Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Nemtsovun qətli Rusiya xüsusi xidmət orqanlarının işidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Nemtsovun qətli Rusiya xüsusi xidmət orqanlarının işidir”

Fərəc Quliyev: Nemtsovun qətli Rusiya xüsusi xidmət orqanlarının işidir”


“Nemtsovun qətlini hansısa azərbaycanlının və ya çeçenin adına yazmaq yanlışdır”

Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlində Ukraynanın xüsusi xidmət orqanlarının, xüsusilə də azərbaycanlı polkovnik İsa Sadıqovun qərargah rəisi olduğu Cövhər Dudayev batalyonunun adının hallanması Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmaqdadır. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, İ.Sadıqovun isminin məlum olayda hallanması Rusiyanın Azərbaycana qarşı yeni təzyiq siyasəti üçün zəmin rolu oynaya bilər.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev hesab edir ki, Nemtsovun qətlinin Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bəllidir və məsələdə digər şəxslərin adının hallanması qərəzli məqsəd daşıyır:
“Ən primitiv yanaşma belə göstərir ki, Nemtsovun qətli Rusiya hökumətinin öz işidir. Kameraların söndürülməsi, olay zamanı qar təmizləyən avtomobilin görüntünün qarşısını alması, qətldən sonra şübhəli şəxsin öldürülməsi və s. hadisənin Rusiya xüsusi xidmət orqanları tərəfindən törədilməsinə dəlalət edir. Bunu Ukraynanın və ya Ukraynada döyüşən hansısa azərbaycanlının üzərinə atmaq qərəzli və uzağa hesablanan bir addımdır. Zənnimcə, post-sovet məkanında baş verənlərə təpgi olacaqdır. Rusiyanın özündə belə baş verənlərə etirazlar var. Rusiyadan kənarda yaşayan ruslar belə Rusiya dövlətinin davranışlarına etiraz edirlər. Rusiyada avtoritar bir rejim mövcuddur. Nemtsovun qətlini hansısa azərbaycanlının və ya çeçenin adına yazmaq yanlış bir siyasətdir. Rusiyadakı insanların heç də hamısı xəstə təfəkkür sahibi deyillər. Nemtsov kimi normal düşünənlər də var. Əziyyət çəkib Nemtsovun qatillərini tapsınlar, demokratik bir sistem qursunlar və dünyaya inteqrasiya etsinlər. Hamıyla düşmən olmaq rus xalqına xeyir gətirməyəcək”.

Seymur Əliyev

Geri dön