Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Moskva Bakıya ad yox, təzminat verməlidir
Moskva Bakıya ad yox, təzminat verməlidir |
Sərdar Cəlaloğlu:- “Ya neftimizin pulu, ya da torpaq”
“Ədalətsiz müharibələrin qəhrəmanı olmur” Bir neçə gün öncə Milli Məclisin üzvü Yevda Abramov parlamentin iclasında maraqlı fikir söyləyib. O, II Dünya Müharibəsində göstərdiyi xidmətlərə görə Bakıya “qəhrəman- şəhər” statusu verilməsiylə bağlı Rusiya parlamentinə müraicət etmək təklifi irəli sürüb . Maraqlıdır ki, deputatın bu təklifi parlament rəhbərliyi tərəfindən xeyli razılıqla qarşılanıb. ANS-in verdiyi məlumata görə, parlament spikerinin müavini Ziyafət Əsgərov deputat həmkarının fikirlərini dəstəkləyərək deyib: “Biz Rusiyadan Bakıya qəhrəman-şəhər statusunun verilməsini gözləyirik". Milli Məclis üzvlərinin fikirlərini şərh edən ADP lideri Sərdar Cəlaloğlunun təklifə münasibəti xeyli sərt oldu: “Azərbaycan xalqının siyasi iradəsinin təmsilçiləri kimi çıxış edən edən şəxlərin bu təklifləri müstəqilliyimizə, dövlət suverenliyimizə açıq-aşkar hörmətsizlikdir. Hər bir dövlət öz ərazilərinə müharibədə göstərdiyi şücaətə görə fəxri adlar verə bilər. Görünür, sovet nostalgiyasıyla yaşayanlar SSRİ-nin çoxdan dağıldığından və Azərbaycanın 25 ilə yaxındır ki, suverenlik əldə etdiyindən xəbərsizdirlər. Əks təqdirdə Moskvadan hansısa şəhərə qəhrəman statusu verilməsini gözləməyi yalnız və yalnız “5-ci kalon”un fəaliyyəti kimi qiymətləndirmək olar”. Sərdar Cəlaloğluna görə, Moskvanın II Dünya Müharibəsində göstərdiyi xidmətlərə nəinki Bakıya, hətta öz şəhərlərinə belə fəxri ad verməyə mənəvi haqqı yoxdur: “Çünki II Dünya Müharibəsinin yeganə baiskarı Faşist Almanıyası deyildi. Bu müharibənin baş verməsində Almaniya qədər Rusiya da günahkar idi. Bütün Avropanı qasıb-qovuran, onmilyonlarla insanın qətlinə, aclıqdan, susuzluqdan ölümünə səbəb olan müharibə Rusiya və Almaniyanın imperialist maraqları ucbatından baş vermişdi. Hitler Rusiyadan aldığı siyasi dəstəklə Avropanı işğala başlamışdı. Eynilə SSRİ də Faşist Almaniyası ilə razılaşaraq ətrafdakı ölkələri ilhaq edib öz ərzasini genişləndirirdi. Sonradan Polşa məsələsində hər iki qüvvənin maraqlarının toqquşması II Dünya Müharibəsinin istiqamətini dəyişdirdi, müttəfiqləri qarşıya-qarşıya gətirdi. Hansının qələbə çalmasından asılı olmayaraq bu müharibə hər iki tərəf baxımından ədalətli deyidi. Ədalətsiz müharibələrin isə qəhrəmanı olmur”. ADP lideri Rusiyanın II Dünya Müharibəsindən sonra qəhrəman-şəhər statusu veriyi 9 qəhrəman şəhərdən 3-ünü işğal etdiyini, birini isə işğala çalışdığını xatırladaraq irəli sürülən təklifin bu mənada xeyli düşündürücü olduğunu diqqətə çatdırdı: “Bildiyimiz kimi, keçmiş sovet hakimiyyəti dövründə Ukraynanın 4 şəhəri- Odessa, Kiyev, Kerç, Svestapol- faşizmə qarşı göstərdiyi şücaətə görə, qəhrəman statusuna layiq görülmüşdü. Rusiya indi müstəqil siyasət yürütmək istədiyinə görə cəzalandırdığı Ukraynanın bu şəhərlərinin sakinlərinə qan uddurur. Görünür, sovet xiffəti çəkən MM üzvləri bu təkliflə Rusiyanı eyni aqibəti bizə yaşatmağa çağırırlar. Bu təklifin xüsusilə Xocalı soyqırımının ildönümü ərəfəsinə düşməsi də düşündürücüdür. Mən üzümü bu adamlara tutub deyirəm-siz niyə Rusiyanı Xocalı qətliamına qiymət verməyə çağırmırsınız? Niyə Bakının öz iradəsindən asılı olmayaraq iştirak etdiyi II Dünya Müharibəsindəki fəaliyyətini görür, lakin dünən baş vermiş, yaraları hələ sağalmamış Xocalını yaddan çıxırsınız? Niyə biriniz yadınıza düşmür ki, siz necə seçilməyinizdən asılı olmayaraq bu ölkənin övladlarısınız? II Dünya Müharibəsində qazanılan qələbəyə ən dəqiq qiyməti Mahatma Qandinin verdiyini deyən Sərdar Cəlaloğlu onun Ruzeltə yazdığı məktubdan sitat gətirərək fikirlərini belə davam etdirdi: Qələbədən sonra Hindistanın böyük dövlət xadimi Mahatma Qandi Ruzveltə məktubunda yazırdı- “Mən sizi qələbəyə görə təbrik etmirəm, müttəfiqlərin Faşıst Almanıyası üzərində qazandığı zəfər böyük şərin kiçik şər üzərində qələbəsindən başqa bir şey deyil. Bundan sonra qalib gələn böyük şər dünyaya Alman faşizmindən daha böyük fəlakətlər gətirəcək”. Zaman Qandinin nə qədər uzaqgörən olduğunu göstərdi. II Dünya Müharibəsindən qüvvətlənərək çıxan müttəfiqlər aralarındakı rəqabəti üçüncü ölkələrə daşıdılar. Amansız müharibələrə yol açdılar. Əfqanıstan, Koreya, Vyetnamda və s. kimi ölkələrdə milyonlarla insanın ölümünə səbəb oldular. Dünyanın yenidən bölüşdürülməsi uğrunda savaşı daha amansız məcralara yönəltdilər. Bu gün Rusiya ilə ABŞ arasında Yaxın Şərq ölklərində-İraqda, Suriyada, Liviyada eyni proseslər baş verir. Ukraynadakı müharibə də elə Qandinin 70 il əvvəl söylədiyi fikirlərin təsdiqidir”. II Dünya Müharibəsinin qələbə qazanmasında Bakı neftinin misilsiz rol oynadığını və bunu ruslar tərəfindən də qəbul olunduğunu deyən ADP sədrinin fikrincə, SSRİ-nin varisi olan Rusiya Azərbaycana təzminat ödəməlidir: “Ödəniləcək təzminat iki şəkildə ola bilər. Ya II Dünya Savaşında istifadə olunan Bakı neftinin finansal dəyəri hesablanıb ödənilməli, ya da müharibədən əldə olunan qənimətlər bizimlə bölüşdürülməlidir. Məsələn, ilhaq olunan torpaqların bir qismi Azərbaycana verilməlidir” Geri dön |