Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda da Rusiyadakı kimi deputat maaşları azaldılacaqmı?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanda da Rusiyadakı kimi deputat maaşları azaldılacaqmı?

Azərbaycanda da Rusiyadakı kimi deputat maaşları azaldılacaqmı?


Fərəc Quliyev: “Təklif olsa, buna qarşı çıxacağam...”

Rusiyada maliyyə-iqtisadi böhran, inflyasiya və bahalaşma artıq qabarıq şəkildə özünü göstərməyə başlayıb. Vəziyyəti nəzərə alan Rusiya deputatları bu günlərdə maaşlarının 10% azaldılması ilə bağlı sərəncam vermək üçün prezident Vladimir Putinə müraciət etməyə hazırlaşırlar. Öz növbəsində Putin öz administrasiyasının əməkdaşlarının maaşlarını 10 faiz azaldıb.

Qeyd edək ki, son bir həftədə Azərbaycanda da dolların bahalaşması və manatın ucuzlaşması iqtisadiyyatımıza ciddi təsir eləməkdədir. Qonşu dövlətdə neftin qiymətinin aşağı düşməsi neft ölkəsi olan Azərbaycana da təsirsiz ötüşməyib. Maraqlıdır, bəs oxşar vəziyyətdə deputatlarımız maaşlarının azaldılması ilə bağlı ölkə başçısına müraciət edə, yaxud belə təklifi dəstəkləyərlərmi?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev belə qərar olarsa, qarşı çıxacağını söylədi: “Etirazımı bildirərəm. Çünki digər dövlətlərlə müqayisədə Azərbaycanda deputatların maaşları 5-10 dəfə azdır. Adi deputatların maaşları normal əməkhaqqı sayıla bilməz. Söhbət təkcə məndən getmir. Kimsə təvazökarlıq edib, bu məsələyə toxunmaya bilər. Amma dəfələrlə məsələ qaldırmışam ki, parlamentin işlək olması üçün deputatlar yüksək əməkhaqqı almalıdırlar. İndiki şəraitdə belə addım atmaq normal sayılmaz. Kimsə özünü vətənpərvər göstərib, bu təklifləri bəyənərsə, məncə bu, səmimi yanaşma olmaz. Hesab edirəm ki, ölkəmizdə məsələyə yanaşma Rusiyadakı kimi olmamalıdır. Rusiyaya sanksiyalar tətbiq olunub. Orada xeyli dərəcədə vəziyyət mürəkkəbdir. Bu baxımdan təklif səslənərsə, əleyhinə olaram”.

Cavanşir ABBASLI

Geri dön