Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
Güney Azərbaycan Öyrənci Hərəkatının tanınmış fəalı Yunis Süleymani 15 gündür Ərdəbil həbsxanasındadır
Güney Aszərbaycan-dan daxil olan məlumata əsasən Güney Azərbaycan Öyrənci Hərəkatının tanınmış fəalı Yunis Süleymani milli fəaliyyətlərinə görə 5 ay həbs cəzası çəkdikdən sonra 220 min dollar dəyərində girov müqavilində müvəqqəti olaraq azadlığa buraxılmışdır.Lakin son günlərdə Yunis bəy Ərdəbil ETTELAAT məmurları tərəfindən yenidən həbs olunaraq Ərdəbil həbsxanasına aparılıb soydaşımız təxminən 15 gün öncə həbs olunmağına baxmayaraq xəbər bü gün yayılıb.Xatırladaq ki Yunus Süleymani Həmədan universitetinin biolojiya fakutəsini bitirərək həmin unuiversitetdə doktorluq dərəcəsini almaq üçün təhsilini davam etdirmək istəsədə İran rejiminin təhlükəsizlik orqanları tərəfindən və Həmədan Buəli Sina universitetinin inzibati şöbəsinin qərari ilə bütün təhsidən məhrum edilib.Maerağlı odur ki soydaşımızın təhsildən məhrum edilməsi yekun imtahana bir gün qalmış icraya qoyulub və həbsdə olaraq onu təhsildəndə məhrum ediblər. Hüququ yardıma ehtiyacı olan Güney Azərbycanlıların nəzərinə Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi Güney Azərbaycan Milli Azadliq Cəbhəsi (GAMAC)-ın dəstəyi ilə Güney Azərbaycandan olan soydaşlarımız üçün hüquqi yardım xidmətinə başlamışdır. Təhsil, Sosial, Əmək, Qeydiyyat, Tibb və digər istqamətlərdə hüquqi yardım və bilgi əldə etmək istəyənlər təşkilata müraciət edə bilərlər. Məqsədimiz təsbit edilmiş beynəlxalq və milli hüquq çərçivəsində müraciət hüququnun təmin edilməsi səviyyəsinin artırılması, müvəkkillik görüşləri nəticəsində güneyli soydaşlarımızın hüquq problemlərinin həll edilməsidir. Hüquqla bağlı müraciətlər həftənin 5 günü ərzində saat 11-00-dan 17-00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqaliyyət 8-ə müraciət edə bilərlər. Tel: (+99412) 492 71 47 İtaliya İrandan neft idxalına sanksiya tətbiqinə qarşı çıxıb İtaliyanın baş naziri Mario Monti Avropa Birliyinin İrandan neft idxalına sanksiya tətbiq etməsinə qarşı çıxıb. “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, baş nazir deyib ki, Avropa Birliyi yanvarın 30-dan İrandan neft idxalına sanksiya tətbiq etmək istəyirsə, bu qərarı tədricən verməlidir: “Bu müddətdə sanksiyalar İtaliyanın ENİ şirkətinə mövcud şərtlərdə şamil edilməməlidir. Əks təqdirdə İrana qarşı neft embarqosu İtaliyanı şoka salacaq”. Qeyd edək ki, Avropa Birliyi ölkələrinin İrana sanksiya qərarı alması üçün 27 üzvün müsbət cavab verməsi lazımdır. İtaliya da xam neftə olan tələbatını daha çox İran vasitəsilə ödəyir. İRANDA 43 NƏFƏR DAR AĞACINDAN ASILIB Narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilinən 40 nəfər Zəncan, Kərəc, Kirmanşah və Simnan şəhərlərinin zindanlarında edam olunub. Asılanlar arasında Əfqanıstan və Nigeriya vətəndaşları da var. Silahlı bank oğurluğuna görə məhkum edilmiş 3 nəfər - Əlirza Əhmədi, Sadıq İsgəndəri, Sasan Bəssami isə yanvarın 5-də ictimaiyyət qarşısında dar ağacından asılıb. “Traxtur-Səba” müsabiqəsinin son nəticəsi Yerli vaxtla saat 15:00-da Təbrizin “Traxtur” futbol takımı ilə “Səba” komandası arasında keçirilən müsabiqə bu dəqiqələrdə sona çatdı.İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 18-ci həftəsində keçirilən müsabiqədə, hər takım tərəfindən 2 qol vurulub.Bununlada Qum şəhərinin yaduqar-i imam stadionunda (stadyom) baş tutan yarış (2 – 2) bərabər hesabla sona çatıb. Rəfsəncani parlament seçkilərində susacaq İranın sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncani 2012-ci ilin mart ayında keçiriləcək parlament seçkilərində heç bir siyasi partiya və siyasətçini dəstəkləməyəcək. Bu barədə sabiq prezidentin rəsmi ofisi bəyanat yayıb. Bəyanatda bildirilib ki, sabiq prezident, həmçinin parlament seçkiləri ilə bağlı da heç bir münasibət bildirməyəcək.Qeyd edək ki, 2011-ci ilin dekabr (December) ayında Əliəkbər Haşimi Rəfsəncaninin rəsmi internet səhifəsinə blok qoyulub. Onun dövlətə qarşı çıxmaqda və hakimiyyətin əleyhinə təbliğat aparmaqda təqsirləndirilən qızı Faizə Haşimi isə Tehran Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin ona 5 il müddətində mediaya müsahibə vermək qadağan olunub. Güney Azərbaycan Öyrənci Hərəkatının tanınmış fəalı Yunis Süleymani 15 gündür Ərdəbil həbsxanasındadır Güney Aszərbaycan-dan daxil olan məlumata əsasən Güney Azərbaycan Öyrənci Hərəkatının tanınmış fəalı Yunis Süleymani milli fəaliyyətlərinə görə 5 ay həbs cəzası çəkdikdən sonra 220 min dollar dəyərində girov müqavilində müvəqqəti olaraq azadlığa buraxılmışdır.Lakin son günlərdə Yunis bəy Ərdəbil ETTELAAT məmurları tərəfindən yenidən həbs olunaraq Ərdəbil həbsxanasına aparılıb soydaşımız təxminən 15 gün öncə həbs olunmağına baxmayaraq xəbər bü gün yayılıb.Xatırladaq ki Yunus Süleymani Həmədan universitetinin biolojiya fakutəsini bitirərək həmin unuiversitetdə doktorluq dərəcəsini almaq üçün təhsilini davam etdirmək istəsədə İran rejiminin təhlükəsizlik orqanları tərəfindən və Həmədan Buəli Sina universitetinin inzibati şöbəsinin qərari ilə bütün təhsidən məhrum edilib.Maerağlı odur ki soydaşımızın təhsildən məhrum edilməsi yekun imtahana bir gün qalmış icraya qoyulub və həbsdə olaraq onu təhsildəndə məhrum ediblər. BRİTANİYANIN MÜDAFİƏ NAZİRİ: “HÖRMÜZ BOĞAZINI BAĞLAMAQ CƏHDİ UĞURSUZ OLACAQ” Yanvarın 5-də jurnalistlərə açıqlama verən Böyük Britaniyanın müdafiə naziri Filip Hamond İranın Hörmüz boğazını bağlaya bilməyəcəyini bəyan edib. Filip Hamond deyib ki, İranın Hörmüz boğazını bağlamaq istəməsi qanuna ziddir: “İranın Hörmüz boğazını bağlamaq cəhdi uğursuz olacaq. Böyük Britaniyanın dəniz qüvvələri İran körfəzinə təhlükəsizliyi qorumaq üçün yerləşdirilib. Hörmüz boğazında neftin nəqli istiqamətində yaradılan hər hansı bir təxribat həm bölgə, həm də dünya iqtisadiyyatının inkişafına böyük bir təhdiddir və buna imkan verilməyəcək”. 2011-ci il dekabrın 27-də İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi, dekabrın 28-də isə İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari Qərbi və bölgə ölkələrini Hörmüz boğazını bağlayacaqları ilə təhdid ediblər. Onlar bildiriblər ki, İran neftinə sanksiya qoyulsa, Hörmüz boğazından gediş-gəliş tam qapadılacaq. ABŞ hərbi gəmisi dəniz quldurları tərəfindən ələ keçirilən 13 iranlını xilas edib ABŞ hərbi gəmisi dəniz quldurları tərəfindən ələ keçirilən 13 iranlını xilas edib. Amerika həbiçilərinin bildirdiyinə görə, Ərəbistan dənizində onlar həyəcan siqnalı eşitdikdən sonra İranın Əl-Molai balıqçılıq gəmisi və quldurların qayığı ilə üzləşiblər. 15 dəniz quldurunun ələ keçirildiyi bildirilir. İran gəmisi artıq bir aydan artıqdır ki, quldurların əlində idi. Onlar gəmidən qərargah kimi istifadə edirmiş. İranlılar yemək və tibbi ləvazımatla təmin edilib və hazırda vətənlərinə göndərilir. TÜRKMƏNÇAY MÜQAVİLƏSİNİN LƏĞVİ: OLSA, NƏ OLAR? “İranın Türkmənçay müqaviləsini ləğv edəcəyi haqda irəli sürdüyü iddialar təhdiddən savayı bir şey deyil. Adətən zəiflər təhdid edirlər”. Deputat, tarix elmləri doktoru, professor Musa Qasımlı belə deyib. Son vaxtlar İrandan Azərbaycan Respublikasına qarşı çıxışlarda 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin ləğv oluna biləcəyi deyilir. 184 il əvvəl imzalanmış bu sənədin ləğvi mexanizmi varmı, varsa, nədən ibarətdir? Musa Qasımlı bildirib ki, Şimali Azərbaycan çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edilsə də, 1918-ci ildə vahid, müstəqil dövlət kimi onun tərkibindən çıxıb: “Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə İran bizim dövlətin adındakı Azərbaycan sözünə etiraz etmiş, bunu Güney Azərbaycana iddia kimi qiymətləndirmişdi. O vaxt İran Azərbaycana muxtariyyət verməklə özünə birləşdirmək istədiyini dilə gətirmiş, belə bir təklif irəli sürmüşdü ki, siz daxildə müstəqil ola bilərsiniz, amma xarici cəhətdən vahid mərkəzdən idarə olunacaqsınız. Əlbəttə ki, bu iddia boşa çıxdı. Birinci Dünya müharibəsindən sonra keçirilən 1919-cu il Paris Sülh Konfransına İran buraxılmadı. Məhz bundan sonra İran Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımalı oldu. 1921-ci il fevralın 26-da sovet Rusiyası ilə İranın müqaviləsində bütün əvvəlki qeyri-bərabər müqavilələr ləğv edildi. 1991-ci ildə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Moskvaya səfəri zamanı müsahibələrinin birində Azərbaycan Respublikasını tanımadıqlarını, Azərbaycanla bütün münasibətlərin SSRİ çərçivəsində davam edəcəyini bildirmişdi. Ancaq bu istək də yerinə yetmədi. SSRİ dağıldı, Azərbaycan öz müstəqilliyini bərpa etdi. Müstəqilliyimizi bərpa edəndən bəri bizimlə tarix, coğrafiya, mədəniyyət cəhətdən yaxın olmasına baxmayaraq İran heç vaxt Azərbaycana arzu edilən münasibəti bəsləməyib. Zaman-zaman İran rəsmiləri hətta parlamentdə 17 şəhərin “ana vətən”dən ayrı düşdüyünü bildirir, Azərbaycana iddialar səsləndirir, Xəzər dənizini Mazandaran gölü adlandırırlar”. Musa Qasımlının sözlərinə görə, İranda bəzi dairərlər sabit, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanı özünə güclü təsir vasitəsi kimi qəbul edir: “Onlar düşünürlər ki, Azərbaycan Respublikası İranda yaşayan 30 milyondan çox türk üçün bir model halına gəlib”. Türkmənçay müqaviləsinin pozulmasına dair söylənənlərin heç bir əsası olmadığını vurğulayan Musa Qasımlı qeyd edib ki, Azərbaycan Respublikasını bütün dünya tanıyıb: “Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Türkmənçay müqaviləsi isə tarixdir. İran Türkmənçay müqaviləsini pozsa da, bundan Azərbaycana bir zərər görmürəm. Çünki Azərbaycan müstəqil dövlət kimi beynəlxalq qurumlarda təmsil olunur”. Tarix elmləri doktoru, professor Cəlil Həsənli “Media forum”a açıqlamasında xatırladıb ki, Türkmənçay müqaviləsini İran Rusiya ilə imzalayıb: “Onu da bildirim ki, Türkmənçay müqaviləsi təkcə Azərbaycana aid olmayıb, bu müqavilənin subyekti həm də Ermənistan olub. Türkmənçay müqaviləsi ilə Rusiyaya keçən ərazilərdə sonradan Azərbaycanla yanaşı Ermənistan dövləti də qurulub. Bu müqavilənin pozulması bu gün heç nəyi həll etmir və heç nəyə təsiri ola bilməz. Azərbaycan beynəlxalq hüququn, beynəlxalq münasibətlərin subyektidir. Məlum ərazilər çərçivəsində Azərbaycan dünya təşkilatlarına və BMT təşkilatına inteqrasiya olunmuş dövlətdir. Türkmənçay müqaviləsini pozmaqla Azərbaycanı hədələmək tamamilə mənasız addımdır. Çünki bu müqavilənin pozulub-pozulmamasının Azərbaycana təsiri ola bilməz”. Geri dön |