Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Od çərşənbəsi- bahar bayramına doğru
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Özəl xəbər > Od çərşənbəsi- bahar bayramına doğru

Od çərşənbəsi- bahar bayramına doğru


"DAVAM" Media Qrupu xəbər verir ki bu gün ölkədə od çərşənbəsi qeyd olunur

Od çərşənbəsi boz ayda qeyd edilən ikinci çərşənbədir. Türkün qədim bayramlarından biri olan Novruz (ERGENEKON) yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Türklərdə həftənin iş günü olaraq sonudur (bəzən də həftənin tam ortasıdır) və bu səbəblə bu günə dəyişik mənalar yüklənməkdədir. Digər günlərdən fərqli olaraq görülməkdədir. Novruzda əvvəlki son dörd çərşənbəyə xüsusilə Azərbaycan mədəniyyətində ayrı bir əhəmiyyət verilir. Novruz yaradılışın mərhələlərini işarələyən dörd ünsür ilə (su, od, külək və torpaq) əlaqədar ənənələrini daxildir. Ümumiyyətlə Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.

Geri dön