kubokunu başı üzərində qaldıran Azərbaycan yığmasının şərəfinə himnin oxunması və bayrağımızın qaldırılması zamanı, Azərbaycanın üçrəngli, aypara və səkkizguşəli ulduzdan ibarət bayrağı təhrif edilmiş formada təqdim olunub – bayrağımızda ulduz səkkizguşəli yox, beşguşəli kimi göstərilib. Hadisəyə Azərbaycan Respublikasından dərhal reaksiya verildi. KİV ilə yanaşı millət vəkilləri də etirazlarını ortaya qoydular və rəsmi ölçü götürələciyi bildirildi. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Aydın Mirzəzadə bildirdi ki, “Bayrağımıza qarşı sayğısızlıq diplomatik qalmaqaldır. Yəni, İran təşkilatçı ölkə kimi hər bir ölkənin simvollarını olduğu kimi yarışlarda təşkil etməyə məcburdur. Heç bir halda, heç bir milli komandanın bayrağı dəyişdirilə bilməz. Bu artıq həm beynəlxalq hüquq normalarına, həm də beynəlxalq idman qaydalarına zidd olan bir məsələdir. Belə bir hadisə baş verirsə, əlbəttə, Azərbaycana qarşı böyük bir hörmətsizlikdir. Azərbaycan bayrağı konstitusiya ilə qəbul edilib, Azərbaycanın beynəlxalq aləmdə rəsmi tanınan nişanlarından biridir. Onun hər hansısa bir formada dəyişdirilməsi və yaxud da başqa bir formada hörmətsizlik edilməsi yol verlməzdir. Əgər belə bir şey olubsa heç bir şübhəm yoxdur ki, Azərbaycanın dövlət orqanları bu məsələ ilə bağlı həm beynəlxalq idman təşkilatları, həm də İran qarşısında şübhəsiz ki, məsələ qaldıracaq”. -Son 10 gündə milli birlik rəmzinə çevrilmiş “Traxtur” Futbol Komandası iki görüş keçirib. Təbrizin “Traxtur” Futbol Komandası ilə Məscid-i Süleymanın “Neft” komandası arasında keçirilən oyun 2-1 “Traxtur”-un qələbəsi ilə yekunlaşdı. Özbəkistanda isə, bu ölkənin “Nəsəf “ komandası ilə qarşılaşma 2-1 hesabı ilə “Nəsəf”-in xeyrinə yekunlaşdı. -Urmiya Gölünün artıq 90 faizinin quruması və ətrafa ciddi zərərlər verməyə başlamasına rəğmən hə ki, İran dövləti heç bir tədbir görmək istəmir. Günbə-gün artan faciyə ilə bağlı etirazlar genişlənməkdədir. Bununla bağlı, yüzlərlə milli-mədəni fəalın rejim tərəfindən həps edilməsinə baxmayaraq, artıq ötən həftə azərbaycanlı millət vəkilləri də dövləti bu məslədə biganə olmaqda qınadılar. Məsələyə ən sərt mövqedən yanaşan millət vəkili isə Urmiyadan seçilmiş Nadir Qazipurdur. O, bu məsələdə günahkar olan bütün dövlət qurumlarını sərt formada tənqid edir və Urmiyanın əvvəlki valisinin bununla bağlı gəncləri günahsız yerə zindanlara doldurduğunu səsləndirib. -Bunlardan əlavə, bu həftə İranda gündəmi tutan mövzular Qərb-İran nüvə danışıqları, dövlət rəsmilərindən birinin ölkədə azad siyasi mühitin olmamasını, digərinin İran iqtisadiyyatının ağır durumda olmasını, bir başqasının isə narkotik maddələr və onların dövriyyəsinə qarşı mübarizədə dövlətin aciz olmasını etiraf etmələri oldu. Hazırladı: Milli Dirçəliş Hərəkatı Partiyasının İdeologiya Şöbəsi 01.03.2015 Geri dön |