Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəallar ailələri ilə birlikdə təhlükəsizlik qüvvələrinin təzyiqi altında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəallar ailələri ilə birlikdə təhlükəsizlik qüvvələrinin təzyiqi altında

Azərbaycanlı fəallar ailələri ilə birlikdə təhlükəsizlik qüvvələrinin təzyiqi altında


İran rejiminin azərbaycanlı fəallar və onların ailələrinə qarşı təzyiqləri səngimək bilmir.
Martın 3-də (ifəndin 12-də) tutuqlu azərbaycanlı fəal Həbib Nigəhbanın 100 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Lakin eyni gündə Səid Hüseyni, Aydın Zakiri və Həsən Colani ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən sorğu-suala tutulmaq üçün bu idarəyə aparılıb. Cəfər Rüstəmirad isə Ərdəbilin ETTELAAT idarəsində işgəncələr və təzyiqlər altında dindirilir.

Dünya Ana Dili Günündən sonra Aydın Zakiri, Purya İsmailoğlu, Xosrov Dərviş və Sina İmamizadə ailələri ilə birlikdə təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqlərinə məruz qalıb. Son günlərdə təhlükəsizlik qüvvələri Aydın Zakiri və Purya İsmailoğlunun ata evinə müraciət edərək onları təhdid ediblər. Məmurlar azərbaycanlı fəalların ailəsinə bildirib ki, “övladları mədəni fəaliyyətlər və tanınmış milli-mədəni fəal Abbas Lisani ilə əlaqələrdən uzaq olmalıdır, əks halda iş yerləri qapadılacaq.” Aydın Zakirinin xalçayuma sexi (karqah) isə artıq təhlükəsizlik qüvvələri tərəfindən qapadılıb, hətta sexin tablosu da yerindən çıxarılıb.

Sina İmamizadə və Xosrov Dərvişin də son günlərdə təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildiyi bildirilir.

Qeyd edək ki, bir neçə həftədir İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri yeni vüsət alıb, bu vəziyyət hələ də davam edir. Bütün bunlar, hər il olduğu kimi Dünya Ana Dili Günü ilə bağlıdır.

GünAz TV

Geri dön