Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənc Türk yazarlarımızdan – Savalan Talıblının -Kitab- əsəri haqqında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Gənc Türk yazarlarımızdan – Savalan Talıblının -Kitab- əsəri haqqında

Gənc Türk yazarlarımızdan – Savalan Talıblının -Kitab- əsəri haqqında


Müasir gəncliyin tarixi baxımdan özünəməxsus dünyagörüşü və ictimai-siyasi hadisələrə münasibəti müəyyən ədəbi formalarda özünü göstərir. Nəzm nümünələri ilə yanaşı nəsr nümunələri də yaranmaqdadır. Gənclərdə əsasən vətənə bağlılıq milli ideologiyamıza münasib yazılar yazmaqla müasir duruma və keçmişə aid mövzularda müstəqil bir dövlətin zəkaları kimi çıxış edirlər. Sərbəst qələm, azad fikir imkanları isedadlı gənc yazarlarımızda müstəqilliyimiz dönəmində - iyirmi beş il ərzində samballı əsərlər təqdim etmələri ədəbi mühitdə keyfiyyətlər yaratmışdır. Gənclərimizin ədəbi yaradıcılıqlarına bu qısa baxışdan sonra həmin gənclərimizdən biri- Savalan Talıblının 2015-ci il fevral ayında ərsəyə gələn “Kitab” adlı ilk nəsr əsərindən bəhs edəcəyəm.
Əsərdə təqdim olunan mövzularda bəhs edilən publisistik yazılar, görkəmli sənət adamları ilə radio müsahibələri, “Qaynana” hekayəsi yazarın peşə sənətilə bərabər, həm də yazarın müşahidələri, mütaliəsi əsasında yaranmışdır. Kitabın titul vərəqində qeyd olunduğu kimi: “Kitab” milli-mənəvi dəyərlərin qorunub təbliğ olunmasında oxucular üçün öz töhfəsini verəcəkdir.” “Kitab”ın maraqlı bir cəhəti də ondan ibarətdir ki, istedadlı gənc şair Qılman İman bu əsərin redaktoru olmaqla, müəlliflə yaxın dostluq münasibətindədirlər, yəni hər iki gəncin otuz yaş dövrləri belə bir milli dünyagörüşünə malik olması məndə yaşlı şair kimi qurur hissiləri yaradır və fərəhlənirəm. Əsərin ön söz müəllifi görkəmli tarixçi alim Firudin Cəlilov “Gənc yazarın “Kitab”ı “ başlığı ilə nəzəri münasibətində elə ilk sətirlərdə yazır: “ Sözün təpərilə başlayan bu “Kitab” (bizim dildə Bitik) yeni nəsli təmsil edən bir gənc yazarın qələmindən kağıza tökülən duyğularını , dünyagörüşünü sərgiləyir.”...
Bəli, bir oxucu kimi mən də digər oxucularla öz təəssuratlarımı bölüşmək istəyirəm. Savalan Talıblı kitabını mənə hədiyə edən zaman axşam saat 19 radələri idi və bir çayxanada dostlarla çay içib- söhbət etdikdən sonra axşam saat 9-da evə gəldim... saat 10-dan sonra kitabın ilk səhifəsindən oxumağa başladım. Birinci mövzu olan “Bakı mənim ilk sevgimdir” başlığı qəribə səslənməsilə nəzər-diqqətimi çəkdi. Müəllif Bakını “Mavi gözlü” bir gözəl obrazı ilə təqdim edir, Bakı şəhərini Paris, London, Roma, İstanbul kimi şəhərlərdən fərqləndirərək qədim şəhərimizin özünəməxsus şərəfli tarixi, qənirsiz təbiəti, zəngin ədəbiyyatı, folkloru, mədəniyyəti, adət-ənənəsi, mətbəxi olduğunu vurğulayır. Qədim Qız qalasının əzəmətindən, dünya şöhrətli alimlərindən, mədəniyyəy və incəsənət xadimlərinin adını çəkməklə fərəhlənən müəllif müqəddəs hiss və duyğularını vətənin bir guşəsi olan Bakıya yönəldir, bu duyğular məhəbbətə çevrilərək “Bakı mənim ilk sevgilimdir” ifadəsilə təzahür edir...
Axşam yuxum gəlmirdi... “Kitab”ın mövzularını oxumaqda davam edirdim. Bir mövzunu oxuyub başa vurarkən növbəti mövzunun başlığı istər-istəməz diqqəti çəkir və maraq yeni mövzuya cəlb olunur: görüşlər, müsahibələr bir-birindən maraqlı hadisələr qələmə alınmışdır. Artıq saat 2-00 yaxınlaşırdı “Bazarlıq” mövzusunu oxuyurdum. Sonda satıcıların (ixtisasca müəllimlərin) piştaxtasındakı qiymət etketlərini oxuyanda gülməkdən ürəyim getdi... bu yumor şəklində təqdim olunan sətirlər belədir: Kartof və pamidorun qiymətləri: “Tovuz-50qəpik”, “Lənkəran-40 qəpik”, “Xaşmaz-60 qəpik” ...
“Tariximizə sahib olmalıyıq” mövzusunda müəllifin Firudin müəllimlə olan müsahibəsində əvvəlki mövzular kimi diqqəti çəkən dəyərli məqamlar var idi. Savalan Talıblı verilən suallarda özünün də Qərbi Azərbaycanla bağlı tarixi mükəmməl bilməsindən xəbər verir. Ümumiyyətlə, bütün müsahibələrdə müəllif sual qoyuluşunu təyin edərkən özünün də yüksək intelekt sahibi olduğunu göstərir... Bir daha qeyd edirəm ki və titulda yazılan fikiri təsdiqləyirəm: “Kitab” milli-mənəvi dəyərlərin qorunub təbliğ olunmasında oxucular üçün öz töhfəsini verəcəkdir.” “Kitab”ın maraqlı bir cəhəti də ondan ibarətdir ki, istedadlı gənc şair Qılman İman bu əsərin redaktoru olmaqla, müəlliflə yaxın dostluq münasibətindədirlər, yəni hər iki gəncin otuz yaş dövrləri belə bir milli dünyagörüşünə malik olması məndə yaşlı şair kimi qurur hissiləri yaradır və fərəhlənirəm. Əsərin ön söz müəllifi görkəmli tarixçi alim Firudin Cəlilov “Gənc yazarın “Kitab”ı “ başlığı ilə nəzəri münasibətində elə ilk sətirlərdə yazır: “ Sözün təpərilə başlayan bu “Kitab” (bizim dildə Bitik) yeni nəsli təmsil edən bir gənc yazarın qələmindən kağıza tökülən duyğularını , dünyagörüşünü sərgiləyir.”...
Mən hələlik “Kitab”ın 150-ci səhifəsində dayanmışam. Bu səhifəyə çatan zaman artıq saat 3-00 radələri idi və yuxum gəlirdi. Səhər işə gələrkən metroda da başım kitabda oxuduqlarımı vərəqləyərkən bir də ayıldım ki, “Nizami” stansiyasındayam, təzədən geri qayıdıb “N. Nərimanov” stansiyasında düşdüm, hansıki əvvəldən də orada düşməli idim...
İndi hal-hazırda bu yazını yazarkən “Kitab”ın nə qədər dəyərli və maraqlı olduğunu vurğulamaqla oxuculara, əsasən də gənclərə belə bir əsəri oxuyub mənən zənginləşmələrini tövsiyə edirəm. İstedadlı yazar Savalan Talıblıya can sağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Qeyd edirəm ki, kitabın təqdimatı 10.03.2015-ci ildə Azərbaycan Yzıçılar Birliyində keçiriləcək...
Gənc Türk yazarlarımızdan – Savalan Talıblının -Kitab- əsəri haqqında
Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.


Geri dön