Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > İşğal altındakı ərazilərin azad olunacağı gün yaxınlaşır
İşğal altındakı ərazilərin azad olunacağı gün yaxınlaşır |
Üzeyir Cəfərov: “Heç bir şübhəm yoxdur ki, mütləq mənada döyüşlər olacaq”
Fərəc Quliyev: “İstənilən vaxt hərbi yolla hədəfə çata bilərik” Elman Məmmədov: "Ordumuz qarşısındakı işğalçı qüvvələri süpürüb kənara atmağa tam qadirdir” Məlumat verildiyi kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək, yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlərlə tanış olub. Zakir Həsənov hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərək, Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. Nazir diqqətə çatdırıb ki, son bir neçə ay ərzində artıq 3-cü hərbi hissənin açılışı həyata keçirilir. Plana uyğun olaraq bu il daha bir neçə hərbi hissənin açılışı nəzərdə tutulub: " Ölkə rəhbərliyi Silahlı Qüvvəllərin inkişafını ən mühim istiqamətlərdən biri hesab edir. Ordumuz müasir silah və texnika ilə təchiz olunur… Artıq torpaqlarımızın azad olunacağı gün yaxınlaşır. Biz hər gün, hər an, hər təlimdə Silahlı Qüvvələrimizi möhkəmləndirməklə bu günü daha da yaxınlaşdırırıq". Belləiklə, aydın görünür ki, danışıqlar yaxın tezlikdə nəticə verməsə, Azərbaycan hərbi yolla xəbt olunmuş torpaqlarının azad edilməsinə başlayacaq. Hərbçi-ekspert Üzeyir Cəfərov qeyd etdi ki, Azərbaycan Müdafiə Nazirliyinin son zamanlar atdığı addımlar müharibə vəziyyətində olan ölkənin yaşamına uyğun bir addımdır: "Torpaqlarımız işğal altındadır və bu mənada ərazilərimiz işğaldan azad olunmalıdır. Bundan əlavə, bədnam qonşularımız üzündən hərbi hissələrimiz daha çox mobil, ayrı-ayrı yerlərə səpələnmiş vəziyyətdədir. Həmin hərbi hissələrin yeni infrastruktura malik baza ilə təminatına böyük ehtiyac var. Ona görə də hesab edirəm ki, Müdafiə Nazirliyi rəhbərliyinin son vaxtlar atdığı addımlar, cəbhə bölgəsindəki hərbi hissələrin yenidən formalaşması çox normal haldır. Bir qədər kənardan belə görünə bilər ki, Azərbaycan guya yeni hərbi hissələr yaradır. Xeyr, sadəcə olaraq, söhbət mövcud hərbi hissələrin ərazilərinin ən müasir tələblərə cavab verən hissələr səviyyəsində hazırlanmasından gedir. Ona görə də nazirlik cəbhə bölgəsində yerləşən hərbi hissələrinin bütün infrastrukturunun yenilənməsilə məşğuldur. İndi əsgərlərin mənəvi-psixoloji hazırlığı üçün otaqlar hazırlanır, yataq yerlərinin ən müasir təminatı həyata keçirilir. Alınmış ən yeni silahlar saxlama yerlərində yüksək səviyyədə qorunur. Əsgərlərin normal qidalanması üçün də yeməkxanalar müasir avadanlıqlarla təmin edilib. Qidanın kaloriliyi və keyfiyyəti də xeyli dərəcədə artıb. Bunlar ona görə edilir ki, döyüş hazırlığı ilə yanaşı, əsgərlərimizin normal yaşayış şəraiti də təmin olunsun. Döyüşə gəldikdə, heç bir şübhəm yoxdur ki, mütləq mənada döyüşlər olacaq. Azərbaycan dövlət büdcəsindən bu sahəyə istənilən qədər vəsait ayırır. Bu vəsaitlər də əsgər və zabitlərimizin döyüş hazırlığının yüksəlməsi, həm də öz həyat şəraitlərinin yüksək səviyyədə keçirilməsi üçün ayrılan vəsaitlərdir. Ona görə bu açılan hərbi hissələr döyüş şəraitində olan hərbi hissələrin stasionar bazasının ən müasir tələblər şəklində hazırlanaraq fəaliyyət göstərmələri üçün reallaşdırılır”. Millət vəkili Fərəc Quliyev hədəfə çatmaq üçün istənilən zaman hərbi yola əl atıla biləcəyini istisna etmədi: "Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində bütün vasitələrdən istifadə etmək üçün hazırlıqlar görür. Dinc vasitələrlə torpaqlarımızın geri qaytarılması mümkün olmazsa, təbii ki, hərbi yola əl atacağı təqdirdə hazırlıq işləri görülməlidir və görülür. Azərbaycan Ordusu hesab edirəm ki, bölgədə ən güclü ordudur. Bunu artıq beynəlxalq qurumlar da təsdiq edir. Azərbaycan tərəfi bəyan edib ki, dinc yolla münaqişənin həllində maraqlıdır. Amma istənilən vaxt da hərbi yolla hədəfə çata bilərik. Hesab edirəm ki, bu sahədə hazırlıqlar güclənməlidir. Hərbi gücümüzün artırılması həm də diplomatik sahədə sözümüzün keçərli olmasına kömək edir. Müharibə aktiv fazaya keçəndə təbii ki, son sozü Azərbaycan əsgəri deməlidir və deyəcək”. Millət vəkili Elman Nəmmədov isə bildirir: "Azərbaycan Ordusunun döyüş hazırlığının hər gün güclənməsi daim gündəmdə olan aktual məsələdir. Bu ölkəmizin Ali Baş Komandanın əmri və göstərişidir. Müdafiə Nazirliyi və onun tabeliyindəki qurumlar hamısı bu tapşırığı icra edir. Azərbaycan torpaqları işğal altındadır. Düşmən danışıqlar yolu ilə, heç bir qətnamə ilə torpaqları azad etmək fikrində deyil. Həmsədr dövlətlər isə 20 ildən çoxdur Azərbaycanın başının altına ancaq sülh yastığı qoymaqla məşğuldur. Onlar deyirlər ki, torpaqlar ancaq sülh yolu ilə azad olunmalıdır. Azərbaycan da bu təkliflərdən imtina etmir. Həmsədrlərə deyir ki, təcavüzkarı torpaqlarımızdan çıxarın. Lakin onlar da bunu etmir, əksinə, işğalçıya havadarlıq edir, hərbi, maliyyə sahəsində yardılm edirlər. Onda Azərbaycan nə etməlidir? Ölkəmiz günü-gündən inkişaf etməli, ordumuz daim güclənməlidir. Azərbaycan Ordusunun vəzifəsi təkcə müdafiə mövqeyi tutmaq deyil, ordumuzun qarşısında bir məqsəd var: torpaqlarimizi düşməndən azad etmək. Bu halda da məsələnin hərbi yolla həlli istisna olunmur. Prezidentimiz də dəfələrlə bildirib ki, düşmən danışıqlar yolu ilə razılaşaraq torpağımızdan geri çəkilmirsə, son anda hərbi gücə müraciət etməyə məcbur olacağıq. Yəni, bu düşməni sülhə məcbur etmə variantıdır. Buna hər an hazlırıq, Azərbaycan Ordusunun da buna gücü və qüdrəti çatır. Ordumuz qarşısındakı işğalçı qüvvələri süpürüb kənara atmağa tam qadirdir”. Rüfət NADİROĞLU Geri dön |