Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran saytı ölkə idmançılarının Azərbaycan Respublikasına cəlb olunmasından nigaranlığını bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran saytı ölkə idmançılarının Azərbaycan Respublikasına cəlb olunmasından nigaranlığını bildirib

İran saytı ölkə idmançılarının Azərbaycan Respublikasına cəlb olunmasından nigaranlığını bildirib


“Mehrnews” saytı: “Azərbaycanlıların İran idmançılarını vətəndaşlığa götürmək üçün pusqusu- növbə taekvandoçularımıza çatdı”

İranın “Mehrnews” saytı martın 4-də ölkə idmançılarının həvəsləndirici təkliflər qarşısında Azərbaycan Respublikasına cəlb olunmasından nigaranlıq bildirən bir yazı dərc edib.
“Azərbaycanlıların İran idmançılarını vətəndaşlığa götürmək üçün pusqusu- növbə taekvandoçularımıza çatdı” başlıqlı yazıda deyilir ki, Azərbaycan Respublikasının idman rəsmiləri ölkə güləşçilərindən sonra indi də iranlı taekvandoçuların sorağına gəlib: “İran taekvandosu yüksək potensiala malikdir. Taekvandoçularımızın əksəriyyəti milli komandamızda təmsil olmağa layidir.

Son illərdə bəzi taekvandoçularımızın ölkəni tərk edərək Avropa ölkələrinə mühacirət etməsinin şahidi olmuşuq. Davud Etminani, Meysəm Rəfiyi və başqaları bu qəbildəndir. İnçeunda keçirilən Asiya oyunlarından əvvəl də Taekvando Federasiyasının millisi Əhməd Məhəmmədi də ölkəni tərk edib Avropaya getdi. Həmin vaxt federasiya rəsmiləri bildirdilər ki, o təhsilini davam etdirmək üçün Avropaya gedib. Lakin sonradan yayılan məlumatlardan bəlli olub ki, o hazırda bakıdadır və Azərbaycan milli komandasında təmsil olunmaq üçün bu ölkənin idman rəsmiləri ilə danışıqlar aparır.

Azərbaycan Respublikasının idman rəsmilərinin yaratdığı şərait, taekvandoçularımızı, o sıradan da müxtəlif səbəblərə görə milli komandamızdan uzaq qalmış digər idmançılarımızı, ölkəni tərk edib Bakıya getməyə həvəsləndirir. Elə buna görə də, ölkəmizin idman rəsmiləri ciddi tədbir görməli, idmançılarımıza dəstəyi gücləndirərək bu prosesin qarşısını almalıdır.

Azərbaycan idman rəsmiləri idmançılara, o sıradan da Olimpiya yarışlarında medal qazanan idmançıları yüksək məbləğlə mükafatlandırır, onlara dollarla yüksək maaş verirlər. Halbuki buna İran idmanında nadir hallarda rast gəlinir. Məhz həmin amil, idmançılarımızı ölkəni tərk etməyə, gedib Azərbaycan vətəndaşlığını almağa təhrik edir. Bu isə ölkəmizin idman rəsmiləri üçün çalınan təhlükə siqnalıdır”.

Geri dön