Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Onlar məhkəmə qarşısında cavab verməlidir- AÇIQLAMA
Fərəc Quliyev: -Onlar məhkəmə qarşısında cavab verməlidir- AÇIQLAMA |
Azərbaycanda diffamasiya və ya ifadə azadlığı haqqında qanunun qəbulu barədə artıq uzun illərdir ki, müzakirələr gedir. Hətta artıq bununla bağlı iki qanun layihəsi də ortaya qoyulub. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə SİA-ya qanunla bağlı öz fikirlərini belə ifadə edib.
Deputat bildirib ki, ümumiyyətlə Milli Məclisin bu yaz sessiyasında Diffamasiya haqqında Qanun layihəsinin müzkairəsi yoxdur: “Açığı mən Diffamasiya haqqında Qanun layihəsinin qəbulunun əleyhinəyəm. Avropa kimi özünə hörmət edən ölkələrdə (bir-iki ölkə istisna olmaqla) heç bu qanun qəbul olunmayıb. Normal şəkildə cəmiyyətdə biri təhqir olunanda o, məhkəməyə müraciət etməlidir və elə hüquqlarını da orada ifadə etməlidir. Əgər insanların şərəf və ləyaqətinin qoruması üçün hər şey əlindən alınırsa, bütün imkanlardan məhrum olunursa təbii ki, bu normal bir şey deyil. Bu o deməkdir ki, onda geriyə yəni XVI-XVII əsrdəki kimi insanlar gərək fərqli üsullarla öz şərəf və ləyaqətlərini qorusunlar. Azərbaycanda və eləcə də digər ölkələrdə kifayət qədər qeyri-peşəkar, səviyyəsiz jurnalistlər var ki, onlar istənilən adam haqqında təhqiramiz ifadələr işlətməyi bacarır. Amma təbii ki, onlar da məhkəmə qarşısında cavab verməlidirlər. Ona görə də mən belə bir qanunun qəbulunu bizim cəmiyyət üçün normal hesab etmirəm”. Ceyhun Rasimoğlu Geri dön |