Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycanın BMT-dəki daimi nümayəndəsi ermənilərin atəşkəsi pozmaları ilə bağlı BMT baş katibi və Təhlükəsizlik Şurasına məktub göndərib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi ermənilərin atəşkəsi pozmaları ilə bağlı BMT baş katibi və Təhlükəsizlik Şurasına məktub göndərib |
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev son vaxtlar cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin pozulması halları ilə bağlı BMT baş katibi və Təhlükəsizlik Şurasına 12 səhifəlik məktub göndərib.
Bu barədə BMT İnformasiya Mərkəzindən məlumat verilib. Məktubda bildirilir ki, oktyabr və noyabr aylarında erməni silahlı qüvvələri atəşkəsi 102 dəfə pozub. “Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbçisi öldürülüb, 1 mülki şəxs yaralanıb. Hesabat dövründə Ermənistan Silahlı Qüvvələri təkcə Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərdən deyil, Ermənistan ərazisindəki mövqelərdən də Azərbaycanın hərbi və mülki obyektlərini intensiv atəşə tutublar”, - deyə A. Mehdiyev bildirib. Səfir Ermənistan tərəfinin mütəmadi olaraq BMT-də Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması ilə bağlı yaydığı yalan məlumatlardan narahatlığını da ifadə edib: “Bütün bu səpkili əvvəlki sənədlər kimi, Ermənistanın daimi nümayəndəsinin ötən ay qurumun Baş Katibinə ünvanladığı məktub da onu sübut edir ki, Ermənistan hökuməti məqsədli şəkildə beynəlxalq ictimaiyyəti çaşdırmağa, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün yaratdığı əsas problemlərdən diqqəti yayındırmağa çalışır. Lakin ən azı Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni işğalının davamı, Ermənistanın açıq-aşkar işğalçı niyyətləri, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmətsizliyi fonunda Ermənistanın təbliğat maşınının reallığı təhrif etmək cəhdləri yersizdir”. Ermənistanın daimi nümayəndəsinin məktubuna əlavə etdiyi atəşkəsin pozulması halları ilə bağlı yalan məlumatlarda bir sıra qeyri-dəqiqlik, faktiki səhv və ziddiyyətlərin olduğunu qeyd edən A. Mehdiyev vurğulayıb ki, ermənilərin iddialarına görə, 2011-ci il avqustun 1-dən noyabrın 30-na qədər Azərbaycan Silahlı Qüvvələri müxtəlif silahlardan istifadə edərək atəşkəsi 4825 dəfə pozub: “Ermənistan Silahlı Qüvvələri hətta iddia edir ki, snayper silahından onların mövqelərinə 460 atəş açılıb. Yuxarıda qeyd olunan uydurma atəşkəs pozulmaları və snayper silahından istifadə fonunda bu cür uydurmaların müəllifləri özlərinə əziyyət verib erməni hərbçiləri arasında itkilərin olmamasına aydınlıq gətirməyiblər. Daha bir uğursuz saxtakarlıq erməni hərbçilərinin qarşı tərəfdən atılan güllələri səngərdəki mövqelərindən dəqiq saya bilmə “bacarığıdır”. Biz əminik ki, Ermənistan hökuməti təcavüzkar və təxribatçı siyasətindən əl çəkməyə, Azərbaycan ərazilərinin işğalına son qoymağa və beynəlxalq hüquqa hörmət etməyə məcbur olacaq”. Geri dön |