Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məsud Barış: -İranda çıxışlarımıza qadağa qoyulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Afişa, Güney Azərbaycan-Təbriz > Məsud Barış: -İranda çıxışlarımıza qadağa qoyulub

Məsud Barış: -İranda çıxışlarımıza qadağa qoyulub


"Amma Türkiyə və Azərbaycanda konsert verməyə hazırlaşırıq"

Təbrizin “Barış” rok qrupunun keçən il noyabr ayında Tatarısstan paytaxtı Kazanda türk ölkələri və bölgələri arasında keçirilən Türkvizion 2014 mahnı müsabiqəsinə qatılması sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı. Qrupun bədii rəhbəri, müğənni Məsud Əmir Sepehr müsabiqəyə qatıldığı üçün İranda təzyiqlərlə qarşılaşdığını bildirib. Məsud Əmir Sepehr Amerikanın Səsinə Skype müsahibəsi zamanı “Barış” qrupunun fəaliyyəti, nun və qrupun professional fəaliyyəti qarşısında çətinliklər və Təbrizdə rəhbərlik etdiyi musiqi məktəbindən danışıb.
Məsud Barış müsabiqədən qayıdandan sonra səhnə fəaliyyəti və tele efirdə çıxış edə bilmədiyini deyib: “Müsabiqədən qayıdandan təxminən bir ay sonra mənə çatdırıldı ki səhnəyə və efirə çıxa bilmərəm. Mənə səhnəyə və efirə çıxmaq qadağan edilib.”

Müğəni “Barış” qrupunun konsert çıxışlarına icazə verilmədiyini, lakin musiqiçilərin onun rəhbərlik etdiyi musiqi məktəbində məşqləri davam etdirdiyini deyib: “Mənim Təbrizdə musiqi məktəbim var. Qrupum da məşqləri orada davam etdirir. Amma hələlik çıxışlara qadağa qoyulub.”

Məsud Barış musiqiçilərin çıxışlarına qadağanın aradan qaldırılacağına ümid bəslədiyini və qadağanın ləğvindən sonra “Barış” qrupunun konsertləri davam etdirəcəyini deyib. Məsud Barış əlavə edib ki, İranda qrupun çıxışlarına icazə verilməsə də, musiqiçilər Türkiyə və Azərbaycanda konsert proqramları ilə çıxış etməyi planlaşdırır. O bildlirib ki, “Barış” qrupunun İran sərhədlərindən xaricdə konsert verməsi ilə bağlı heç bir problem yoxdur.

Məsud Barış güney azərbaycanlı gənclərin rok və populyar müasir musiqiyə böyük həvəs göstərdiyini deyib. “Mən özüm klassik musiqi təhslili almışam, Avropa klassiklərinin əsərlərini ifa etməyi öyrənmişəm. Amma bizim cəmiyyətdə pop və rok musiqisi çox sevildiyinə görə və boşluğun yaranmamasına görə mən çalışıram klassik rokun sintezindən elə bir musiqi yaransın ki həm gənclərin zövqünü oxşasın, həm də milli üslubu insanlara çatdıra bilək.”

Məsud Barış rəhbərlik etdiyi musiqi məktəbində 300-dən çox şagirdin musiqi təhsili aldığını deyib: “Hamı gəlir, 300-lə 320 nəfər arasında tələbəmiz var. Qızlar da var, oğlanlar da, böyük yaşda olan tələbələr də var. Burada həm klassik musiqi, həm Azərbaycan, həm də İran musiqisini tədris edirik. Təxminən 30 müəllim dərs keçir. Çox çalışmışıq ki, məktəbə professioanal musiqiçiləri cəlb edək ki, musiqi məktəbi güclü təməl üzərində qurulsun və 10-20 ildən sonra professional musiqiçilər yetişsin.”

Məsud Barış gələcək planlarından danışaraq, bədii rəhbəri olduğu “Barış” qrupunun Türkiyədə Ankara, İstambul və başqa şəhərlərdə, habelə Bakıda konsert proqramları ilə çıxış etməyi planlaşdırdığını deyib.

Geri dön