Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin Şəhər Şurası türk dilində tədrisə start verə bilər
Təbrizin Şəhər Şurası türk dilində tədrisə start verə bilər |
Təbriz Şəhər Şurasının Riyasət Heyətinin üzvü jurnalistlərlə görüşdə Azərbaycan türkcəsinin tədrisi ilə bağlı yeni fikirlər bildirib.
Rəsul Dərsxan qısaca bunları deyib: “Təbrizin Şəhər Şurası mədəniyyət evləri vasitəsi ilə türk dilində tədrisə başlaya bilər. Üçüncü və dördüncü Şəhər Şurası bir neçə dəfə Aşıq Musiqisi Festivalı keçirtdi, lakin bu yetərli deyil. Azərbaycanın mədəniyyəti ilə bağlı başqa işlər də görülməlidir.” Şura üzvü bir çox öyrənci o cümlədən onun öz öyrəncisinin Dədəqurqudu tanımadığı üçün təəssüf hissi keçirdiyini də bildirib. R.Dərsxan Azərbaycan şəhərlərində musiqi konsertlərinin ləğv edilməsi məsələsinə də toxunub: “Azərbaycan musiqisini ləğv etməklə kimsə Şəcəryana qulaq asmır, lakin onun yerinə rok kimi musiqilər oturub.” O sözlərinin sonunda İran prezidenti Həsən Ruhaninin türk dili və ədəbiyyatının mədəniyyət mərkəzinin yaradılması ilə bağlı verdiyi vədləri də xatırladıb: “Cənab Ruhani verdiyi sözə əməl etməlidir və bu işi başqa bir zamana saxlamamalıdır. Ona görə ki, hər kəs türk dili mədəniyyət mərkəzinin yaradılmasına tələsir.” Geri dön |